Məmmədəliyev sözü azərbaycan dilində

Məmmədəliyev

Yazılış

  • Məmmədəliyev • 99.9095%
  • MƏMMƏDƏLİYEV • 0.0905%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heydər Məmmədəliyev
Məmmədəliyev Heydər Nurəddin oğlu (rus. Гейдар Нураддин оглы Мамедалиев) — Azərbaycan əsilli Rusiya güləşçisi, Yunan-Roma güləşi üzrə Azərbaycan və Rusiya çempionu, Rusiya milli güləş komandasının tərkibində 55 kq-lıq çəki dərəcəsində dünya çempionu, 2004 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Yunan-Roma güləşi üzrə əməkdər idman ustası. == Həyatı == Heydər Məmmədəliyev 2 aprel 1974-cü ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Bakıdakı Olimpiya rezervli məktəbi bitirib. İlk məşqçisi sonralar Azərbaycanın milli qəhrəmanı adına layiq görülən Əliyar Əliyev olub. 1996, 1997 və 1998-ci illərdə Azərbaycan çempionu adına layiq görülüb. 2002-ci ildə Rusiya milli güləş komandasının tərkibində dünya çempionu, 2003-cü ildə Dünya kubokunun sahibi, 2004-cü ildə Afina olimpiadasının gümüş mükafatçısı olub. 1994-cü ildən Yekaterinburqda yaşayır və Verx-İsetsk idman mərkəzində çalışır. Məşqçisi Sergey Novakovskidir. 1999-cu ildən Rusiya komandası heyətində çıxış edir.
Həbib Məmmədəliyev
Həbib Məmmədəliyev (tam adı: Məmmədəliyev Həbib Mehdi oğlu;v. 14 may 1975) — AMEA-nın müxbir üzvü, kimyaçı alim, texniki elmlər doktoru, professor == Həyatı və təshili == Məmmədəliyev Həbib Mehdi oğlu 1912-ci il martın 29-da Ordubad şəhə­rində anadan olmuşdur. Yusif Məmmədəliyevin qardaşı oğludur. Şərqşünas Vasim Məmmədəliyevin qohumudur. Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısıdır. 1937-ci ildə Azərbaycan Sə­naye İnstitutunu muhəndis-kimyaçı tex­noloq ixti­sası üzrə bitirmişdir. === Vəfatı === 14 may 1975-ci ildə Moskva şəhərində vəfat etmişdir. Bakı şəhərində dəfn edilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === İkinci Dünya Müharibəsi illərində H.Məmmədəliyev ordu sıralarında iştirak etmiş və hərbi texnikanın yanacaq və sürtkü materialları ilə təmin edilməsi üzərində elmi tədqiqat işləri aparmışdır. 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1955-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1956-cı ildə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Saday Məmmədəliyev
Saday Rza oğlu Məmmədəliyev (1 mart 1998, Darkənd, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin maxeyi, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Saday Məmmədəliyev 1998-ci il martın 1- də Ordubad rayonunun Darkənd kəndində anadan olmuşdur. Orta təhsilini Aza kənd məktəbində aldıqdan sonra hərbi xidmət üçün Şahbuz rayonuna yollanmışdır. == Hərbi xidməti == Hərbi xidmətini xüsusi təyinatlı olaraq etmiş, hərbi xidmət müddəti bitdikdən sonra hərbiyə olan marağına görə hərbidə qalıb MAXE olaraq Vətəninə xidməti davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Saday Məmmədəliyev 2020-ci il oktyabrın 11-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə zamanı XT qrup kəşfiyyatçı-radioteleqrafçı kimi hərbi xidmətini yerinə yetirib, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə ən son 24 oktyabrda danışmış, Şuşaya çox az qaldığını söyləmişdir. Saday Məmmədəliyev 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Naxçıvan şəhəri,Ordubad rayonu Darkənd kəndində dəfn edilmişdir. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Saday Məmmədəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Salam Məmmədəliyev
Salam Vamiq oğlu Məmmədəliyev — Azərbaycan televiziya rejissoru. == Həyatı == Salam Vamiq oğlu Məmmədəliyev Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. "O olmasın, bu olsun" tamaşasında "qoçu Əsgər, "Kuraj ana"da keşiş və gənc vəkil obrazlarında iştirak edib. 1998-2000-ci illərdə AzTV-də "Tələbə klubu" verilişində rejissor assistenti, 2000-2002-ci illərdə isə Lider TV-də “Bumeranq şou” verilişində rejissor assistenti, "Jazz time" verilişində rejissor assistenti və rejissor olaraq çalışıb. Lider TV-də Cəfər Cabbarlıya həsr olunmuş filmdə onun obrazını ifa edib. 2005-ci ildən İctimai televiziyada rejissor, 2010-cu ildən isə quruluşçu rejissor kimi çalışır. Bir çox musiqili-əyləncəli verilişlərə quruluş verib. Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunun quruluşçu rejissoru olmuşdur. Hazırda "Ozan məclisi" və "Ustad dərsi" kimi musiqi verilişlərinin rejissorudur.
