Məmmədyarov sözü azərbaycan dilində

Məmmədyarov

Yazılış

  • Məmmədyarov • 99.9063%
  • MƏMMƏDYAROV • 0.0803%
  • məmmədyarov • 0.0134%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məmmədyarov
Şəhriyar Məmmədyarov — Azərbaycan qrossmeysteri. Elmar Məmmədyarov — Azərbaycan siyasətçisi. Məhərrəm Məmmədyarov — Azərbaycan alimi. Məmməd Məmmədyarov – dövlət xadimi, inqilabçı.
Elmar Məmmədyarov
Elmar Məhərrəm oğlu Məmmədyarov (2 iyul 1960, Bakı) — Azərbaycan siyasətçisi və diplomat, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri (2003–2004), Azərbaycan Respublikasının xarici işlər naziri (2004–2020), AFFA İcraiyyə Komitəsinin üzvü, BAAU-nun fəxri doktoru. == Həyatı == Əslən Culfa rayonundan olan Elmar Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində Məhərrəm və İzida Məmmədyarovların ailəsində anadan olub. Onun atası Məhərrəm Məmmədyarov alimdir və 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür. Elmar Məmmədyarov 1977-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" bölməsinə daxil olub və 1982-ci ildə həmin ali təhsil müəssisəsini bitirib. O, ingilis, rus və türk dillərini bilir. Lakin bəzi mənbələrdə Azərbaycan dilini zəif səviyyədə bildiyi qeyd olunub. Sabiq nazir bu səbəbdən mütəmadi olaraq tənqid olunmuşdur. Bakı Avrasiya Universitetinin fəxri doktorudur. === Ailəsi === Anası İzida İbrahimbəyova Fuad İbrahimbəyovun qızıdır. Atası Məhərrəm Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.
Mürvət Məmmədyarov
Məhərrəm Məmmədyarov
Məhərrəm Əli oğlu Məmmədyarov (17 oktyabr 1924, Yaycı, Naxçıvan MSSR – 2 yanvar 2022, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009). Məhərrəm Məmmədyarov 17 oktyabr 1924-cü ildə Naxçıvan MSSR Yaycı kəndində (indiki Culfa rayonunda) anadan olmuşdur. 1941-ci ildə Naxçıvan Pedagoji Texnikumu bitirmişdir. 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak etmişdir, 12 medal və ordenlərlə mükafatlanmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdi. 1953–1955-ci illərdə Azərbaycan SSR Azərbaycan Milli Elmlər Akademiyası Kimya İnstitutunda elmi katib, 1955–1959-cu illərdə SSRİ EA Nikolay Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959–1969-cu illərdə Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1973–1979-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan regional elmi mərkəzinin rəhbəri idi. 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon qazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1975–1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) dərs demişdir. 1981-ci ildən 1994-cü ilə qədər şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə qədər isə Azərbaycan EA Mikrobiologiya İnstitutunun direktoru işləmişdir.
Məmməd Məmmədyarov
Məmmədyarov Məmməd Məmmədqulu oğlu – Azərbaycan SSR dövlət xadimi, inqilabçı. Azərbaycanda Sovet hakimiyyəti qurmaq uğrunda fəal mübariz. Məmməd Məmmədyarov 1875-ci ildə Bakının Maştağa kəndində anadan olub. 1902-ci ildə Kommunist Partiyasına qəbul edilib. 1903-cü il ümumi iyul tətilinin təşkilatçısı, 1906-cı ildən Neft Sənaye Fəhlələri İttifaqı idarə heyətinin üzvü, 1917-ci ildən Bakı Sovetinin üzvü olub. 1917-ci ilin sonunda S. Martikyan, M. Plşakov, A. Baqdasarovla birlikə qırmızı qvardiyanın təşkilində fəal iştirak edib. Məmmədyarov haqqında məlumat tapmaq indi biraz çətin olsa da 1958-ci ildə nəşr olunmuş "Azərbaycan Kommunist Partiyasının tarixi" kitabının I cildinin 311-ci səhifəsində onun Mart hadisələrindəki rolu haqqında məlumat almaq olur: "Mart vuruşları günlərində M. Məmmədyarov, A.Mikoyan … və başqa bolşeviklər sovet hakimiyyətini müdafiə edənlərin ilk sıralarında idilər. Müsavatçılarla vuruşmalarda A. Mikoyanın və M. Məmmədyarovun qızıl qvardiya dəstələri xüsusilə fərqlənmişdi. Bu dəstələr "dikaya diviziyanın" Nikolayevski küçəsində (indiki İstiqlaliyyət küçəsi) "İsmailiyyə" binasında yerləşən qərərgahina, habelə müsavatçıların səngər etdikləri İçərişəhərə hücum edirdilər". Bakıda əhaliyə qarşı qırğının dövründə Azərbaycan milli qüvvələrinin "İsmailiyyə" binasında yerləşən qərargahına hücum edən dəstələrdən birinə M. Məmmədyarovun rəhbərlik etdiyi qeyd olunur.
Şəhriyar Məmmədyarov
Şəhriyar Həmid oğlu Məmmədyarov (12 aprel 1985[…], Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın şahmat qrosmeysteri. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır. 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb. Şəhriyar Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıtda anadan olub. Sumqayıtda 23 nömrəli məktəbi bitirib. Sinif yoldaşları ilə hər zaman yaxşı münasibəti olub. 1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar, onun ilk şahmat məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb. O, 1996-cı ildə Şirvan şəhərində keçirilən turnirdə iştirak edərək, turnirin qalibi olmuşdur. Həmin ildə Şəhriyar Məmmədyarov Beynəlxalq açıq turnirin C qrupunda birinci yerin sahibi olmuşdur.
