Mənzər sözü azərbaycan dilində

Mənzər

Yazılış

  • Mənzər • 93.7824%
  • mənzər • 6.2176%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mənzər İsmayılova
Mənzər İsmayılova — azərbaycanlı ilk qadın keşiş. == Həyatı == İsmayılova Rusiyanın lüteran icmalarında təcrübə qazanıb Azərbaycandakı yevangelik lüteran icmasında işləmək hüququna malik ilk din xadimidir.
Mənzər Şərifova
Mənzər xanım Rüstəm bəy qızı Şərifova — maarif xadimi, pedaqoq. == Həyatı və fəaliyyəti == Mənzər xanım Rüstəm bəy qızı Şərifova Şuşa şəhərində anadan olmuşdur. Atası Rüstəm bəy Şuşanın adlı-sanlı bəylərindən sayılmışdır. Onun Şuşada qız məktəbində oxuması deyilir.Mənzər xanım Şərifova gənc yaşlarından pedaqoji fəaliyyətlə məşğul olmuşdur. XX əsrin 20-ci illərində Ağdamın Seyidli kəndində ilk qız məktəbinin (Ünas məktəbi) açılması və fəaliyyəti onun adı ilə bağlıdır. O, ilk vaxtlar qız şagirdlərinə evində dərs keçmişdir. Sonralar dərsi Abdulla bəyin Seyidli kəndindəki evində davam etdirmişdir.Mənzər xanım Şərifova sonralar Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin ibtidai sinif müəlliməsi işləmişdir. 2 nömrəli beynəlmiləl orta məktəbdə dərs dediyi illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fevral 1949-cu il tarixli fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. O, Ağdam rayonu üzrə orden və medallarla təltif edilmiş 35 nəfər müəllimdən biri olmuşdur. == Ailəsi == Mənzər xanım Şərifova Çar Rusiyası və Azərbaycan Demokratik Respublikası dövründə Ağdam şəhərinin pristavı vəzifəsində işləmiş İldırım xan Şərifovla ailə həyatı qurmuşdur.
Alaqaranlıqda kilsə mənzərəsi (rəsm əsəri)
Alaqaranlıqda kilsə mənzərəsi — 1883-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri.
Azərbaycan mənzərələri (film, 1975)
Azərbaycan mənzərələri qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Bu tədris filmini çəkməkdə məqsəd Azərbaycan məktəblərində, şagirdlərə doğma diyarın təbiətini sevdirmək və onları Azərbaycanla daha yaxından tanış etməkdir. == Məzmun == Bu tədris filmini çəkməkdə məqsəd Azərbaycan məktəblərində, şagirdlərə doğma diyarın təbiətini sevdirmək və onları Azərbaycanla daha yaxından tanış etməkdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Məmməd Araz Rejissor: Ruslan Şahmalıyev Operator: Sərdar Vəliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan mənzərələri rəssamlarımızın əsərlərində (film, 2015)
Azərbaycan mənzərələri rəssamlarımızın əsərlərində qısametrajlı sənədli televiziya filmi rejissor Röyal Əliyev tərəfindən 2015-ci ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir. Filmdə adından bəlli olduğu kimi rəssamlarımız tərəfindən çəkilən Azərbaycan mənzərələri rəsm əsərləri əks etdirilir. == Məzmun == Filmdə adından bəlli olduğu kimi rəssamlarımız tərəfindən çəkilən Azərbaycan mənzərələri rəsm əsərləri əks etdirilir.
Bakının mənzərələri (film, 1966)
Bakının mənzərələri qısametrajlı sənədli televiziya filmi 1966-cı ildə Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film "SSRİ-nin şəhərləri" proqramında Almaniya Demokraik Respublikasında nümayiş etdirilməsi üçün Bakı haqqında reklam rolikidir. == Məzmun == Film "SSRİ-nin şəhərləri" proqramında Almaniya Demokraik Respublikasında nümayiş etdirilməsi üçün Bakı haqqında reklam rolikidir.
Budanmış söyüd ağacları mənzərəsi (rəsm əsəri)
Budanmış Söyüd Ağaclarının Mənzərəsi — 1884-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir.
Delft mənzərəsi (rəsm əsəri)
Delft mənzərəsi—hollandiyalı rəssam Yan Vermeerin 1660–1661-ci illərdə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Hollandiyalı rəssamın öz doğma yurdunu təsvir etdiyi rəsm onun ən çox sevilən əsərləri arasında yer alır. Rəssamın nadir mənzərə əsərlərindən biri olan rəsm 1822-ci ildən bəri Mauritşuis muzeyinin kolleksiyasındadır. == Təsirləri == Tablo 2011-ci ildə Royal Dutch Mint tərəfindən buraxılmış qızıl və gümüş xatirə sikkələrinin üzərində təsvir olunmuşdur. Tablodan Marsel Prustin İtirilmiş zamanın izində adlı romanında da istifadə olunmuşdur. Marsel Prust xüsusilə Delft mənzərəsi əsərini bəyənmiş və əsəri ilk dəfə gördükdə bu sözləri demişdir: == Rəsm materialları == İş üzrə texniki analiz Vermeerin bu rəsm üçün məhdud piqment seçdiyini göstərir. Tünd göy, aşıboyası, alizarin rəsmdə istifadə olunmuş əsas materiallardır. Digər tərəfdən rəsmin çəkilmə texnikası çox diqqətlidir.
Məmləkətimdən İnsan Mənzərələri