Vamiq Məmmədəliyev
Vamiq Məmmədəli oğlu Məmmədəliyev (9 iyun 1946, Bakı) — Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Vamiq Məmmədəli oğlu Məmmədəliyev 1946-cı il iyun ayının 9-u Bakının Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub. 1953–1964-cü illərdə 113 nömrəli Kürdəxanı kənd məktəbində orta təhsil alıb. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb. Bir müddət sonra 1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyini və daha sonralar "Bahar" xalq çalğı alətləri ansamblını yaradır. 1967 – 1972-ci illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb. 1965–1967-ci illərdə Astara rayonunda hərbi xidmətdə olub. 1972–1976-cı illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar üzrə ali təhsil alan Vamiq Məmmədəliyev bu tədris ocaqlarında Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyev, Sərvər İbrahimov kimi magikanlardan muğamın sirlərini, ifa texnikasını və xanəndəni müşayiət formalarını mənimsəyərək canına hopdurub. Mədəni Maarif Texnikumunu bitirən kimi tar aləti üzrə ixtisas müəllimi (1971–1993), Bakı Musiqi Akademiyasında baş müəllim, dosent (1988–2001) fəaliyyət göstərən Vamiq Məmmədəliyev 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində açılmaqda olan musiqi sənəti fakültəsinə dekan vəzifəsinə dəvət olunur. O vaxdan bu günədək rəhbər kimi çalışaraq fakültənin qurulmasında gərgin əmək sərf edən Vamiq Məmmədəliyev yaradıcılıqdan da kənar qalmır.
Vasim Məmmədəliyev
Vasim Məmmədəli oğlu Məmmədəliyev (27 avqust 1942, Bakı – 13 oktyabr 2019, Bakı) — şərqşünas-alim, professor (1979); Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007); Azərbaycanın (1992) və Dağıstanın (2003) əməkdar elm xadimi; BDU-nun İlahiyyat fakültəsinin dekanı; BDU-nun ərəb filologiyası kafedrasının müdiri; Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997). == Həyatı və fəaliyyəti == Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949–1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır. 1959–1964 — BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. Ələsgər Məmmədovun tələbəsidir. 1965–1968 — Tbilisi Dövlət Universitetində aspirant. 1978-ci ildən professor olmuşdur. 1981–1991 — BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı. 1989 — İraq Elmlər Akademiyası, 1994 — İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 — Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 — Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir. 1991–1992 — BDU-nun prorektoru.
Vladimir Məmmədəliyev
Vladimir Qayıb oğlu Məmmədəliyev 14 fevral 1977 – 4 iyul 2014, Slovyansk, Donetsk vilayəti) — Ukrayna Qəhrəmanı; Donbass müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Vladimir Məmmədəliyev 1977-ci il fevralın 14-də Novoukrainkada anadan olmuşdur. === Donbass müharibəsi və döyüşlərdə iştirakı === === Ölümü === === Şəxsi həyatı === == İrsi == Ukraynanın Novoukrainka şəhərində adına küçə var. == Təltif və mükafatları == "Ukrayna Silahlı Qüvvələrinin 15 illiyi" medalı "Vicdanlı xidmətə görə" medalı, III dərəcəli "Vicdanlı xidmətə görə" medalı, II dərəcəli III dərəcəli Boqdan Xmelnitski ordeni (2014) "Ukrayna Qəhrəmanı" fəxri adı ("Qızıl Ulduz" ordeni ilə birlikdə) (2015) == İstinadlar == == Həmçinin bax == İlqar Bağırov Yolçu Əliyev == Xarici keçidlər == "Профіль загиблого". «Nekropole». İstifadə tarixi: 14 липня 2014.
