mənəvi sözü azərbaycan dilində

mənəvi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mənəvi • 97.1942%
  • Mənəvi • 2.7852%
  • MƏNƏVİ • 0.0206%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mənəvi dəyər
Mənəvi dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Azərbaycan məktəblərində formalaşdırılan başlıca dəyərlər bunlardır: == Mənbə == Bağvan Məcidov. İbtidai təhsil pilləsi üçün "Həyat bilgisi" kurrikulumu ilə bağlı bəzi qeydlər.
Mənəvi zərər
İqtisadiyyatda mənəvi zərər(moral hazard) şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növüdür. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. == Tarixi == Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir. == Maliyyələşməsi == Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Azərbaycan milli-mənəvi dəyərləri
Azərbaycan milli-mənəvi dəyərləri və ya Azərbaycan mentaliteti — Azərbaycan cəmiyyətində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-ni əhatə edən anlayış. == Tarixi arxa plan == XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. Bir Azərbaycan nağılında şahzadələr nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda mövcud olmuşdur.Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərini görə mədh edilib sevilmişdir.İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb. Açıkyıldızın fikrincə, zoomorf qəbir daşları daha çox düzbucaqlı xaçkarları ilə tanınan erməni qəbiristanlıqları üçün xarakterik deyil.Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranış normalarına yönlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib. Tatların mədəniyyəti əsrlər boyunca Azərbaycan və digər mədəniyyətlərin qarışması nəticəsində İran və türk elementləri və adət-ənənələrinə malik qarışıq mədəniyyət olmuşdur.Qacar dövləti şahzadələri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər.
Arazbar bölgəsinin mənəvi mədəniyyəti (kitab)
Arazbar bölgəsinin mənəvi mədəniyyəti — Ənvər Çingizoğlunun Qarabağın bir bölgəsi olan Arazbar haqqında yazdığı kitab. Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın və onun bir bölgəsi olan Arazbarın mənəvi mədəniyyətindən danışılır. Mənəvi mədəniyyətin təkamülünün başlıca mərhələləri və əsas cəhətləri müəyyənləşdirilir, köçəri və oturaq mədəniyyət tarixinin mühüm və aktual problemləri araşdırılır.
Mənəvi Kunq-Fu (film, 1978)
Mənəvi Kunq-Fu (ing. Spiritual Kung-Fu, çincə:拳精 — Yuan Tszin) — 1978-ci ildə çəkilən Honkonq filmlərindən biridir. Filmin adı müxtəlif adlarla, o cümlədən, "Kabus", "Astral Kunq-Fu" və "Kabusların Kunq-Fusu" kimi adlarla tanınır. == Məzmun == Yi Lenq Şaolin məbədində adi gözətçilərdən biridir. Bir gün məbəddən gizli olan bir kitab oğurlanılır. Onu oğurlayan şəxs isə məşhur qəddar döyüşçü olur. Həmin adam Kunq-Funun bütün klanlarının rəhbəri olmaq niyyətindədir. Yi Lanq isə hələdə öz vəzifəsini görür. Bir gün Lanq 5 kabusla qarşılaşır.Birinci dəfədə onlardan qorxur. Lakin sonra onlarla dost olmağa başlayır.
Mənəviyyat
Mənəviyyat — insanın əxlaqi keyfiyyətləri, onun seçim edərkən rəhbər tutduğu qaydalar topluluğu. Bu termin danışıq dilində və ya ədəbiyyatlarda çox zaman "əxlaq", bəzən isə "etika" terminlərinin sinonimi kimi işlənir. Mənəviyyat bir fənn olan etikanın obyektidir və etikanın içərisində öyrənilir. Hesab edilir ki, mənəviyyat ailə, cəmiyyət, maariflənmə, ideya-siyasi və vətənpərvərlik işi vasitəsilə əldə edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 137.00 dəfə / 1 mln.
2002 ••••••••••••••••••• 215.85
2003 •••••••••••••••••••• 237.00
2004 ••••••••••••• 142.50
2005 ••••••••••••••• 168.02
2006 •••••••••••• 132.89
2007 •••••••••••• 141.44
2008 •••••••••••••• 162.25
2009 ••••••••••••• 144.63
2010 ••••••••• 104.57
2011 •••••••••• 117.71
2012 ••••••••• 103.60
2013 •••••••• 90.44
2014 •••••••••• 114.64
2015 •••••••• 93.57
2016 ••••••••••••• 152.37
2017 ••••••••••••• 143.73
2018 ••••••••••••••• 168.25
2019 •••••••••••••••••• 207.38
2020 •••••••••••••••• 181.67

