Məqsudə Əliyeva
Məqsudə Həsənağa qızı Əliyeva (9 mart 1965, Lənkəran – 8 dekabr 2022, Lənkəran) — azərbaycanlı aktrisa
== Həyatı ==
Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. Aktrisa Məqsudə Əliyeva uzun sürən xəstəlikdən sonra 08 dekabr 2022-ci ildə vəfat etmişdir.
== Fəaliyyəti ==
N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb. "Mahmud və Məryəm"də qulluqçu qız, "Vicdanın hökmü"ndə rus qızı, "Pul dəlisi"ndə solist, "Qaraca qız"da Nərgiz, "Onun iki qabırğası"nda Qumaş kimi rollarını ifa edib. Azad Azərbaycan televiziyasında yayımlanan 2016-cı ildə çəkilmiş "Günəşim ol" teleserialındakı Zərnişan obrazı ilə yadda qalıb.