məmuru sözü azərbaycan dilində

məmuru

Yazılış

  • məmuru • 99.8339%
  • Məmuru • 0.1661%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vüsal Rüstəmov (dövlət məmuru)
Vüsal İbrahim oğlu Rüstəmov — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru. == Həyatı və fəaliyyəti == Vüsal İbrahim oğlu Rüstəmov 9 yanvar 1986-cı il tarixində anadan olub. 2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində prezident təqaüdçüsü kimi bakalavr, 2008–2010-cu illərdə İsveçrədə, Cenevrə Beynəlxalq Universitetində Biznes idarəçiliyi üzrə magistr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində iştirak edib və İsveçrədə təhsil alıb.Əmək fəaliyyətinə 2010–2017-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunda mütəxəssis kimi başlayıb. 2017–2018-ci illər ərzində fəaliyyətinə İsveçrənin "Tofoyl AG" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində direktor müavini kimi davam edib. 2018–2020-ci illərdə "İnnovasiyalar Mərkəzi" MMC-də "ASAN kommunal" departamentinin müdiri vəzifəsində çalışıb. 20 may 2020-ci ildə "İnnovasiyalar Mərkəzi" MMC-nin direktor müavini vəzifəsinə təyin edilib. 21 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin əmrinə əsasən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru vəzifəsinə təyin olunub.
Elnur Aslanov (dövlət məmuru)
Elnur Kazım oğlu Aslanov (15 yanvar 1977, Bakı) — 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri, 2014-2016-cı illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru (Ph.D). O, həmçinin "Harvard Business School"un məzunu, iki kitabın, eləcə də bir sıra İT və İnternet layihələrinin sahibi və müəllifidir. == Həyatı və fəaliyyəti == Aslanov Elnur Kazım oğlu 15 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetini və Azərbaycan Universitetini bitirmişdir. Fəlsəfə doktoru və MA elmi dərəcələri var.1997-2001-ci illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr və Siyasi Partiyalarla İş şöbəsində təlimatçı, baş referent, 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya İşinin Təşkili və Analitik Təhlil sektorunda referent, böyük məsləhətçi vəzifəsində 2005-2007-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləmişdir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilmiş, 17 mart 2014-cü ildə vəzifəsindən azad edilmişdir. E.Aslanov 2 aprel 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.14 avqust 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. 2016-ci ildə ABŞ-da Harvard Business School-da təhsilini davam etdirmək məqsədilə dövlət işindən uzaqlaşıb. Hazırda biznes fəaliyyəti ilə məşğuldur. Elnur Aslanov bir sıra İnternet layihələrinin müəllifi və sahibidir. İki kitab müəllifidir: "Modernləşmə və Milli İnkişaf" (Bakı, 2015) və "Qloballaşma və Milli İnkişaf Strategiyası" (Baki, 2006).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.32 dəfə / 1 mln.
2002 •••••••••••••••• 6.85
2003 ••••••• 2.76
2004 •• 0.67
2005 •••••••• 3.37
2006 ••••••••••• 4.73
2007 ••••• 1.90
2008 ••• 1.22
2009 •••••• 2.24
2010 ••••••••••••• 5.45
2011 ••••••••••• 4.46
2012 ••••••••••••• 5.25
2013 •••••••••••••••••••• 8.61
2014 •••••••••••••••••••• 8.24
2015 •••••••••• 4.08
2016 ••••••• 2.78
2017 •••• 1.46
2018 ••••• 2.10
2019 •••••••••••••• 5.84
2020 •••••••••••• 5.04

"məmuru" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məmuru nədir? #məmuru sözünün mənası #məmuru nə deməkdir? #məmuru sözünün izahı #məmuru sözünün yazılışı #məmuru necə yazılır? #məmuru sözünün düzgün yazılışı #məmuru leksik mənası #məmuru sözünün sinonimi #məmuru sözünün yaxın mənalı sözlər #məmuru sözünün əks mənası #məmuru sözünün etimologiyası #məmuru sözünün orfoqrafiyası #məmuru rusca #məmuru inglisça #məmuru fransızca #məmuru sözünün istifadəsi #sözlük