məmalik sözü azərbaycan dilində

məmalik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məmalik • 80.0000%
  • Məmalik • 13.3333%
  • MƏMALİK • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Münşi əl-məmalik
Münşi əl-məmalik —"Dövlət katibi", şah şurasının üzvü və sərəncamında xeyli mirzə ştatı olduğuna görə, münşi əl-məmalik nüfuzlu əyan idi. O vaqiyə-nəvislə (məclis-nəvis) yanaşı şahın yazışmasının bir hissəsini idarə edirdi. Bu iki vəzifə arasında funksional fərq görmək çətindir. Vaqiyənəvis dövlət şurası (məclisi-i əla) iclaslarını sənədləşdirir, arxivi nizama salırdı. O, sarayın tarixşünası, şahın şəxsi katibi idi,şahın yerli hakimlər və xarici dövlətlərlə yazışmasını təşkil edirdi. Münşi əl-məmalik və onun mirzələri şahın bütün məktublarında (pərva nəcət), fərmanlarda və digər rəsmi sənədlərdə müəyyən olunmuş tuğraları yerinə yetirirdilər.İsgəndər bəy Münşi dövrünün tanınmış münşi əl-məmaliklərindən aşğıdakıların adlarını çəkir: Məhəmmədi bəy Təbrizi Keçəçi, Mirzə Məhəmməd, Qazi Abdulla Cüveyni, Xacə Əlaəddin Mənsur.Onların hamısı şaha yaxın olan saray adamları sırasından çıxmışdı. “Təzkirət əl-Mülük” göstərir ki, münşi əl-məmalik ilk Səfəvilər dövründə böyük nüfuza malik olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı ,”Şərq-Qərb”,2007, 344 səh.
Müstövfi əl-məmalik
Müstövfi əl-məmalik (fars. مستوفی‌الممالک‎; vilayətlərin xəzinədarı) — Elxanilər dövründən Qacarlar dövrünədək İranda maliyyə idarəsinin rəhbəri. Ehtimal etmək olar ki, mülki idarə aparatının başçısı olan vəzirin nəzarəti altında işləyirdi. "Allahın mühafizə etdiyi vilayətlərin" (məmalik-i məhrusə) ərazisində "divan-i məmalik" idarələrinin bütün maliyyə əməliyyatları, onların əyalət nümayəndələrinə (ümmal) göndərdikləri yazılı təlimatlara müvafiq olaraq həyata keçirilirdi. İdarə vergi aparatının işinə, dövlət büdcəsinin tərtib edilməsinə rəhbərliyi həyata keçirir, vergi siyahılarını təsdiq edirdi.Bəylərbəyilərin tiyul və digər mükafatları, vəzirlərin, müstövfilərin və kələntərlərin maaşları (rüsumat), mülki və hərbi şəxslərin məvacibləri onun təsdiqləməsi və möhürü olmadan verilmirdi. İsgəndər bəy Münşinin məlumatına görə, I Təhmasibin dövründə "divan-i əlanın böyük müstövfilərindən" məlum olan on nəfərin yeddisi müstövfi əl-məmalik, ikisi də "müstövfiy-i bəqayə" "vergi borcları üzrə xəzinədar" idi.Aşağıdakılar müstövfi əl-məmalik olmuşlar: Mir Məsud Curbadqani Xacə Hüseyn Xacə Qiyasəddin Əli Xacə Qasım Nətənzi Xacə Məlik İsfahan Mir Qiyasəddin Mahmud İsfahani Mirzə Şükrulla İsfahani.Onların içərisindən daha məşhur olanı yerli əyanların nümayəndəsi, "riyaziyyat qanunlarında və hesab kitablarının aparılmasında mahir" (qanun-i hesabdani və elm-i siyaq) olan, şahın hüsn-rəğbətini qazanmış Xacə Qasım Nətənzi idi. Mir Qiyasəddin Mahmud bu vəzifədə az işlədi və tezliklə işdən azad edildi. Müəyyən dövrdə xəzinədar vəzifəsi "əlahəzrət dəftərxanasının mirzələri (avaracanəvisan-i dəftərxane-yi hümayun)" arasında bölüşdürüldü. "Onlardan hər biri öz idarəsinin müstövfisi idi". Sonra Mir Qiyasəddin Mahmud yenidən vəzifəyə təyin edildi və bu dəfə uzun müddət ərzində öz vəzifəsini yerinə yetirdi.
Həsən xan Mustoufi əl-Məmalik
Həsən xan Mustovfi əl-Məmalik (1874-1932) — İranın baş naziri. == Həyatı == Həsən xan Mirzə Yusif oğlu 1874-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mirzə Həsən xan Mustovfi əl-Məmalik 1932-ci ildə Tehran şəhərində vəfat edib.
Həsən xan Mustovfi əl-Məmalik
Həsən xan Mustovfi əl-Məmalik (1874-1932) — İranın baş naziri. == Həyatı == Həsən xan Mirzə Yusif oğlu 1874-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mirzə Həsən xan Mustovfi əl-Məmalik 1932-ci ildə Tehran şəhərində vəfat edib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 •••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15

məmalik sözünün rus dilinə tərcüməsi

məmalik sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

MƏMALİK1 ə. «məmləkət» c. məmləkətlər, ölkələr. MƏMALİK2 ə. «məmluk» c. birisinə mənsub olan mülklər. MƏMALİK3 ə. «məmluk» c. qullar, kölələr.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Oxşar sözlər

#məmalik nədir? #məmalik sözünün mənası #məmalik nə deməkdir? #məmalik sözünün izahı #məmalik sözünün yazılışı #məmalik necə yazılır? #məmalik sözünün düzgün yazılışı #məmalik leksik mənası #məmalik sözünün sinonimi #məmalik sözünün yaxın mənalı sözlər #məmalik sözünün əks mənası #məmalik sözünün etimologiyası #məmalik sözünün orfoqrafiyası #məmalik rusca #məmalik inglisça #məmalik fransızca #məmalik sözünün istifadəsi #sözlük