Məmmədhüseyn sözü azərbaycan dilində

Məmmədhüseyn

Yazılış

  • Məmmədhüseyn • 98.7500%
  • MƏMMƏDHÜSEYN • 1.0417%
  • məmmədhüseyn • 0.2083%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məmmədhüseyn Təhmasib
Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (d.12 aprel 1907 - ö. 5 oktyabr 1982) — Azərbaycan yazıçısı, ədəbiyyatşünası, folklorşünası, dramaturqu, ssenari müəllifi, tərcüməçisi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1970). == Həyatı == Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu 1907-ci ilin 12 aprelində Naxçıvan şəhərində anadan olmuşdur. Bakı pedaqoji texnikumunu bitirmişdir (1923-1927). 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930-1933). 1933-1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1939-1951), dosent (1951-1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir (1944-cü ildən vəfatınadək). Ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. "Qaçaq Nəbi" adlı ssenarisini 1938-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirmişdir. "Bir qalanın sirri" (1960), "Onu bağışlamaq olarmı?" (1960) ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir. "Bahar" (1938), "Aslan yatağı" (1941), "Çiçəklənən arzular" (1951), "Hind nağılı" (1956), "Rübailər aləmində" (1968) və b.
Məmmədhüseyn Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Məmmədhüseyn Əliyev
Məmmədhüseyn Əliyev (28 aprel 1925, Gürdəsər, Lerik rayonu – 6 iyul 1994) – Azərbaycan yazıçısı, Əməkdar İncəsənət Xadimi, 1960-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Məmmədhüseyn Rüstəm oğlu Əliyev 28 aprel 1925-ci ildə Lerik rayonun Gürdəsər kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Molla Rüstəm İraqın əl-Nəcəf şəhərində 25 illik ali ruhani təhsili aldıqdan sonrakı təyinatı üzrə Lerik rayonunda şəriət bilicisi və istedadlı bir alim kimi fəaliyyətə başlamış və o taylı, bu taylı Azərbaycanda dinin, təhsilin yayılmasında böyük xidmətlər göstərmişdir. Sovet hökumətinin qurulması ilə əlaqədar olaraq Axund Molla Rüstəm İrana- Ərdəbil şəhərinin Camahiran kəndinə köçür və orada 17 kəndin rəsmi dini xadimi kimi fəaliyyətini davam etdirir. Ondan sonra ailəsi sovet rejimi tərəfindən güclü repressiyaya məruz qalır, təqib olunur, evi, kitabxanası zorla alınaraq məktəbə verilir, əlyazmaları və kitabxanası məhv edilir. Məmmədhüseyn Əliyev 1940-ci ildə orta məktəbi bitir və Azərbaycan Müəllimlər İnstitutunun Lənkəran Pedaqoji Texnikumunda təşkil etdiyi Müəllimlik Kursuna göndərilir. Kursu başa vurduqdan sonra müəllim kimi təyinat alır. 1946–1949- cu illərdə ADPİ–nin tarix-fəlsəfə fakültəsində təhsilini davam etdirir. Çox keçmir ki, mətbuatda “Qail” təxəllüsü ilə tanınmağa başlayır. Bədii yaradıcılıq və jurnalistika sahəsi onu daha çox cəlb etdiyinə görə yenidən ADU-nun filologiya-jurnalistika fakültəsinə qəbul olunur.
Məmmədhüseyn Əsədov
Əsədov Məmmədhüseyn Xudadat oğlu — kəşfiyyatçı. == Həyatı == Məmmədhüseyn Əsədov 1899-cu ildə Həştərxanda anadan olub (rusca: Астрахань). 19 yaşında olarkən Qızıl Ordunun Xüsusi təyinatlı hərbi hissəsində qulluq etməyə başlayır. Böyük Vətən müharibəsi başlayanda əməliyyat şəraitini yaxşı bildiyi, bir neçə dildə sərbəst danışdığı üçün və geniş kəşfiyyat imkanları olduğuna görə Əsədovu Baş kəşfiyyat idarəsi tərəfindən İrana işləməyə göndərilir. Əsas iş istiqaməti isə ingilis və alman kəşfiyyatına qarşı əməliyyatların təşkilindən ibarət olub. Uzun müddət kəşfiyyat orqanlarında çalışmış Məmmədhüseyn Əsədovun əvəzsiz xidmətlərdən biri də "Tehran 43" əməliyyatının iştirakçısı olmaqdır. 1943-cü ildə İran antihitler koalisiyası rəhbərlərinin danışıqları üçün ən məqbul yer kimi seçilir. Bu, Stalinin təklifi idi. Konfransa hazırlıq tam məxfi şəraitdə aparılırdı. Bu barədə xəbəri olanlardan biri də Məmmədhüseyn Əsədov idi.
Şair Məmmədhüseyn
Şair Məmmədhüseyn (1800, Daşkənd – 1880, Daşkənd, Yeni Bəyazid qəzası) — XIX əsrdə yaşamış aşıq, şair. == Həyatı == Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır. Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir.
Mirzə Məmmədhüseyn
Məmmədhüseyn Cəfər oğlu Lətifov (13 iyul 1955, Yardımlı rayonu və ya Hamarkənd, Yardımlı rayonu)- pedaqoq, şair, yazıçı, publisist. == Həyatı == Mirzə Məmmədhüseyn 1955-ci ilin iyul ayının 13-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Ərəb, fars, rus, türk, alman dillərini bilir. == Fəaliyyəti == Doqquz kitabın müəllifidir. Şeirlərdən ibarət "Həsrət nəğmələri ", "Əbədi sevgi ", "Könül nəğmələrim ", "Könüldən könülə " adlı kitabları çap olunmuşdur. "Yarımçıq qalmış nəğmə", "Bir ağacın üç budağı ", "Həyatdan hekayələr " adlı kitablarında nəsr əsərlərinin bir hissəsi toplanmışdır. "Üç yarpaq" kitabı tarixi trilogiyadır. Düşüncələr" adlı fəlsəfi kitabında müəllifin həyat və ölüm, milli — mənəvi dəyərlər, insan, əxlaq, milli dövlətçiliyin qiyməti, Vətənə məhəbbət məsələləri, insan — insan, insan — cəmiyyət, cəmiyyət — insan, insan — dünya münasibətləri ilə bağlı fəlsəfi görüşlərindən ibarət yazılarının bir qismi yer almışdır. "Zirvə " və "Göyərçin əllər " adlı poeziya almanaxlarında çap olunmuşdur.
Hacı Məmmədhüseyn Rəfiyev
Hacı Məmmədhüseyn Rəfiyev (1860, Yelizavetpol, Tiflis quberniyası – 1920, Gəncə) — maarifçi, xeyriyyəçi, Məşədi Əli Rəfiyev və Musa bəy Rəfiyevin atası. == Həyatı == Hacı Məmmədhüseyn Rəfiyev 1860-cı ildə Gəncədə doğulmuşdur. Hacı Məmmədhüseyn Rəfiyev Gəncədə 1-ci gildiya tacir rütbəsi almış yeganə məşhur ticarətçi və sənayeçi idi. Xalça toxuculuğu və satışı sahəsində dünyanın bir çox ölkələrində məşhurlaşmışdı. Onun Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları var idi. Rəssamlıq qabiliyyətinə malik olan Hacı Məmmədhüseyn Rəfiyev özünün çəkdiyi milli naxışlarla xalçalar toxutdururdu. == Xeyriyyəçi fəaliyyəti == Hacı Məmmədhüseyn Rəfiyev Nizaminin qəbirüstü məqbərəsinin bərpasının təşəbbüsçülərindən biri olmuş, onun maliyyələşdirilməsində iştirak etmişdir. 1902-ci ildə Gəncədə Azərbaycan məktəbinin açılmasında da onun böyük rolu olmuşdur. == İctimai-siyasi fəaliyyəti == Yelizavetpol general-qubernatorunun 1906-cı il 30 iyun tarixli fərmanı ilə Hacı Məmmədhüseyn Rəfiyev və onun oğlanları Məşədi Əli və Abbas Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü təsdiq edilmişdilər. Hacı Məmmədhüseyn və oğlu Məşədi Əli 1909–1913-cü illərdə Gəncə Şəhər Dumasının qlasnısı olmuşlar.
Tərlan Məmmədhüseynov