Vüqar Məmmədəliyev
Vüqar Əhməd oğlu Məmmədəliyev (23 fevral 1975) — Aktyor. == Həyatı == Vüqar Məmmədəliyev 23 fevral 1975-ci ildə Sumqayıtda anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Gənclər Teatrında, 1999–2000-ci illərdə "İlham" Miniatür teatrında aktyor vəzifəsində işləmişdir. 2006-cı ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Dram və kino aktyorudur. Bir neçə film, serial, klip və reklamlarda rol almışdır. Evlidir. == Əsas rolları == 1. Lizandr – ("Yay gecəsində yuxu", V. Şekspir) 2.
Yusif Məmmədəliyev
Yusif Heydər oğlu Məmmədəliyev (31 dekabr 1905, Ordubad, Naxçıvan qəzası – 15 dekabr 1961, Bakı) — Azərbaycan-sovet kimya alimi, kimya elmləri doktoru (1942), professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945) və prezidenti (1947–1951 və 1958–1961), SSRİ EA-nın müxbir üzvü (1958). SSRİ Dövlət mükafatı laureatı (1946). SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958–1961) və Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış, 1955–1959) deputatı. == Həyatı == Yusif Məmmədəliyev 1 dekabr 1905-ci ildə Naxçıvan qəzasının Ordubad şəhərində anadan olmuşdur. Yusif Məmmədəliyev 1926-cı ildə Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir müddət sonra, 1928–1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim işləmişdir. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y. Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir. 1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı quranlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır.
Yusuf Məmmədəliyev
Yusuf Məmmədəliyev (23 yanvar 1979, Bakı) — Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi. == Həyatı == Yusuf Məmmədəliyev — 1979-cu il 23 yanvar tarixində Bakı şəhərində anadan olub. == Fəaliyyətləri == 1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə qeyd olunan institutda bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb. 1997-ci ildə 18 yaşlı Y. Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997–2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb. 2002–2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib. 2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla Əliyevanın rəhbərliyi ilə "İlhamla İrəli" şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı kampaniyasında iştirak edib. 2005–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində çalışıb. 2009–2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.
İqbal Məmmədəliyev
İqbal Vamiq oğlu Məmmədəliyev (23 sentyabr 1978, Bakı) — Azərbaycan kino rejissoru və prodüseri. == Həyatı == İqbal Məmmədəliyev 23 sentyabr 1978-ci ildə Bakıda anadan olub. 1985–1995-ci illərdə 113 saylı orta məktəbdə oxuyub. 1989–1994-cü illərdə 10 saylı musiqi məktəbində tar sinfini bitirib. 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini, 2002-ci ildə isə teatrşünaslıq üzrə magistraturasını bitirib. Ailəlidir, dörd övladı var. Tarzən Vamiq Məmmədəliyevin oğlu, rejissor Salam Məmmədəliyevin qardaşıdır. == Fəaliyyəti == 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, "Gənclik və İdman" baş redaksiyasında ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb. 1998–2000-ci illərdə "Soy" şirkətində rejissor vəzifəsində çalışıb, 2000–2004-cü illərdə Media Holdinq şirkətinin Lider televiziyasında rejissor kimi fəaliyyətini davam etdirərək 5 televiziya layihəsinin, 200-dən çox müxtəlif səpkili televiziya verilişlərinin, eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifi olub. 2002–2004-cü illərdə Azərbaycan Kinematoqrafçılar Birliyində bir çox filmləri nümayiş olunaraq peşəkar tənqidçilər tərəfindən müzakirəyə çıxarılıb.
Yusif Məmmədəliyev (dəqiqləşdirmə)
Yusif Məmmədəliyev Yusuf Məmmədəliyev Yusif Məmmədəliyev küçəsi (Bakı) Yusif Məmmədəliyev küçəsi (Naxçıvan) Yusif Məmmədəliyev (film, 1987) Yusif Məmmədəliyev (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda qəsəbə.
