Məmmədxanlı sözü azərbaycan dilində

Məmmədxanlı

Yazılış

  • Məmmədxanlı • 99.4257%
  • MƏMMƏDXANLI • 0.4307%
  • məmmədxanlı • 0.1436%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məmmədxanlı
Məmmədxanlı (Masallı)
Anar Məmmədxanlı
Anar Məmmədxanov (20 iyul 1970, Bakı – 23 aprel 2011, Bakı) — dövlət və ictimai xadimi olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olmuşdur. 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı idi. "Ultra Production" şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı idi. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub. == Həyatı == Anar Camal (Camali) oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olmuşdur. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir.
Məmmədxanlı (Masallı)
Məmmədxanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 444 nəfərdir. Tofiq Hüseyn (Hüseynov Tofiq Yadulla oğlu) — şair, publisist, Əməkdar jurnalist,“Tərəqqi” medalına layiq görülüb (2005). Zümrüd Yağmur Məmmədxanlı patrooykonimdir. Yaşayış məntəqəsini XDC əsrdə maldarlıqla məşğul olmuş məmmədxanlı nəslinə mənsub ailələr saldığına görə belə adlandırılmışdır.
Məmmədxanlı (Xaçmaz)
Məmmədxanlı (keçmiş İlxıçı) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qalağan kənd inzibati ərazi dairəsində kənd. Məmmədxanlı kəndi Ərəb, Hacılar, Keymərəz, Qalağan və Sayad kəndləri ilə birlikdə Qalağan kənd bələdiyyəsinin idarəetməsi altındadır. Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kəndin keçmiş adı Məmmədxan İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur. Kənd bəzi mənbələrdə İlxıçı Məmmədxan və ya İlxıçı kimi də adlandırılmışdır. İlxıçı Səlcuq türklərinin tayfa adıdır. Bu türk tayfaları Osmanlı imperatorluğu dövründə doğma vətənləri Anadolunu tərk edərək Azərbaycana gəldilər və daimi olaraq burada qaldılar. Bu tayfalar (İlxıçı və Qaradağlı – Q.İ.) Azərbaycana köçdükləri vaxtdan öz qəbiləçilik təşkilatlarını unudaraq, başqa türk əhalisiylə qarışmışlar. Öz qəbilələri adıyla iz buraxdıqları oykonimlərdən başqa, onlardan bir iz qalmamışdır.
Ənvər Məmmədxanlı
Ənvər Qafar oğlu Məmmədxanlı (15 (28) fevral 1913, Göyçay – 19 dekabr 1990, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinn üzvü, "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq yazıçısı (1987). Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır (1926–1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləmişdir (1931–1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934–1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936–1938), "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941–1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943–1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir.
Ənvər Məmmədxanlı (Ucar)
Ənvər Məmmədxanlı, Kirovkənd (?–2008) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. 2008-ci ilə qədər kənd Kirovkənd adlanıb. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə kəndin adı dəyişdirilib Ənvər Məmmədxanlı qoyulmuşdur Əhalisinin sayı 254 nəfərdir.

Oxşar sözlər

#məmmədxanlı nədir? #məmmədxanlı sözünün mənası #məmmədxanlı nə deməkdir? #məmmədxanlı sözünün izahı #məmmədxanlı sözünün yazılışı #məmmədxanlı necə yazılır? #məmmədxanlı sözünün düzgün yazılışı #məmmədxanlı leksik mənası #məmmədxanlı sözünün sinonimi #məmmədxanlı sözünün yaxın mənalı sözlər #məmmədxanlı sözünün əks mənası #məmmədxanlı sözünün etimologiyası #məmmədxanlı sözünün orfoqrafiyası #məmmədxanlı rusca #məmmədxanlı inglisça #məmmədxanlı fransızca #məmmədxanlı sözünün istifadəsi #sözlük