Məmmədquluzadənin sözü azərbaycan dilində

Məmmədquluzadənin

Yazılış

  • Məmmədquluzadənin • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəlil Məmmədquluzadənin büstü (Sumqayıt)
Cəlil Məmmədquluzadənin büstü - abidənin V. Nəzirov tərəfindən hazırlanmışdır. Büst tuncdan düzəldilmişdir. Büst yazıçı, jurnalist, dramaturq, "Molla Nəsrəddin" satirik jurnalınının naşıri, Qori Müəllimlər Seminariyasını məzunu, müəllim, Naxçıvanda diyarşünaslıq muzeyi yaradıcısı Azərbaycan xalqının böyük oğlu Cəlil Məmmədqulu oğlu Məmmədquluzadənin şərəfinə ucaldılmışdır. Abidə 2003-cü ildə qoyulmuşdur. Cəlil Məmmədquluzadənin büstü Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində Cəlil Məmmədquluzadə küçəsində qoyulmuşdur. Abidənin postamenti və onu əhatə edən divarlar aqlay daşla üzlənmişdir.
Cəlil Məmmədquluzadənin ev-muzeyi
Cəlil Məmmədquluzadənin ev-muzeyi (Bakı)
Cəlil Məmmədquluzadənin Ev-Muzeyi (Tbilisi)
Cəlil Məmmədquluzadənin Ev-Muzeyi — 1997-ci il oktyabr ayının 11-də Tbilisidə açılmış muzey. == Tarixi == Bu binada 1897–1918-ci illərdə Cəlil Məmmədquluzadə yaşayıb-yaratmış, 1906–1911-ci illərdə isə "Molla Nəsrəddin" jurnalını burada nəşr etdirmişdir. Burada ədibin Tiflisdəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlər, "Molla Nəsrəddin" jurnalının nüsxələri saxlanılır. Jurnalın çap edildiyi "Qeyrət" mətbəəsi də bu evin zirzəmisində yerləşib. Muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Vaxtilə binanın hər iki mərtəbəsi Cəlil Məmmədquluzadəyə məxsus olub. Sovet işğalından sonra binada ailələr məskunlaşıb, yalnız birinci mərtəbədəki 2 otaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. Hazırda muzey qəzalı vəziyyətdədir.
Cəlil Məmmədquluzadənin ev-muzeyi (Bakı)
Cəlil Məmmədquluzadənin Ev Muzeyi — Böyük Azərbaycan ədibi və publisisti Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yaradılmış ev muzeyidir. == Tarixi == Muzey Azərbaycan Respublikası hökumətinin 1978-ci ildə verdiyi qərarla Bakı şəhəri, Süleyman Tağızadə küçəsi (köhnə Poçt küçəsi), 56 ünvanında yerləşən evdə yaradılmış, 1994 – cü il, 28 dekabrda C. Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində açılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyev iştirak etmiş və nitq söyləmişdir. == Ekspozisiya == Muzeydə C. Məmmədquluzadə və digər mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən 3000-ə yaxın eksponat toplanmışdır. Onların 500 - ə yaxını muzeyin ekspozisiyasında nümayiş etdirilir. Ekspozisiya beş otaqda (ümumi sahəsi 185 m²) yerləşir. Muzeydə ədibin uşaqlıq, gənclik və təhsil illərini, məktəbdarlıq fəaliyyətini, ilk yaradıcılıq addımlarını və mühitini, onun ilk jurnalistik və ədəbi fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilir. Ədibin iş otağı, “Molla Nəsrəddin” jurnalının redaksiyası – xatirə otağında isə C. Məmmədquluzadənin həyat və fəaliyyətinin 1922-1932-ci illər dövrünü əks etdirən, habelə yaradıcılığının tədqiqi ilə bağlı materiallar toplanmışdır. Burada ədibin əsərlərinin dünyada yayılma arealını əks etdirən xəritə də tərtib olunmuşdur. Muzey C. Məmmədquluzadənin və digər mollanəsrəddinçilərin irsinin toplanması, tədqiqi və təbliği sahəsində fəailliyyət göstərir.
Cəlil Məmmədquluzadənin ev-muzeyi (Naxçıvan)
Cəlil Məmmədquluzadənin Ev Muzeyi – Böyük publisist və ədib Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılmış ev muzeyi. == Tarixi == Muzey Cəlil Məmmədquluzadənin Naxçıvan şəhəri, İdris Məmmədov küçəsində yerləşən evində, Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin 1998-ci il, 31 dekabr tarixli sərəncamı ilə yaradılmışdır. Muzeyin açılışı 13 oktyabr, 1999-cu ildə baş tutmuş və açılış mərasimində şəxsən iştirak edən H. Əliyev nitq söyləmişdir. == Ekspozisiya == Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Cəlil Məmmədquluzadəyə və onun ailəsində məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır. == Cəlil Məmmədquluzadənin ev-muzeyinin binası == Cəlil Məmmədquluzadənin ev-muzeyinin binası şərq memarlıq üslubunda tikilmiş XIX əsrə aid olan yaşayış evidir. Bina XIX əsrin ortalarında çiy kərpicdən tikilmiş və sonralar bişmiş kərpiclə üzlənilmişdir. Onun ümumi sahəsi 100 m², divarların qalınlığı isə 78 sm-dir. Bina iki mərtəbəlidir. İkinci mərtəbədə 2 otaq, 1 vestübül və 1 açıq balkon yerləşir.

Oxşar sözlər

#məmmədquluzadənin nədir? #məmmədquluzadənin sözünün mənası #məmmədquluzadənin nə deməkdir? #məmmədquluzadənin sözünün izahı #məmmədquluzadənin sözünün yazılışı #məmmədquluzadənin necə yazılır? #məmmədquluzadənin sözünün düzgün yazılışı #məmmədquluzadənin leksik mənası #məmmədquluzadənin sözünün sinonimi #məmmədquluzadənin sözünün yaxın mənalı sözlər #məmmədquluzadənin sözünün əks mənası #məmmədquluzadənin sözünün etimologiyası #məmmədquluzadənin sözünün orfoqrafiyası #məmmədquluzadənin rusca #məmmədquluzadənin inglisça #məmmədquluzadənin fransızca #məmmədquluzadənin sözünün istifadəsi #sözlük