Məlikaslan sözü azərbaycan dilində

Məlikaslan

Yazılış

  • Məlikaslan • 66.6667%
  • məlikaslan • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla bəy Məlikaslanov
Firudin bəy Məlikaslanov
Firudin bəy Məlik Aslan oğlu Məlik-Aslanov (1811, Tuğ, Qarabağ xanlığı – 27 may (8 iyun) 1857, Tuğ, Şuşa qəzası) — Qarabağ atlı alayının zabiti, mülkədar. == Həyatı == Məlik Aslanın dördüncü oğlu Firudin bəy 1811-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rus və şərq dillərinin əksəriyyətini bilirdi. Çar ordusunda qulluq edirdi. Kapitan rütbəsi vardı. Firudin bəy çar ordusunun tərkibində Polşada olarkən atasının dostu feldmarşal Paskeviçlə rastlaşır. Paskeviç ona xeyli kömək edir. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: "Bir növ ilə sərdar feldmarşal Varşavada olanda dəxi onu razılıqla yad etmiş və xatırlamış, oğlu kapitan Firudin bəyə o mükafata görə çox iltifat və mərhəmətlər eləmişdi".Firudin bəy 3-cü və 4-cü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə ödüllənmişdi. Firudin bəy 1857-ci ildə vəfat etmişdi.
Fərhad bəy Məlikaslanov
Fərhad bəy Məlik Aslan oğlu Məlik-Aslanov (1805, Tuğ – 1889, Tuğ, Şuşa qəzası) — Qarabağ atlı alayının zabiti, mülkədar. == Həyatı == Fərhad bəy Məlik Aslan oğlu 1805-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini öyrənib. Qarabağ atlı alayında xidmət edib. Praporşik rütbəsi vardı. Fərhad bəy igidliyinə görə 1830-cu ildə mayın 11-də praporşik rütbəsi və 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni alıb. Fərhad bəy rus şairi Puşkinlə görüşmüşdü. Fərhad bəy Məkkə-müəzzəmi ziyarət edib, şərəfli hacı ünvanını daşıyıb. Hacı Fərhad bəy şair idi.
Lütfəli Məlikaslanov
Məlikaslanov Lütfəli Süleyman oğlu (1913, Tuğ, Şuşa qəzası – 1996) — texnika elmləri doktoru, professor. == Həyatı == Məlikaslanov Lütfəli Süleyman oğlu Azərbaycan Respublikasının Tuğ kəndində anadan olmuşdur. 1938-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. "Molotovneft" trestinin neft hasilatı şöbəsində usta, şöbə müdiri işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən - VNİİTB-nin neft-mədən şöbəsinin rəhbəri olmuşdur. 1948-ci ildən AzETNÇİ-da işləməyə başlamış, 1953-cü ildə isə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilmiş və eyni zamanda AzSİ-da pedaqoji fəaliyyət göstərmişdir. 1956-cı ildə "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik, 1965-ci ildə isə "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == Məlikaslanov L.S. neft yataqlarının işlənilməsi və layların neft veriminin artırılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatlar sahəsi: neftin su ilə sıxışdırılması; qeyri-bircins və uzun müddət istismar edilən laylarda neftverimi məsələlərinin tədqiqi; layın hidravlik dağıdılması; quyuların istismarı və qazılması zamanı qum təzahürü və onunla mübarizə.
Məlikaslanovlar
Məlikaslanovlar - Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. == Soyun yaranması == Məlikaslanovlar soyu Tuğ kəndindən olan Məlikyeqanovlar, Məlikabbasovlar kimi Məlik Yeqanın soyundan törəmişdir.1836-cı ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin ləğv edilərək qriqoryan kilsəsinin tabeçiliyinə verilməsi ilə Azərbaycan ərazisində (əsasən, Dağlıq Qarabağda) yaşayan aborigen xalq - albanlar seçim qarşısında qaldılar; onlar ya dini mənsubiyyətlərini rəhbər tutaraq qriqoryan dəsti-xətti ilə erməniləşməli, ya da etnik mənsubiyyətlərini əsas tutaraq ətrafda yaşayan türklərə qarışmalı idilər. Belə vəziyyətdə bəzi albanlar birinci yolla, bəziləri isə ikinci yolla