məngənə sözü azərbaycan dilində

məngənə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məngənə • 90.2439%
  • Məngənə • 7.3171%
  • MƏNGƏNƏ • 2.4390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məngənə
Məngənə — hissələrinin emalından tərpənməz bərkidilməsi üçün tətbiq olunan tərtibat. O, əsasən aralarında hissə bərkidilən tərpənməz və hərəkətli dodaqlardan ibarətdir. Dodaqların üzərinə yeyilmənin qarşısını almaq üçün əlavə olaraq emal olunan hissəyə uyğun formaya malik xüsusi lövhələr bərkidilir. Məngənə həm əl işlərinin (yivaçma, mişarlama, bülövləmə, təmizləmə), həm də dəzgahlarda (burğulama, frezləmə) aparılan əməliyyatların yerinə yetirilməsində geniş tətbiq olunur. Dəzgahlarda tətbiq olunan məngənələr yüksək dəqiqliyi, sərtliyi ilə fərqlənir. Məngənələrdə bərkitmə üçün lazım olan güc həm tənzimləyici vintin köməyi ilə əl ilə, həmçinin hidravlik ötürmədən istifadə etməklə yaradıla bilir. Şəkildə göstərildiyi kimi, məngənədə bərkidilmiş hissəni dəzgahın işçi sahəsində müəyyən bucaq altında döndərməklə onun bir çox səthlərini mexaniki emal etməyə şərait yaradılır. Boruların emalı üçün verilmiş ölçüyə sazlanabilən xüsusu boru məngənələrindən istifadə olunur. Onun üstün cəhəti ondan ibarətdir ki, burada yumşaq materialdan olan boruların deformasiya olunmadan emalını aparmaq olur. == Mənbə == Rezo Əliyev.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2006 ••••••••••••••••••• 0.23
2008 •••••••••••••••••••• 0.24
2010 •••••••• 0.09
2012 •••••••• 0.09
2019 •••••••••••• 0.14

məngənə sözünün leksik mənası və izahı

  • 1 is. [əsli yun.] 1. Hər cür şeyi sıxıb saxlamaq üçün çilingər aləti. Dəmirçi məngənəsi. // Meyvə və s. sıxıb suyunu çıxarmaq üçün alət, cihaz. 2. məc. Sərbəstliyə mane olan, sıxan, təzyiq edən, əziyyət verən şey haqqında. Ehtiyac məngənəsi. Böhran məngənəsi. – [Nüşabə:] Mənə öz həyatım olmuş məngənə. A.Şaiq. Sən düşəndə məngənəyə mənim dərdim bir dağ olar. M.Rahim. [Səttar xan:] Bizi sıxan siyasi məngənənin rolu daha mühümdür. P.Makulu. 3. Çayın məngənədə sıxılmış (preslənmiş) növü. Çay məhsulunun əsas növləri məxməri və məngənə çaylarıdır. F.Fətəlizadə.

    Azərbaycan dilinin izahlı lüğəti / məngənə

məngənə sözünün etimologiyası

məngənə sözünün sinonimləri (yaxın mənalı sözlər)

məngənə sözünün rus dilinə tərcüməsi

  • 1 тиски, пресс

    Azərbaycanca-rusca lüğət / məngənə
  • 2 сущ. тиски: 1. слесарное приспособление для зажимания обрабатываемого предмета. Dəmirçi məngənəsi кузнечные тиски, əl məngənəsi ручные тиски 2. перен. то, что стесняет, сковывает, лишает свободы. Ehtiyac məngənəsində в тисках нужды, böhran məngənəsi тиски кризиса ◊ məngənəyə almaq брать, взять в тиски, зажимать, зажать в тиски; məngənəyə düşmək попадать, попасть в тиски

    Azərbaycanca-rusca lüğət / məngənə

məngənə sözünün inglis dilinə tərcüməsi

məngənə sözünün fransız dilinə tərcüməsi

məngənə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [əsli yun.] сущ. 1. тӀамбур, тиски, менгена (мес. чатухъандин); 2. пресс (емишар ва мс. чуькьвена яд хкудун патал); 3. пер. чуькьуьдай, азият гудай, азадвилиз манийвал ийидай затӀ; 4. чайдин прессдал чуькьвенвай са жуьре.

    Azərbaycanca-ləzgicə lüğəti / məngənə

"məngənə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məngənə nədir? #məngənə sözünün mənası #məngənə nə deməkdir? #məngənə sözünün izahı #məngənə sözünün yazılışı #məngənə necə yazılır? #məngənə sözünün düzgün yazılışı #məngənə leksik mənası #məngənə sözünün sinonimi #məngənə sözünün yaxın mənalı sözlər #məngənə sözünün əks mənası #məngənə sözünün etimologiyası #məngənə sözünün orfoqrafiyası #məngənə rusca #məngənə inglisça #məngənə fransızca #məngənə sözünün istifadəsi #sözlük