mərasimlə sözü azərbaycan dilində

mərasimlə

Yazılış

  • mərasimlə • 94.4134%
  • Mərasimlə • 5.5866%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanda mərasimlər
Mərasimlər — toplumun bütün üzvlərini bir araya gətirməklə kollektivin yaşamasının təminatı kimi çıxış edir. Mərasimlər ibtidai cəmiyyətdə insan fəaliyyətinin və həyatının mərkəzində durmuş, həyatın bütün sahələrinə nüfuz edərək onu müşayiət etmişdi. Azərbaycan cəmiyyətində də mərasimlərə həmişə sadiq qalınmış, onun dəqiq icrasına toplumun bütün üzvlərinin uğurunun təminatı kimi baxılmışdı. Ata-babadan miras qalmış bu normalardan kənara çıxılmasına isə pis baxılmışdır. Zaman keçdikcə Azərbaycanda mərasimlər müəyyən dəyişikliyə uğramışdır. Arxaik cəmiyyətlərdə ayin və mərasimlər dini-magik funksiya daşımış, toplumun rifahına, məhsuldarlığa, artıma xidmət etdiyi halda, müasir cəmiyyətdə onların bir qismi dini-magik funksiyasını itirərək sadəcə əyləncə, oyun kimi hafizələrdə qalmışdı. Bu oyunun iştirakçıları da oynadıqlarının mərasim olduğunun fərqinə varmır, ona bir oyun kimi yanaşırlar. İbtidai cəmiyyətlərdə miflə mərasim bir-biri ilə üzvü şəkildə bağlı olmuşdur. Sözlü mətnlə müşayiət olunmayan hansısa mərasimin varlığını təsəvvür etmək mümkün deyil. Mərasim mədəniyyəti mifoloji təfəkkürün bir hissəsi kimi təzahür edir və miflər onu izah etməyə, əsaslandırmağa xidmət etmişdir.
Fallik tipli mərasimlər
Fallik tipli mərasimlər — fallus (kişi cinsiyyət orqanının incəsənətdə təsviri) nümayişi ilə keçirilən mərasimlərdir. Qədim və müasir Yunanıstanda, Yaponiyada və Azərbaycanda rast gəlinir. Yaponiyada bu adət Kanamara Matsuri festivalında davam etdirilir. Azərbaycanda Kos-kosa oyunu zamanı Kosanın sümüyə bez parçası dolayaraq fallus şəklinə gətirməsi və buna aid mətnlərdə rast gəlinən məlumatlar oyunun fallik tipli olmasını göstərir. Bu da oyunun bərəkət və bolluq mövzusundan qaynaqlandığını göstərir.
Mərasimlər teatrı
Mərasimlər teatrı (fr. Théâtre des Cérémonies) — 1992-ci ildə Albervil şəhərində XVI Qış Olimpiya Oyunlarının açılışı və bağlanması mərasimində istifadə olunan müvəqqəti stadion . 9,200 m² təxminən 35,000 yer var idi . Qış oyunlarından sonra, Mərasimlər Teatrı söküldü. Dizaynının bir hissəsi Barselonada keçirilmiş Yay Olimpiya Oyunlarının qurulmasında istifadə edilib . Təşkilatçıların bir mətbuat şərhinə görə, Tədbirlər Teatrı inşa edilən ən böyük müvəqqəti binadır. 1992 Qış Olimpiya Oyunları "Dossier de presse sur le site Maison des Jeux olympiques" (PDF) (fransız). «Maison des Jeux Olympiques d'Hiver». 1992. 2012-12-07 tarixində orijinalından (pdf) arxivləşdirilib.
Təntənəli mərasimlər sarayı
Təntənəli mərasimlər sarayı və ya Nikah sarayı (gürc. ქორწინების სახლი) — 1985-ci ildə Tbilisi şəhərində memarlar Viktor Corbenadze və Vaji Orbeladzenin layihəsi əsasında bionik memarlıq üslubunda inşa edilmiş saraydır. Binanın inşasına 1980-ci ildə Viktor Corbenadze və Vaji Orbeladzenin layihəsi əsasında başlanılmış və inşaat işləri 1985-ci ildə tamamlanmışdır. Bina ilkin olaraq təntənəli nikah mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Gürcüstanın SSRİ tərkibindən çıxmasından sonra saray istifadəsiz və tərk edilmiş vəziyyətdə qalmışdır. 2002-ci ildə iş adamı Badri Patarkaçişvili sarayı alaraq yaşayış binasına çevirmişdir. Bundan sonra saray sahibinin adı ilə həm də Arkadi sarayı ilə tanınmağa başlamışdır. 2008-ci ildə vəfat edən Patarkaçişvili sarayın bağında dəfn edilmişdir. Sarayın memarlıq üslubunu tez-tez müasir kilsə memarlığı ilə müqayisə edirlər. Məsələn, "Citizen K" jurnalınının baş redaktoru Frederik Şoben yazır: "Tbilisidəki Təntənəli mərasimlər sarayı sanki illüzor dünyadan gəlmiş kafedraldır." Mütəxəssislər Corbenadze və Orbeladzenin sarayın inşası zamanı istifadə etdikləri stilistik həlləri, Le Korbuzye və Oskar Nimeyer modern kafedral tikililəri ilə müzakirə edirlər.

"mərasimlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mərasimlə nədir? #mərasimlə sözünün mənası #mərasimlə nə deməkdir? #mərasimlə sözünün izahı #mərasimlə sözünün yazılışı #mərasimlə necə yazılır? #mərasimlə sözünün düzgün yazılışı #mərasimlə leksik mənası #mərasimlə sözünün sinonimi #mərasimlə sözünün yaxın mənalı sözlər #mərasimlə sözünün əks mənası #mərasimlə sözünün etimologiyası #mərasimlə sözünün orfoqrafiyası #mərasimlə rusca #mərasimlə inglisça #mərasimlə fransızca #mərasimlə sözünün istifadəsi #sözlük