mənəvi sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] İnsanın daxili, ruhi aləmi ilə bağlı olan, mənəviyyatla əlaqədar; batini, qeyri-cismani, qeyri-maddi. İnsanın mənəvi aləmi. Mənəvi tələbat. Mənəvi məsuliyyət. Mənəvi əzab. – Kimsə [Zeynalı] sevməyir, müdafiə etməyir, mənəvi və maddi müavinətdə bulunmayırdı. S.Hüseyn. Mənəvi bir qüvvə sanki [Rubabənin] çiyinlərindən tutub, vücudunu ağac kimi bərk silkələdi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / mənəvi

mənəvi sözünün etimologiyası

mənəvi sözünün sinonimləri (yaxın mənalı sözlər)

mənəvi sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 MƏNƏVİ – CİSMANİ Sən məndən yaxşı bilirsən ki, cismani ölüm mənəvi ölümdən qat-qat yaxşıdır (F.Kərimzadə). MƏNƏVİ – FİZİKİ Müharibənin ən gərgin günlərində də o belə dözülməz mənəvi əzablar çəkməmişdi (C.Məmmədov); Fiziki işdən çoxdan ayrılmışdır (Ə.Vəliyev). MƏNƏVİ – MADDİ Yazılanlar çox olar, bunlara maddi və mənəvi cəhətdən kömək verilərsə, məqsəd əldə edilər (M.S.Ordubadi).

    Azərbaycan dilinin antonimlər lüğəti / mənəvi

mənəvi sözünün rus dilinə tərcüməsi

  • 1 духовный, моральный

    Azərbaycanca-rusca lüğət / mənəvi
  • 2 прил. 1. духовный (связанный с внутренним, нравственным миром человека). Mənəvi maraq духовный интерес, insanın mənəvi aləmi духовный мир человека, mənəvi tələbat духовные запросы, духовные потребности, mənəvi məsuliyyət духовная ответственность, mənəvi qida духовная пища; mənəvi həyat духовная жизнь, mənəvi qohumluq духовное родство, mənəvi yaxınlıq духовная близость, mənəvi yanğı (təşnə) духовная жажда 2. моральный (такой, который относится к духовному состоянию человека); нравственный. Mənəvi kömək (dəstək) моральная поддержка, mənəvi qələbə моральная победа, mənəvi əsaslar моральные основы, моральные устои, mənəvi keyfiyyətlər моральные качества, mənəvi yardım моральная помощь, mənəvi eybəcərlik нравственное уродство, mənəvi sima моральный облик, mənəvi paklıq нравственная чистота, mənəvi təsir нравственное влияние

    Azərbaycanca-rusca lüğət / mənəvi

mənəvi sözünün inglis dilinə tərcüməsi

mənəvi sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. spirituel, -le ; moral, -e ; ~ dəyərlər valeur f pl morales ; ~ tələbat besoin m spirituel ; ~ həyat vie f spirituelle ; ~ kömək soutien m moral

    Azərbaycanca-fransızca lüğət / mənəvi

mənəvi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. инсандин къенепатан, руьгьдин алемдихъ галаз алакъалу тир; бедендинди тушир, къенепатан, руьгьдин (мес. азаб).

    Azərbaycanca-ləzgicə lüğəti / mənəvi

mənəvi sözünün türk dilinə tərcüməsi

mənəvi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

MƏ’NƏVİ ə. 1) məna cəhətdən, mənaya görə; 2) mücərrəd; 3) əqli, fikri, zehni; 4) ruhi; 5) əxlaqi; 6) dəruni, daxili.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"mənəvi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mənəvi nədir? #mənəvi sözünün mənası #mənəvi nə deməkdir? #mənəvi sözünün izahı #mənəvi sözünün yazılışı #mənəvi necə yazılır? #mənəvi sözünün düzgün yazılışı #mənəvi leksik mənası #mənəvi sözünün sinonimi #mənəvi sözünün yaxın mənalı sözlər #mənəvi sözünün əks mənası #mənəvi sözünün etimologiyası #mənəvi sözünün orfoqrafiyası #mənəvi rusca #mənəvi inglisça #mənəvi fransızca #mənəvi sözünün istifadəsi #sözlük