mənşəyi sözü azərbaycan dilində

mənşəyi

Yazılış

  • mənşəyi • 96.8216%
  • Mənşəyi • 2.6999%
  • mənŞəyi • 0.3418%
  • MƏNŞƏYİ • 0.0684%
  • MənŞəyi • 0.0684%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dünyanın mənşəyi
Dünyanın mənşəyi (fr. l'Origine du monde) — fransız rəssamı Qüstav Kurbe tərəfindən 1866-cı ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsərdə yataqda uzanaraq ayaqlarını aralamış qadının cinsiyyət üzvü və qarnı geniş planda təsvir edilmişdir. Baş, qollar və ayaqların çılpaq bədənlə birlikdə təsvir olunmaması əsərin erotisizmini daha da qabardır. Əsərə münasibət birmənalı olmadığından, mümkün təcavüzün qarşısını almaq məqsədilə o, daim gözətçi nəzarətində saxlanılır. == Tarixi == === Modelin müəyyənləşdirilməsi === Əsər üzərində işlədiyi dövrdə Kurbenin sevimli modeli Co (Jo) ləqəbi ilə tanınan Coanna Hiffernan olmuşdur. Coannanın sevgilisi Kurbenin dostu olan amerikan rəssamı Ceyms Uistler idi. 1866-cı ildə Kurbenin işlədiyi "Gözəl irlandiyalı" (La belle Irlandaise) (Conun portreti — Portrait of Jo) əsərinin də modeli Hiffernan olmuşdur. Bütün yaradıcılığı boyu Kurbe Hiffernanın dörd portretini işləmişdir. Ehtimal ki, "Dünyanın mənşəyi" əsərinin modeli də Hiffernan olmuşdur və bu əsərin təqdim edilməsindən qısa müddət sonra Kurbe ilə Uistlerin münasibətləri kəskin şəkildə pisləşmişdir.
Növlərin mənşəyi
Növlərin mənşəyi. (ingiliscə: The Origin of Species.) — Çarlz Darvin 1859-cu ildə çap olunmuş əsəri. Əsərin ingiliscə ilk adı (On The Origin off Species and the by means of natural selection or the presevation of favoured races in the struggle for life)-dır . Bu ad dilimizə (Təbii seçim yolu ilə növlərin mənşəyi ya da həyat mübarizəsində avantajlı irqlərin qorunması üzərinə) olaraq tərcümə edilir. Lakin 1872-ci ildə Darvin əsərin adını dəyişərək (The Origin of Species.), yəni (Növlərin Mənşəyi) adını verdi. == Tarixi == 24 noyabr 1859-cu ildə ingilis təbiətşünası Çarlz Darvinin "Təbii seçim yolu ilə növlərin mənşəyi və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması" adlı kitabı çap edilib. Əsərin adı 1871-ci ildə dəyişdirilərək "Növlərin mənşəyi" olmuşdur. Elm tarixinin ən böyük çalışmalarından sayılan əsər Darvinin 1831-36-cı illər ərzində Biql gəmisi ilə səyahəti, xüsusilə də Qalapaqos adasındakı təcrübələrə əsaslanan bioloji təkamül anlayışı ilə qələmə alınıb. Bununla məşhur Təkamül nəzəriyyəsinin elmi əsası qoyulurdu. Əsərdə irəli sürülən tezislər müasir təkamül nəzəriyyəsinin özəyi kimi hələ də öz aktuallığını saxlayır.
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi (alm. Der Ursprung der Familie, des Privateigenthums und des Staats‎) — Fridrix Engelsin əsəri. == Məzmunu == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabında insan cəmiyyətinin inkişafının ilkin mərhələlərində onun tarixinin dialektik-materalist təhlili verilir, qəbilə quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinfi münasibətlərin meydana gəlməsi prosesi göstərilir, ailə formalarının təkamülü tədqiq olunur, sinfi hökmranlıq silahı olan dövlətin mənşəyi izah edilir və mahiyyəti açılır, sinifsiz cəmiyyətə – kommunizmə keçilməsi ilə dövlətin məhv olmasının labüdlüyü əsaslandırılır.Əsər 9 fəsildən ibarətdir. 1–2-ci fəsillərdə qəbilə quruluşunadək insanların həyat şəraitinin təhlili, sinifli cəmiyyətdə ailə-nikah münasibətlərinin inkişafınınn tədqiqi, burjua ailəsinin tənqidi verilir. 3–9-cu fəsillərdə sinifli cəmiyyətdən əvvəlk cəmiyyətin əsas özəyi olan qəbilə quruluşunun xüsusiyyətlərindən bəhs edilir, ibtidai "kommunizm" xarakterizə olunur. Fridrix Engels qəbilə quruluşunun dağılmasını izləyərək, cəmiyyətin qəbilə quruluşunu onun inkişafının yüksək mərhələsində sarsıdan, sonra isə sivilizasiyaya keçməklə əlaqədar olaraq, onu tamamilə aradan qaldıran iqtisadi şərtləri tədqiq etmişdir. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsü və onun məhsuldarlığının artması ilə özgə əməyinin məhsullarını mənimsəmək imkanlarının necə yarandığını, insanın insan tərəfindən istismarının və cəmiyyətin düşmən siniflərə parçalanmasının, bunun nəticəsində isə istismarçılar sinfinin məzlum sinfi əzmək silahı olan dövlətin necə meydana gəldiyini göstərmişdir. Fridrix Engels dövlətin müxtəlif konkret formalarını nəzərdən keçirərək onların sinfi təbiətini açıq göstərir, burjua dövlətinin sonrakı inkişaf meyllərini araşdırır. == Yazılması və nəşri == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabı 1884-cü ildə yazılmış və nəşr olunmuşdur. Vladimir Lenin bu əsəri "müasir sosializmin əsas əsərlərindən biri" kimi qiymətləndirmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.47 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 •••••• 3.94
2004 •••••• 4.38
2005 ••• 2.02
2006 •••••••••••••• 10.36
2007 ••••••••••••• 9.51
2008 •••••••• 6.09
2009 ••••••••••••••••• 12.64
2010 •••••••••••••••••••• 15.52
2011 •••••••••••• 9.18
2012 •••••••••••••••••• 13.42
2013 •••••••••• 7.44
2014 •••••••••••• 8.58
2015 •••••••••••• 9.02
2016 ••••••••••••••• 10.93
2017 •••••••••••••••••••• 15.28
2018 ••••••••••••• 9.89
2019 ••••••••••••••• 11.13
2020 •••••••••••• 9.28

"mənşəyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mənşəyi nədir? #mənşəyi sözünün mənası #mənşəyi nə deməkdir? #mənşəyi sözünün izahı #mənşəyi sözünün yazılışı #mənşəyi necə yazılır? #mənşəyi sözünün düzgün yazılışı #mənşəyi leksik mənası #mənşəyi sözünün sinonimi #mənşəyi sözünün yaxın mənalı sözlər #mənşəyi sözünün əks mənası #mənşəyi sözünün etimologiyası #mənşəyi sözünün orfoqrafiyası #mənşəyi rusca #mənşəyi inglisça #mənşəyi fransızca #mənşəyi sözünün istifadəsi #sözlük