Əbdülsəməd Məmmədyarov
Əbdülsəməd Məmmədyarov (tam adı: Əbdülsəməd Bağır oğlu Məmmədyarov; d.27.9.1889, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. Əbdülsəməd Məmmədyarov 1889-cu ildə sentyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. 1913-cü ildə Bakı orta inşaat-mexanika məktəbini bitirmiş, Xarkov Texnologiya İnstitutunun mexanika şöbəsində 4 il təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmış, 1918-ci ildə vətənə qayıtmışdır. 1919-cu ildə müraciətinə əsasən, təhsilini davam etdirmək üçün Parlament tərəfindən yenidən Rusiyaya (Xarkov) göndərilməsi nəzərdə tutulmuşdu. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ənvər Məmmədyarov
Məmmədyarov Ənvər Əhməd oğlu (1 iyul 1942, Genlik, Zəngilan rayonu – 28 aprel 2019, Bakı) — dövlət xadimi, MTN Polkovniki, Azərbaycan Respublikası Milli Məclisin deputatı. Ənvər Məmmədyarov 1942-ci ildə Zəngilan rayonunun Genlık kəndində anadan olmuşdur. 1967-ci ildə ADU- nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Zəngilan rayonunda "Kənd həyatı" qəzetinin redaksiyasında işə başlamışdır. "Azəraycan gəncləri" qəzetində "110 yol ayrıcında", "Kəhrəba zəmi" və s. kimi oçerkləri dərc edilmişdir. 1967-ci il 27 Noyabırda Azərbaycan Respublikası DTK-nın sədri cənab Heydər Əliyev tərəfindən Zəngilan rayon şöbəsinə əməliyyat müvəkkili təyin edilmişdir, 1975-ci ildə Zəngilan-Qubadlı, 1978–1987-ci illərdə Şamaxı (Şamaxı, Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay, Zərdab və Ucar rayonlarını özündə birləşdirən regional şöbə), 1987-ci ildə Sabunçu, 1992–1993-cü illərdə Quba, Qusar rayon DTX şöbələrinin rəisi vəzifəsində işləmişdir. 1993-cü ildə MT orqanlarından təqaüdə çıxmışdır. İşlədiyi müddət ərzində MT orqanlarında çoxsaylı milli kadrlar hazirlamışdır. Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmiş, orden və medallarla təltif olunmuşdur: 1. Milli Təhlükəsizlik orqanları veteranı 2.
Türkan Məmmədyarova
Türkan Həmid qızı Məmmədyarova (doğ. 7 avqust 1989, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007). 2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb. 2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb. 2011 və 2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub. Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində 2002-ci ildə Sloveniyanın Bled, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında, və 2003-cü ildə Bolqarıstanın Plovdiv, 2007-ci ildə Yunanıstanın İraklion, 2009-cu ildə Serbiyanın Novi Sad, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir. 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində birinci lövhədə mübarizə aparmışdır. FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Türkan 2307 xalla Azərbaycan qadın şahmatçıları arasında 6-cı, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 182-ci yerdə qərarlaşıb. Türkanın qardaşı Şəhriyar və böyük bacısı Zeynəb də beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar. Məmmədyarovlar ailəsi Azərbaycanda üç beynəlxalq qrosmeyster yetişdirmiş yeganə şahmat ailəsidir.
Zeynəb Məmmədyarova
Zeynəb Həmid qızı Məmmədyarova (3 oktyabr 1983, Sumqayıt) — Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster. Zeynəb Məmmədyarova 1983-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Azərbaycan Beynəlxalq Universitetini bitirib. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeysterdir. Məşqçisi Həmid Məmmədyarovdur. 2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü, 2013-cü ilin sentyabr ayında isə Sumqayıt bələdiyyəsinin sədr müavini seçilmişdir. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olur. 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi (İspaniya, 2000); 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı (Bakı, 2002); Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı (Sloveniya — öz taxtasında, 2002); 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı (Naxçıvan, 2003). FIDE Chess Profile Zeinab Mamedjarova.

Oxşar sözlər

#məmmədyarov nədir? #məmmədyarov sözünün mənası #məmmədyarov nə deməkdir? #məmmədyarov sözünün izahı #məmmədyarov sözünün yazılışı #məmmədyarov necə yazılır? #məmmədyarov sözünün düzgün yazılışı #məmmədyarov leksik mənası #məmmədyarov sözünün sinonimi #məmmədyarov sözünün yaxın mənalı sözlər #məmmədyarov sözünün əks mənası #məmmədyarov sözünün etimologiyası #məmmədyarov sözünün orfoqrafiyası #məmmədyarov rusca #məmmədyarov inglisça #məmmədyarov fransızca #məmmədyarov sözünün istifadəsi #sözlük