Konfederasiya məqalələri
Konfederasiya məqalələri (ing. Articles of Confederation) — On üç koloniya arasında hazırlanmış və ölkənin ilk hökumət çərçivəsi kimi xidmət etmiş müqavilə. 1776-ci ilin iyulundan 1777-ci ilin noyabrına qədər Filadelfiyada keçirilən İkinci Kontinental Konqresdə müzakirə edilmiş və 15 noyabr 1777-ci ildə Konqres tərəfindən dərc edilmişdir. Məqalələr 13 koloniya tərəfindən ratifikasiya edildikdən sonra 1 mart 1781-ci ildə qüvvəyə minmişdir. Məqalələrin əsas prinsiplərindən biri ştatların müstəqillik və suverenliyinin qurulması, həmçinin qorunması idi.