Məmləkətimdən İnsan Mənzərələri — Nazim Hikmətin 1939-cu ildə yazmağa başladığı və təxminən 1960-cı illərin ikinci yarısında çap olunan bir şeir kitabıdır. 17 min misradan ibarət olan əsər Nazim Hikmət yaradıcılığının zirvəsi sayılır. İkinci Konstitusiya Monarxiyasından İkinci Dünya Müharibəsinə qədər Anadoluda yaşamış adi insanların hekayələrini təqdim edir. Digər tərəfdən, İkinci Dünya Müharibəsi, Milli İstiqlal Müharibəsi də daxil olmaqla, 1920-1940-cı illər arasında Türkiyənin sosial tarixindən bəhs edir. II Dünya müharibəsində nasizmin məğlubiyyəti müxtəlif aspektlərdə həll olunur və əks olunur. Nəsr, şeir və ssenari texnikasının bir-birinə bağlı olduğu bir əsərdir. Beş cilddən ibarətdir, beşincisi yarımçıqdır. 1938-ci ildə Nəzim Hikmətin həbsə atılmasından sonra qoyulan əsərlərin nəşrinə və oxunmasına qadağa qoyulduğundan şairin sağlığında çap oluna bilməyən əsər 1965-ci ildə qadağanın ləğv edilməsindən sonra,1966-1967-ci illərdə oğlu Memet Fuadın sahibi olduğu De Nəşriyyatında 5 cilddə nəşr olunmuşdur. Əsər Milli Təhsil Nazirliyi tərəfindən 100 əsas əsər siyahısına daxil edilmişdir. == Əsərin yazılma prosesi == Nazim Hikmət 1939-cu ildə İstanbulda "Məmləkətimdən İnsan Mənzərələri"-ni yazmağa başladı: "1939-cu ildə tövqifxanada başlanıb ..................................bitən bu kitab..." (Məmləkətimdən İnsan Mənzərələri, Nazim Hikmət) 1939-cu ildə şair üzərində işləməyə başladığı zaman əsərin adı; "Məşhur adamların ensiklopediyası" idi.
Mənzəriyyə
Mənzəriyyə — İranın İsfahan ostanının Şəhrza şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,617 nəfər və 1,621 ailədən ibarət idi.
Mənzəriyə
Mənzəriyyə — İranın İsfahan ostanının Şəhrza şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,617 nəfər və 1,621 ailədən ibarət idi.
Mənzərə
Peyzaj (fr. Paysage, pays - ölkə) ya da Mənzərə (fars. منظره‌‎)— təsviri incəsənətdə landşaftın, təbii mənzərənin rəsmi. Dənizin tabloda əks olunduğu mənzərələr isə "marina" adlanır, onu çəkənlər isə "marinist". == Azərbaycanlı peyzajistlər və əsərləri: == Səttar Bəhlulzadə (1909-1974) - "Suraxanının qədim odları" (1971), "Gülüstan" (1965), "Qızbənövşəyə gedən yol" (1953), "Göyçay" (1972), "Bilgəh" (1962), "Torpağın arzusu" (1963) və s., Bəhruz Kəngərli (1892-1922) - "Türbə" (1919), "Naxçıvan, Sınıq minarəli məscid" (1920), "Nuhun məzarı" (1921), "Naxçıvanda rus kilsəsi" (1920), "Atabəyin türbəsi" (1919) və s., Nəcəfqulu İsmayılov (1923-1990) və b.
Mənzərə Məmmədova
Mənzərə Məmmədova - Filologiya elmləri namizədi, dosent Mənzərə Məmmədova 1934-cü ildə martın 25-də İrəvan şəhərində anadan olub. 1940-50-ci illərdə İrəvanda 16 nömrəli orta məktəbi bitirib. 1951-56-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Şərq şöbəsində oxuyub. 1957-1964-cü illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1964-1967-ci illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda aspiranturada oxuyub. 1968-ci ildə “XI-XVII əsr fars dilinin izahlı lüğətlərinin əsas tərtib prinsipləri” mnövzusunda dissertasiya müdafiə edib. 1969-cu ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) dosent vəzifəsində işləyir. 1969-cu ildən ADU-da (indiki BDU) İran filologiyası, Fars dili, Fars dili tədrisinin metodikası, Mətnşünaslıq, Mənbəşünaslıq, Ümumi və İran dilçiliyinin əsasları mövzularında mühazirələr aparır. Mənzərə Məmmədova İran filologiyası sahəsində tədqiqat aparır. O, 41 məqalənin, 1 dərsliyin müəllifidir.
Yağışdan sonra Overdə mənzərə
"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir. == Rəsmin tarixçəsi == "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.64 dəfə / 1 mln.
2003 •••••• 0.39
2006 ••• 0.23
2007 ••••••••••• 0.85
2008 ••••••••••••• 0.97
2009 ••••••••••••••• 1.12
2010 •••••••••••••••• 1.18
2011 ••••••••••••••••• 1.29
2012 ••••••••• 0.69
2013 •• 0.15
2014 ••••• 0.34
2016 •••••••••••••••••••• 1.56
2017 ••• 0.16
2018 •••••• 0.45
2019 •••• 0.28
2020 •• 0.13

mənzər sözünün etimologiyası

mənzər sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) görünən yer; 2) görünüş, surət; 3) aspekt.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

ümumi görünüş; nəzəri oxşayan yer.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"mənzər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mənzər nədir? #mənzər sözünün mənası #mənzər nə deməkdir? #mənzər sözünün izahı #mənzər sözünün yazılışı #mənzər necə yazılır? #mənzər sözünün düzgün yazılışı #mənzər leksik mənası #mənzər sözünün sinonimi #mənzər sözünün yaxın mənalı sözlər #mənzər sözünün əks mənası #mənzər sözünün etimologiyası #mənzər sözünün orfoqrafiyası #mənzər rusca #mənzər inglisça #mənzər fransızca #mənzər sözünün istifadəsi #sözlük