Məmmədsadıq sözü azərbaycan dilində

Məmmədsadıq

Yazılış

  • Məmmədsadıq • 97.4359%
  • MƏMMƏDSADIQ • 2.5641%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məmmədsadıq Abdullayev
Məmmədsadıq Məmmədağa oğlu Abdullayev (1 iyul 1924 - 18 oktyabr 2006) — alim, anatom, histoloq, Tibb elmləri doktoru (1965), professor (1965), Əməkdar elm xadimi. == Həyatı == Məmmədsadıq Abdullayev 1 iyul 1924 ildə Lənkəran şəhərində anadan olmuşdur.1940-cü ildə,Lənkəran şəhərinin 2№-li orta məktəbini bitirmiş və 16 yaşında, Azərbaycan Tibb İnstitutuna qəbul olunmuşdur.1944-cü ildə institutu fərqlənmə ilə bitirmişdir, 1943-cü ildən son günlərinə qədər Azərbaycan Tibb İnstitutunda dərs deyib.1947-ci ildə buranın aspiranturasını və 1965-ci ildə Leninqradda S.M.Kirov adına Hərbi-Tibb Akademiyasında doktoranturanı bitirmiş və orada "Gözün hərəki aparat sinirləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, tibb elmləri doktoru adı almışdır. 1967-cı ildən professordur.1969-cu ildə Azərbaycan Tibb İnstitutunun "Histologiya" və 1969-1979-cu illərdə "İnsan anatomiyası" kafedralarının müdiri işləmişdir. 1988-2006-cı illərdə "İnsan anatomiyası" kafedrasının professoru, 1973-1979-cu illərdə Azərbaycan Anatomlar, Histoloqlar və Embrioloqlar Elmi Cəmiyyətinin sədri, 1976-1979, 1992-1995–ci illərdə Azərbaycan Tibb jurnalının baş redaktoru, 1976 - 1979-cu illərdə Azərbaycan SSR EA Terminologiya Komitəsinin üzvü olmuşdur. 1971-ci ildə SSRİ Ali Sovetinin rəyasət heyətinin fərmanı ilə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur, 2001-cü ildə "Qızıl qələm" mükafatı laureatı olmuşdur. Məmmədsadıq Abdullyaev 18 oktyabr 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Elmi fəaliyyəti == Məmmədsadıq Abdullayevin tədqiqatları periferik sinirlərin mieloarxitektonikasının həm normada, həm də xroniki işemiya şəraitində öyrənilməsinə həsr edilmişdir. O, 300-ədək elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Bir sıra beynalxalq konfranslarda məruzələrlə çıxış etmişdir. == Əsərləri == "Аристотель и аристотелизм в истории анатомии" (1988); "Большая трагедия малого круга" (1992); "Qalenizm və renessans anatomiyasının iztirabları" (2000); "İnsanın anatomiyası".
Məmmədsadıq Allahverdiyev
Məmmədsadıq Allahverdi oğlu Allahverdiyev (14 sentyabr 1914 – 8 oktyabr 1987) — Azərbaycan yazıçısı, ssenarist. == Həyatı == Məmmədsadıq Allahverdiyev 14 sentyabr 1914-cü ildən anadan olmuşdur. 1931-ci ildə Bakı Texniki-Peşə məktəbini bitirib. 1952-ci ilə qədər Azərbaycan Pedoqoji İnstitutunda oxuyub. Əmək fəaliyyətinə 1931-ci ildə başlamışdır. 1956-cı ildən 1980-ci ilə, təqaüdə çıxana qədər kinoda sahəsində dublyaj şöbəsinin rəisi, böyük redaktor, baş redaktor, tərcüməçi işləyib. 200-ə qədər sovet və xarici bədii filmləri Azərbaycan dilində tərcümə etmişdir. == Filmoqrafiya == Fətəli xan (film, 1947) Qəribə əhvalat (film, 1960) İbrət dərsi (film, 1984) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Məmmədsadıq Axundov
