* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. “məlum” söz. cəmi] 1. Bir şey haqqında bilik, xəbərdarlıq. [Ənisə] özünü bilik və məlumatca heç kəsdən aşağı tutmayırdı. S.Hüseyn. Həcər qarının çox geniş məlumatı və zəngin təcrübəsi var idi. Ə.Sadıq. 2. Bir şey haqqında şifahi və ya yazılı arayış, bildiriş, izahat. Şahmar heç bir söz demədən, yazdığı məlumatı stolun üstünə qoyub qapıdan çıxdı. B.Bayramov. □ Məlumat vermək – hər hansı bir iş, hadisə və s. haqqında şifahi və ya yazılı arayış vermək, bildirmək, xəbərdar etmək. İşin gedişi haqqında məlumat vermək. – Rüstəm kişi yanakı oturub balaca stola dirsəkləndi və yaz əkininə hazırlıq haqqında məlumat verdi. M.İbrahimov. Bayram kişi məlumat verməkdə ikən qapı açıldı. M.Rzaquluzadə. 3. Xəbər, xəbərdarlıq. Bu barədə məlumatım yoxdur. – Cavad əsirlərdən bir-iki məlumat öyrəndikdən sonra, onları ştaba göndərib yenə ehtiyatla yoluna davam etməyə başladı. Ə.Vəliyev. □ Məlumat vermək – xəbər vermək, bildirmək. Bu barədə yoldaşlara məlumat verin. – Hətta casusa məlumat verənləri yaxşıca axtarmağı da məhkəmənin yadına salacağam. H.Nəzərli.
Azərbaycan dilinin izahlı lüğəti / məlumat3 MƏ’LUMAT ə. «mə’lum» c. 1) məlum olan şeylər; 2) t. xəbər.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məlumat4 1. İnformasiya daşıyan deyimin kommunikativ tərəfi. 2. Veriliş üçün nəzərdə tutulmuş informasiya. İnformasiya nitq əsərinin məzmunu ilə üst-üstə düşməyə və nitq əsərinin strukturu haqqında məlumatı özündə birləşdirə bilər (məsələn, müəllif üslubu haqqında məlumat ola bilər). 3. Situasiyanın təsviri üsulu.
İzahlı tərcüməşunaslıq terminləri lügəti / məlumat5 1) hesablama texnikası: rəqəmlər, əsas, sübut, dəlil; 2) informasiyanın ötürülməsi nəzəriyyəsində: uyğun zaman anında təsadüfi kəmiyyət olan informasiya (kibernetikada) daşıyıcısı. Bu səbəbdən informasiya nəzəriyyəsini məlumatdakı informasiyanın ancaq kəmiyyət tərəfi maraqlandırır; 3) bir şey haqqında bilik, xəbər, xəbərdarlıq; 4) bir şey haqqında şifahi və ya yazılı arayış, bildiriş, izahat. Məsələn, işin gedişi haqqında məlumat vermək.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / məlumat3 1. MƏLUMAT, BİLDİRİŞ, İZAHAT 2. məlumat bax xəbər, xəbərdarlıq 2
Azərbaycan dilinin sinonimlər lüğəti / məlumat1 1. известие, сведения; 2. весть, сообщение, уведомление, донесение; 3. справка; 4. информация, данные; 5. знания;
Azərbaycanca-rusca lüğət / məlumat2 I сущ. 1. сведение: 1) известие, сообщение о чём-л. Mühüm məlumatlar важные сведения, gizli məlumatlar секретные сведения, lazımi məlumatlar нужные сведения, əldə olan məlumatlar имеющиеся сведения, məlumatların yoxlanılması проверка сведений, məlumat toplamaq собирать сведения, ailə vəziyyəti haqqında məlumat сведения о семейном положении, vaxtında məlumatlar vermək вовремя давать сведения, məlumatlar almaq получать сведения 2) познания в какой-либо области. Elmi məlumatlar научные сведения, ilkin məlumatlar первоначальные сведения, kibernetikadan məlumatı olmaq иметь сведения по кибернетике 2. сообщение: 1) то, что сообщается; известие. Qısa məlumat короткое сообщение, təcili məlumat экстренное сообщение, xüsusi məlumat специальное сообщение, rəsmi məlumat официальное сообщение, qəzet məlumatları газетные сообщения, radio ilə məlumat сообщение по радио; məlumatı dərc etmək опубликовать сообщение 2) небольшой доклад на какую-л. тему; информация. Elmi işin gedişi haqqında məlumat сообщение о ходе научной работы, məlumatla çıxış etmək выступить с сообщением 3) данные (сведения, передаваемые, сообщаемые). Hava bürosunun məlumatı сообщение бюро погоды, hökumət məlumatı правительственное сообщение, teleqraf agentliyinin rəsmi məlumatı официальное сообщение телеграфного агентства 3. донесение (устное или письменное официальное сообщение каких-л. сведений руководителю, начальнику). Kəşfiyyatın nəticəsi haqqında məlumat донесение об итогах разведки, döyüşün gedişi haqqında məlumat донесение о ходе боя 4. справка (сведения, получаемые или сообщаемые кем-л.). Məlumatlar toplamaq kim, nə haqqında собирать справки о ком, о чём, məlumat yığmaq, almaq kim, nə haqqında наводить, навести справки о ком, о чём 5. информация (сообщение о к ом-, о чём-л.). Məlumat şöbəsi отдел информации, məlumatın təhlili обработка информации II прил. 1. справочный (предназначенный для наведения или выдачи справок). Məlumat kitabı справочная книга (справочник), məlumat bürosu справочное бюро, məlumat stolu справочный стол, məlumat xidməti справочная служба 2. информационный. Məlumat materialları информационные материалы; məlumata görə по сведениям, məlumat üçün для информации, məlumat vermək: 1. давать, дать сведения; 2. сообщать, сообщить; 3. давать, дать справку; 4. давать, дать информацию
Azərbaycanca-rusca lüğət / məlumat1 i. 1. information, intelligence; 2. news, piece of news; 3. report, communication; 4. notification; 5. knowledge; 6. message; (hərbi) dispatch; ~ üçün müraciət etmək to apply for information; rəsmi ~ official communication / information; alınmış ~a görə according to the information received; ~ vermək (elmi məclislərdə) to read a communication / to make* a report; mənim (aldığım) ~a görə to my knowledge; mətbuatın verdiyi ~a görə to the press reports / according to the press
Azərbaycanca-ingiliscə lüğət / məlumat1 is. renseignement m, information f ; communication f ; nouvelle f ; rapport m ; rəsmi ~ communiqué m ; ~ vermək communiquer vt ; apprendre ; faire savoir ; ~ bürosu bureau m des renseignements ; ~ toplamaq recueillir des informations
Azərbaycanca-fransızca lüğət / məlumat1 [ər. “məlum” söz. cəmi] сущ. малумат (1. чирвал, хабардарвал; 2. са затӀунин гьакъинда арайиш, изагьат; 3. хабар, хабардарвал; məlumat vermək малумат гун, хабар гун, хабардар авун, чирун).
Azərbaycanca-ləzgicə lüğəti / məlumat