Məmmədkərim sözü azərbaycan dilində

Məmmədkərim

Yazılış

  • Məmmədkərim • 98.8095%
  • məmmədkərim • 1.1905%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məmmədkərim Quliyev
Məmmədkərim Ağakərim oğlu Quliyev — Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, Texnika elmlər doktoru, professor Məmmədkərim Quliyev 1935-ci ildə Bakı şəhərinin Əhmədli kəndində anadan olmuşdur. O, 1953-cü ildə Əhmədli kəndindəki 64 saylı məktəbi əla qiymətlərlə başa vurmuş, elə həmin ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) əyani şöbəsinə qəbul olunmuş və "Avtomatik, telemexanik, elektrik ölçüsü qurğular və cihazlar" ixtisası üzrə təhsil almışdır. İnstitutda oxuduğu illərdə M.Quliyevə görkəmli alimlər, o cümlədən elektrotexnika üzrə professor Zəki Kazımzadə, elektrik ölçmələri fənni üzrə professor Tofiq Əliyev, avtomatika üzrə professor Əsgər Abdullayev və başqa tanınmış alimlər dərs demişlər. O, institutun ictimai həyatında fəal iştirak etmiş, Kiyevin və İrəvanın elektrik ölçücü cihazlar zavodlarında istehsalat təcrübəsi keçmişdir. Məmmədkərim Quliyev o vaxtkı Leninqrad şəhərinin "Elektropult" zavodunda "Paylanmış tipli teleidarə qurğusu" mövzusunda diplom işini yerinə yetirmiş və Fremke, Ambrosoviç kimi görkəmli mütəxəssislərdən məsləhətlər almışdır. Tanınmış alim İzzət Nəbiyevin rəhbərliyi ilə yerinə yetirilən həmin diplom işi 1958-ci ildə müdafiə zamanı "əla" qiymətləndirilmiş və o, dövlət imtahan komissiyasının qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun hesablama mərkəzinə (indiki Kibernetika İnstitutu) göndərilmişdir. Məmmədkərim Quliyev 1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasına "Hesablama texnikası" ixtisası üzrə qəbul olunmuş, aspirantura müddətində Moskvaya, SSRİ Elmlər Akademiyasının "Avtomatika və telemexanika" İnstitutuna ezam edilmiş, orada professor A.A.Feldbaumun rəhbərlik etdiyi laboratoriyada tədqiqat işləri aparmışdır. O, 1965-ci ildə Moskvada qeyri-stasionar proseslərin modelləşdirilməsi ilə əlaqədar dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada dissertasiya müdafiə etdikdən sonra Bakıya qayıdan Məmmədkərim Quliyev Kibernetika İnstitutunda əmək fəaliyyətini uğurla davam etdirmişdir. 1974-cü ildə Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə o, doktorluq dissertasiyası üzərində işlərini tamamlamaq üçün Moskvaya ezam edilmişdir.
Məmmədkərim ağa Qayıbov
Məmmədkərim ağa Qayıbov — hərbçi. Fərrux ağa Qayıbovun atası. Məmmədkərim ağa hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il 5 avqustun 30-da əla xidmətinə görə, Məmmədkərim ağa üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur. Ailədə dörd uşaq atası olan Məmmədkərim ağa Qayıbov Məmmədkərim ağa özü də hərbçi idi.

məmmədkərim sözünün leksik mənası və izahı

"məmmədkərim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məmmədkərim nədir? #məmmədkərim sözünün mənası #məmmədkərim nə deməkdir? #məmmədkərim sözünün izahı #məmmədkərim sözünün yazılışı #məmmədkərim necə yazılır? #məmmədkərim sözünün düzgün yazılışı #məmmədkərim leksik mənası #məmmədkərim sözünün sinonimi #məmmədkərim sözünün yaxın mənalı sözlər #məmmədkərim sözünün əks mənası #məmmədkərim sözünün etimologiyası #məmmədkərim sözünün orfoqrafiyası #məmmədkərim rusca #məmmədkərim inglisça #məmmədkərim fransızca #məmmədkərim sözünün istifadəsi #sözlük