Axundov Məhəmmədsadıq Molla Ruhulla oğlu (1887, Həştərxan, Həştərxan qəzası[d], Həştərxan quberniyası, Rusiya imperiyası – 1940-cı illər, Bakı, Azərbaycan SSR, SSRİ) — ictimai xadim, jurnalist, publisist, tərcüməçi və teatr tənqidçisi. Rusiya Sosial Demokrat Fəhlə Partiyası "Hümmət" təşkilatının üzvü. == Həyatı == Məhəmmədsadıq Axundov Həştərxanda ruhani ailəsində anadan olmuşdur. Bakıda 2-ci dərəcəli rus-müsəlman məhəllə məktəbini (1901) və sənət məktəbinin ikinci sinfini (1903 və ya 1905) bitirmişdir. 1905-ci ildə ailəsi ilə Bakıya gəlib, tərəqqipərvər gənclərə qoşulmuş, mətbuatda işləməyə başlamışdır. Dostları arasında A.Çaparidze, S.Əfəndiyev, A.Vışinski kimi məşhur inqilabçılar olmuşdur. Özü yazır ki, o zaman mən "...gizli çıxan "Hümmət"də işləmişəm. Ən çox intibahnamələrin tərcüməsi ilə məşğul olurdum və onların türk dilində tərtib edirdim. Mənim mənzilimdə o zaman hektoqraf gizlədilmişdi, Soltanməcid Əfəndiyev bununla intibahnamələr çap edirdi". Bolşevik qəzetləri "Qudok" və "Prizıv"da işləyib, inqilabi-publisist məktəbi keçmişdir.
Məmmədsadıq Nuriyev
Nuriyev Məmmədsadıq Qafar oğlu (5 mart 1919, Bakı – 22 mart 1975, Bakı) — azərbaycanlı teatr və kino aktyor, kiçik rolların məharətli ifaçısı. == Həyatı == Məmmədsadiq Nuriyev 1919-cu ildə Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. 1928-ci ildə atası onu Bakıda Bədəl bəy Bədəlbəyovun məktəbinə qoyur. Orada o dövr üçün orta sayılan tam təhsil alan Məmmədsadıq Nuriyev 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olur. Aktyor sənəti dərsini görkəmli aktrisa Fatma Qədri deyib. 1937-ci ildə Məktəbi bitirib. 1975-ci ildə Bakıda vəfat edib. Aktyor Yaşar Nurinin atasıdır. == Yaradıcılığı == Məmmədsadıq Nuriyev Teatr Məktəbində oxuyarkan birinci kursun əvvələrində Milli Dram Teatrının tamaşalarında çıxış edir. O, burda kütləvi səhnə epizodlarında, söz-süz rollarda əsərlərin tamaşasında iştirak edib.
Məmmədsadıq Quliyev
Quliyev Məmmədsadıq Zülqərneyn oğlu — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini (2006-2020). == Həyatı == 1950-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1974-1982-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin su ehtiyatlarının mühafizəsi, istifadəsi, uçotu şöbəsində mühəndis, suvarma sistemləri idarəsində böyük mühəndis, «Azərbaşmeliosutikinti»nin Tikilməkdə olan Meliorativ Obyektlərin Müdiriyyətində baş mütəxəssis, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı nazirinin köməkçisi, Əməyin təşkili, əmək haqqı və kadrlar şöbəsində rəis əvəzi, Su anbarlarının istismarı idarəsinin rəisi vəzifələrində işləmişdir. 1982-1989-cu illərdə Azərbaycan Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsində su təsərrüfatı və kənd tikinti şöbəsində təlimatçı işləmişdir. 1989-1998-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsində su ehtiyatları və sudan pullu istifadəyə nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır. 1998-2006-cı illərdə Dünya Bankının krediti ilə həyata keçirilən Azərbaycanda Suvarma-Drenaj İnfrastrukturunun bərpası və yenidənqurulması layihəsinin həyata keçirilməsi üzrə İşçi Qrupunun rəhbəri olmuşdur. 2006-2020-ci illər ərazində Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsində çalışmışdır. == Mükafatları == Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür. == Ailəsi == Ailəlidir, iki övladı var.
