Dizaq məliklərinin sarayı
Dizaq məliklərinin sarayı və ya Məlik Yeqanın sarayı — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidələri kompleksi. Kompleksə daxil olan tikililər müxtəlif dövrlərdə inşa edilmişdir. Əsas saray binasının birinci mərtəbəsi XVIII əsrdə, ikinci mərtəbəsi isə XIX əsrdə tikilmişdir.
== Tarixi ==
Ehtimal ki, saray kompleksi daha qədim tikililərin yerində inşa edilmişdir. Kompleksə daxil olan tikililərin bədii-memarlıq xüsusiyyətləri, həmçinin epiqrafika nümunələri onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda inşa edildiyini göstərir. Abidəni tədqiq etmiş K. Mkrtçyanın fikrincə, əsas saray binasının birinci mərtəbəsi XVIII əsrin 20-30-cu illərində, ikinci mərtəbəsi isə XIX əsrin əvvəllərində inşa edilmişdir.
Qəbul otağının giriş qapısı üzərindəki portalda yerləşdirilmiş kitabədə yazılmışdır:
Kitabədə qeyd edilənlər həmin dövrün fars, türk və erməni dilli mənbələrində də təsdiqlənir. Məlik Yeqanın məzar daşı üzərindəki kitabədə isə yazılır:
== Memarlıq xüsusiyyətləri ==
Tuğ kəndinin mərkəzində yerləşən kompleks 38x13.24 metr ölçülər və planda düzbucaqlı formaya malikdir. Sarayın şimal və cənub-şərq tərəflərində qala divarlarının perimetrinə çıxan qalın divarların qalıqları vardır.
Kiçik dəyişikliklərə baxmayaraq, məlik sarayı demək olar ki, ilkin görünüşünü qoruyaraq dövrümüzə çatmışdır.