Yusif Məmmədəliyev (Şamaxı)
Yusif Məmmədəliyev — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Şamaxı r-nu Avaxıl i.ə.d.-də qəsəbə. Niyaldağ silsiləsinin Alçalı Pir yaylasında yerləşir. Bəzən Pirqulu dağını Alçalı Pir yaylası ilə qarışıq salaraq qəsəbənin yerləşdiyi ərazini Pirqulu yaylası adlandırırlar. Pirqulu dağı bu qəsəbədən qərb tərəfdə yerləşir. Əhalisi 41 nəfərdir (2009), 6 təsərrüfatı var. Yaşayış məntəqəsi Şamaxı Astrofızika Rəsədxanasının işçiləri üçün salınmış, görkəmli Azərbaycan alimi, kimyaçı, akademik Yusif Məmmədəliyevin (1905-61) şərəfınə adlandırılmışdır.
Yusif Məmmədəliyev küçəsi
Yusif Məmmədəliyev küçəsi (Bakı)
Yusif Məmmədəliyev qəsəbəsi
Yusif Məmmədəliyev — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Şamaxı r-nu Avaxıl i.ə.d.-də qəsəbə. Niyaldağ silsiləsinin Alçalı Pir yaylasında yerləşir. Bəzən Pirqulu dağını Alçalı Pir yaylası ilə qarışıq salaraq qəsəbənin yerləşdiyi ərazini Pirqulu yaylası adlandırırlar. Pirqulu dağı bu qəsəbədən qərb tərəfdə yerləşir. Əhalisi 41 nəfərdir (2009), 6 təsərrüfatı var. Yaşayış məntəqəsi Şamaxı Astrofızika Rəsədxanasının işçiləri üçün salınmış, görkəmli Azərbaycan alimi, kimyaçı, akademik Yusif Məmmədəliyevin (1905-61) şərəfınə adlandırılmışdır.
Yusif Məmmədəliyev (film, 1987)
Yusif Məmmədəliyev küçəsi (Bakı)
Yusif Məmmədəliyev küçəsi — Bakı şəhərinin Səbail rayonunda Hacı Zeynalabdin Tağıyev və Rəsul Rza küçələrinə paralel küçə. Küçə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti və akademiki Yusif Məmmədəliyevin adını daşıyır. == Haqqında == Küçənin əvvəlki adı "Polis küçəsi", bəzi mənbələrdə isə "Köhnə Polis küçəsi" adlanmışdır. == Kəsişdiyi küçələr == Küçə ? küçəsi ilə kəsişmədən başlayaraq Neftçilər prospektində bitir. Əbdülkərim Əlizadə küçəsi Zərifə Əliyeva küçəsi == Mühüm ünvanlar == № ? — № ? — № ? — Yusif. M böyük alim edebiyyatda tanınmışdı.
Akademik Yusif Məmmədəliyev (film, 2005)
Akademik Yusif Məmmədəliyev qısametrajlı sənədli televiziya filmi rejissor Tahir Əliyev tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Bədii obrazları Azad Şükürov, Şəlalə Şahvələdqızı, Leyla Məmmədova və Elşən Rafiqoğlu canlandırırlar. == Məzmun == Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Vaxtilə SSRİ EA-nın prezidenti V. L. Komarov əbəs yerə deməmişdir : Təkcə Yusif Məmmədəliyevə görə Azərbaycanda Elmlər Akademiyası açılmalıdır.
Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. === Filial dövrü === 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu
Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. == Fəaliyyət istiqamətləri == Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması. İnstitutun struktur bölmələri:Sərbəst şöbə və laboratoriyalar, monomerlər, oliqomerlər və kataliz şöbəsi, fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, neft və qazın kimyası və texnologiyası şöbəsi, elmi-texniki informasiya şöbəsi. == Tarixi == Neft sənayesinin 1920-ci ildə milliləşdirilməsindən sonra Azərbaycanda Azərneftin tərkibində mərkəzləşdirilmiş böyük elmi-tədqiqat laboratoriyası – mərkəzi kimya laboratoriyası (MKL) yaradıldı. MKL-nin ilk yaradıcılarından biri professor L. Q. Qurviç olmuşdurş. MKL-nin elmi və təşkilatı fəaliyyəti 1928-ci ildə Moskva şəhərində keçirilən mühüm konfranslarda yüksək qiymətləndirilmiş və 1929-cu ildə MKL-in, Şmidt adına zavodun təcrübə stansiyasının, nefthidravlik laboratoriyasının, neft geologiyası tədqiqat laboratoriyasının, enerji bürosunun birləşdirilməsi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu (AETNİ) yaradılmışdır. Bu instituta 1930-cu ildə V. V. Kuybişevin adı verilmişdir. Bu institutun tərkibində böyük neft emalı şöbəsi yaradılmışdır. 1930–1945-ci illər ərzində burada neft emalı, neft çıxarma, neft kimyası üzrə əsas elmi tədqiqat işləri aparılmışdır. Bu illər ərzində termiki-krekinq qurğuları, yüksək məhsuldarlığa malik digər qurğular, yağtəmizləmə zavodları və s.