Məmmədsadıq Əfəndiyev
Məmədsadıq Mirzə Əhməd oğlu Əfəndiyev (5 iyun 1902, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – may 1942, Kerç, Krım MSSR) — Mədəniyyət xadimi, teatrşünas, pedaqoq == Həyatı == Məmmədsadıq Əfəndiyev 1902‑ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. İlk təhsilini Nuxada (indiki Şəki) alan Məmmədsadıq Əfəndiyev 12 yaşında anasını, 5 il sonra isə atasını itirib. 1913‑cü ildə Nuxa klassik kişi qimnaziyasına daxil olub. Maddi çətinliklər ucbatından 1919‑cu ildən təhsilini davam etdirməklə yanaşı, həm də mətbəədə çalışıb və Nuxa Bolşevik Təşkilatına üzv yazılıb. Ordu sıralarında olarkən Bakıda hərbi məktəbdə oxuyub. Sovet hərbi məktəbinin ilk məzunlarından olan Məmmədsadıq Əfəndiyev 1920‑ci ildən hərbi sahədə çalışmağa başlayıb. 1920‑ci ilin ortalarından 1925‑ci ilə qədər Ümumittifaq Fövqəladə Komissiyası orqanlarında çalışıb. Xüsusi xidmət orqanlarının təcrübəli işçisi kimi Azərbaycanda və İranda mühüm tapşırıqlar yerinə yetirib. Peşəkarlığına və nümunəvi fəaliyyətinə görə Dövlət Təhlükəsizlik Komitəsinin Kollegiya üzvü seçilib, qızıl silahla təltif edilib. 1902-ci ildə Aşqabadda anadan olan Bakı İşçi və Türk İşçi Kəndli teatrlarının yaradıcısı olub.
Məmmədsadıq ağa Kəlbəlixanov
Məmmədsadıq ağa Kəlbəlixanov (1810, Naxçıvan – 1880, Ordubad, Naxçıvan qəzası) — Şeyxəli Xan Kəngərlinin oğlu. Şeyxəli xandan sonra Ordubad qəzasının naibi. Çar-Rus ordusunda Ştabs-kapitan. Məmmədsadıq ağa Kəlbəlixanovun Yaycı kəndində böyük bir dəyirman daşları karxanası var idi. 1858-ci ildə karxana müqavilə ilə Naxçıvan şəhər sakini M. Tuniyev və A. Tuniyev qardaşlarına icarəyə verilmişdi. Ştaps-kapitan Məmmədsadıq ağa Kəlbəlixanovun iki oğlu: poruçik Məmməd xan Kəlbəlixanov, Hacı Teymur Kəlbəlixanov və Minə Bəyim xanım adlı qızı var idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2003 •••••••••••• 0.39
2004 •••••••••• 0.34
2005 •••••••••••••••••••• 0.67
2006 •••••••••••••• 0.45
2007 ••••••••••••• 0.42
2008 •••••••• 0.24
2009 •••••••••• 0.32
2010 •••••••••••••• 0.45
2011 •••••• 0.17
2012 ••••••••••••• 0.43
2013 ••••••••• 0.29
2014 ••••••••••• 0.34
2016 •••••• 0.17
2017 •••••••••• 0.33
2018 ••••••••• 0.30

Oxşar sözlər

#məmmədsadıq nədir? #məmmədsadıq sözünün mənası #məmmədsadıq nə deməkdir? #məmmədsadıq sözünün izahı #məmmədsadıq sözünün yazılışı #məmmədsadıq necə yazılır? #məmmədsadıq sözünün düzgün yazılışı #məmmədsadıq leksik mənası #məmmədsadıq sözünün sinonimi #məmmədsadıq sözünün yaxın mənalı sözlər #məmmədsadıq sözünün əks mənası #məmmədsadıq sözünün etimologiyası #məmmədsadıq sözünün orfoqrafiyası #məmmədsadıq rusca #məmmədsadıq inglisça #məmmədsadıq fransızca #məmmədsadıq sözünün istifadəsi #sözlük