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.76 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••• 1.57
2004 •• 0.67
2005 •••••••••••• 4.05
2006 ••••••••• 2.93
2007 ••••••••••••••••• 5.50
2008 •••• 1.22
2009 ••••• 1.60
2010 ••••••• 2.27
2011 •••••••• 2.57
2012 •• 0.52
2013 ••• 1.02
2014 •••• 1.20
2015 •••••• 2.04
2016 ••• 0.69
2017 ••••• 1.46
2018 •••• 1.20
2019 ••••• 1.53
2020 ••••• 1.59

məmmədhüseyn sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

bax: Məmməd və Hüseyn.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"məmmədhüseyn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məmmədhüseyn nədir? #məmmədhüseyn sözünün mənası #məmmədhüseyn nə deməkdir? #məmmədhüseyn sözünün izahı #məmmədhüseyn sözünün yazılışı #məmmədhüseyn necə yazılır? #məmmədhüseyn sözünün düzgün yazılışı #məmmədhüseyn leksik mənası #məmmədhüseyn sözünün sinonimi #məmmədhüseyn sözünün yaxın mənalı sözlər #məmmədhüseyn sözünün əks mənası #məmmədhüseyn sözünün etimologiyası #məmmədhüseyn sözünün orfoqrafiyası #məmmədhüseyn rusca #məmmədhüseyn inglisça #məmmədhüseyn fransızca #məmmədhüseyn sözünün istifadəsi #sözlük