Sevda Məmmədəliyeva
Sevda Yusif qızı Məmmədəliyeva (14 noyabr 1946, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini (1999-2023), alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Sevda Yusif qızı Məmmədəliyeva 1946-cı il noyabrın 14-də Bakı şəhərində akademik ailəsində anadan olmuşdur. 1962-ci ildə Bakı şəhər 6 saylı orta məktəbi eksternat qaydası ilə və Bakı şəhər 2 saylı Uşaq Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1967-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına daxil olaraq elmi fəaliyyətə başlamışdır. Namizədlik disertasiyasını müdafiə etdikdən sonra 1970–1983-cü illərdə AMEA-nın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışmışdır. Bu illərdə S.Məmmədəliyeva böyük elmi işçi (1974) və dosent (1983) elmi adlarına yiyələnmişdir. S.Məmmədəliyeva 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyir. 1987-ci ildə S.Məmmədəliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda bir illik stajirovka keçir. 1994-cü ilin yanvar ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun İxtisaslaşdırılmış elmi şurasında 090011 – "Sosial fəlsəfə" ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edir və fəlsəfə elmləri doktoru elmi dərəcəsi alır (1994). 1996-cı ildə elm, mədəniyyət və təhsil sahəsində xidmətlərinə görə S.Məmmədəliyeva "Bilik" Azərbaycan Maarif Cəmiyyətinin medalı ilə təltif olunaraq akademik Yusuf Məmmədəliyev adına mükafatın laureatı olur.
Yusif Məmmədəliyevin Memorial Muzeyi
Yusuf Məmmədəliyev - Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru, professor Yusif Məmmədəliyevin ev muzeyi. == Muzeyin yaranması == 2015-ci ildən isə muzeyin nəzdində Gənc Alimlər Klubu yaradılmışdır. Muzeyin ümumi sahəsi 170 kv.m., fondu isə 669 eksponat təşkil edir. Muzey Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda 1985-ci ildən fəaliyyət göstərir. Muzey müasir texnologiyalarla tam təmin olunan yeni dizayn ən müasir standartlara cavab verən muzey 2012-ci il iyun-sentyabr aylarında təmirə bağlanan muzeyin bədii tərtibatını ARDNŞ tərəfindən dəvət olunmuş Latviyanın "Digital Design" studiyası həyata keçirərək 2013-cü ildə muzeyin sahəsi genişləndirilmişdir. == Muzeyin bölmələri == İki bölmədən ibarət olan Memorial muzeyin birinci bölməsində alimin həyat və yaradıcılığını əks etdirən akademikin yazı masası, kitab şkafı, çoxsaylı fotolar, yer alıb. Müasir texnologiyalara əsaslanan yeni dizaynda alimin həyatı, elmi yaradıcılığı və fəaliyyəti haqqında hazırlanmış video materiallar xüsusi tele lövhələrdə ziyarətçilərə təqdim olunur. Akademikin şəxsi fotoaparatı ilə çəkilmiş şəkillərdən hazırlanmış elektron fotoalbom xüsusi texnologiyalarla hazırlanmış ayrı bir stenddə nümayiş olunur. Bu bölmədə Məmmədəliyevə 1946-cı ildə hədiyyə edilmiş alimin qol saatı, dekorativ qab, gündəliyi və çoxsaylı elmi jurnallar, "Kiyev" markalı fotoaparatı, yer alıb. Memorial muzeyin ikinci bölməsində alimin neft-kimya sahəsində qazandığı uğurları əks etdirən stendlər var.
Yusif Məmmədəliyevin ev muzeyi
Yusif Məmmədəliyevin ev muzeyi — Yusif Məmmədəliyevin ev muzeyi 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə, alimin qazandığı misilsiz elmi naliyyətlərinin uğuru nəticəsində 75 illiyi münasibətilə Ordubadda yaradılmışdır. Muzey dörd otaqdan, iki eyvandan ibarətdir. Birinci otaqda alimin uşaqlıq illəri, tələbəçilik illəri və Moskva Dövlət Universitetində oxuduğu dövrlərlə bağlı şəkilləri vardır.