hərəkət etdilər. Həmin dövrdə Qarabağda öz nüfuzu ilə seçilən alban kökənli Məlik Yeqan və onun ailəsi ikinci yolu seçənlərdən oldu. Beləcə onun sonrakı törəmələri də alban kökənli - Məlikyeqanovlar və Məlikabbasovlar kimi tanınmağa başladılar. == Soyun tanınmış nümayəndələri == Fərhad bəy Məlikaslanov Xudadad bəy Məlikaslanov - ADR-in Dəmir yol və Rabitə naziri, ictimai-siyasi xadim. Firudin bəy Məlikaslanov — Qarabağ atlı alayının zabiti, mülkədar. Abdulla bəy Məlikaslanov - Cəbrayıl qəza maarif şöbəsinin baş müfəttişi Püstə Məlikaslanova - Tibb elmləri doktoru, professor. Ramiz Məlikaslanov - dirijor. Azәrb.
Püstə Məlikaslanova
Məlik-Aslanova Püstə Süleyman bəy qızı — Tibb elmləri doktoru, professor (1926-2001) == Həyatı == Püstə Süleyman qızı Məlik-Aslanova 1926-cı ildə Qaryagin (indiki Füzuli) şəhərində anadan olmuşdu. 1949-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib, 1956-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını, 1971-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1957-2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir və 1984-cü ildə professor elmi adına layiq görülmüşdür. Prof. P.S.Məlik-Aslanovanın fəal iştirakı ilə təşkil olunmuş traxomanın laborator diaqnostikanın xidməti bu ağır göz xəstəliyinin respublikada tam ləğv olunmasını mümkün etmişdir. P.S.Məlik-Aslanovanın səyləri nəticəsində institutda tətbiq edilmiş histokimyəvi üsullar, elektron, lyuminessent və polyarizasiyon mikroskoplarla aparılan müayinələr görmə üzvünün xəstəliklərinin morfoloji diaqnostika prinsiplərinin işləməsinə qiymətli əmanət olmuşdur. P.S.Məlik-Aslanova görmə üzvünün yenitörəmələrinin morfoloji diaqnostikası işində də böyük xidmətlərə malikdir. Prof. Məlik-Aslanova 150-dən artıq elmi əsər, 2 monoqrafiya çap etdirmişdir.
Ramiz Məlikaslanov
Məlik-Aslanov Ramiz Lütfəli oğlu (1942) — dirijor, Azərbaycan Respublikasının xalq artisti (1991)., professor (1993). == Həyatı == 1971-ci ildən Dövlət Teleradio Komitəsinin simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. 1977—1979-cu illərdə Qahirə konservatoriyasının orkestrində işləmiş, vətənə qayıtdıqdan sonra Qara Qarayev adına Dövlət Kamera Orkestrinin rəhbəri və dirijoru olmuşdur. Üzeyir bəy Hacıbəyovun bir çox əsərlərinə, o сümlədən operalarından parçalara dirijorluq etmişdir.
Xudadad bəy Məlikaslanov
Xudadat bəy Məlik-Aslanov (azərb. Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov‎; aprel 1879, Taynaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 23 iyul 1935, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri. == Həyatı == Xudadat bəy Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi. == Fəaliyyəti == Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı 1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi. Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü.

məlikaslan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

«məlik» (hökmdar) və «aslan» (şir) sözlərindən düzəlmiş, qüdrətli hökmdar deməkdir.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#məlikaslan nədir? #məlikaslan sözünün mənası #məlikaslan nə deməkdir? #məlikaslan sözünün izahı #məlikaslan sözünün yazılışı #məlikaslan necə yazılır? #məlikaslan sözünün düzgün yazılışı #məlikaslan leksik mənası #məlikaslan sözünün sinonimi #məlikaslan sözünün yaxın mənalı sözlər #məlikaslan sözünün əks mənası #məlikaslan sözünün etimologiyası #məlikaslan sözünün orfoqrafiyası #məlikaslan rusca #məlikaslan inglisça #məlikaslan fransızca #məlikaslan sözünün istifadəsi #sözlük