Yusif Məmmədəliyevin heykəli
Yusif Məmmədəliyevin heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsində, İsmailiyyə binasının yaxınlığında yerləşən Azərbaycan SSR EA-nın akademiki və prezidenti Yusif Məmmədəliyevin heykəli. == Tarixi == Heykəl 16 sentyabr 1998-ci ildə Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin göstərişi ilə ərsəyə gəlib və bu, Yusif Məmmədəliyevə qoyulan ilk heykəl idi. Heykəlin müəllifləri Azərbaycan Respublikasının xalq rəssamı, heykəltaraş Akif Əsgərov, arxitektor E.Əsədovun, Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Çingiz Fərzəliyevdir.
Yusuf Məmmədəliyevin Memorial Muzeyi
Yusuf Məmmədəliyev - Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru, professor Yusif Məmmədəliyevin ev muzeyi. == Muzeyin yaranması == 2015-ci ildən isə muzeyin nəzdində Gənc Alimlər Klubu yaradılmışdır. Muzeyin ümumi sahəsi 170 kv.m., fondu isə 669 eksponat təşkil edir. Muzey Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda 1985-ci ildən fəaliyyət göstərir. Muzey müasir texnologiyalarla tam təmin olunan yeni dizayn ən müasir standartlara cavab verən muzey 2012-ci il iyun-sentyabr aylarında təmirə bağlanan muzeyin bədii tərtibatını ARDNŞ tərəfindən dəvət olunmuş Latviyanın "Digital Design" studiyası həyata keçirərək 2013-cü ildə muzeyin sahəsi genişləndirilmişdir. == Muzeyin bölmələri == İki bölmədən ibarət olan Memorial muzeyin birinci bölməsində alimin həyat və yaradıcılığını əks etdirən akademikin yazı masası, kitab şkafı, çoxsaylı fotolar, yer alıb. Müasir texnologiyalara əsaslanan yeni dizaynda alimin həyatı, elmi yaradıcılığı və fəaliyyəti haqqında hazırlanmış video materiallar xüsusi tele lövhələrdə ziyarətçilərə təqdim olunur. Akademikin şəxsi fotoaparatı ilə çəkilmiş şəkillərdən hazırlanmış elektron fotoalbom xüsusi texnologiyalarla hazırlanmış ayrı bir stenddə nümayiş olunur. Bu bölmədə Məmmədəliyevə 1946-cı ildə hədiyyə edilmiş alimin qol saatı, dekorativ qab, gündəliyi və çoxsaylı elmi jurnallar, "Kiyev" markalı fotoaparatı, yer alıb. Memorial muzeyin ikinci bölməsində alimin neft-kimya sahəsində qazandığı uğurları əks etdirən stendlər var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.05 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 30.84
2003 •••••• 8.66
2004 ••••••• 10.11
2005 •••••• 8.77
2006 ••••••• 10.59
2007 •••••••• 11.63
2008 ••••• 6.82
2009 •••••••• 11.52
2010 •••••• 8.81
2011 •••• 5.06
2012 •••••• 9.21
2013 •• 2.19
2014 •••••• 7.89
2015 ••••• 7.49
2016 •••• 6.07
2017 ••••••• 9.27
2018 ••••••• 10.04
2019 ••••••• 9.88
2020 •••• 4.77

Oxşar sözlər

#məmmədəliyev nədir? #məmmədəliyev sözünün mənası #məmmədəliyev nə deməkdir? #məmmədəliyev sözünün izahı #məmmədəliyev sözünün yazılışı #məmmədəliyev necə yazılır? #məmmədəliyev sözünün düzgün yazılışı #məmmədəliyev leksik mənası #məmmədəliyev sözünün sinonimi #məmmədəliyev sözünün yaxın mənalı sözlər #məmmədəliyev sözünün əks mənası #məmmədəliyev sözünün etimologiyası #məmmədəliyev sözünün orfoqrafiyası #məmmədəliyev rusca #məmmədəliyev inglisça #məmmədəliyev fransızca #məmmədəliyev sözünün istifadəsi #sözlük