mərdanə sözü azərbaycan dilində

mərdanə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mərdanə • 91.5789%
  • Mərdanə • 7.3684%
  • MƏRDANƏ • 1.0526%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.97
2004 ••••••• 0.67
2006 ••• 0.23
2007 ••• 0.21
2008 ••••• 0.49
2009 ••••• 0.48
2010 •• 0.18
2012 •• 0.17
2013 ••• 0.29
2018 •• 0.15

mərdanə sözünün leksik mənası və izahı

  • 1 zərf və sif. [fars.] 1. İgidcəsinə, qəhrəmancasına, qorxmadan. Mərdanə vuruşmaq. 2. Mərdcəsinə, açıqcasına. Mərdanə danışmaq. – Başımı top edib yenə meydanə girmişəm; Meydanə girməyə yenə mərdanə ər gərək. Nəsimi. 3. Kişiyə xas olan, kişiyə məxsus, kişi üçün olan. Mərdanə paltar. – Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Ə.Haqverdiyev. Hətəmxanın çiynində göy mahud çuxa, … ayağında iri nallı mərdanə başmaq var idi. S.Rəhimov. // məc. Kişi kimi, kişi tərzində. Qızın sifətindəki mərdanə gözəllik, … sərrastlığı, danışığındakı cazibə [Səlimin] gözündən qaçmamışdı. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / mərdanə

mərdanə sözünün sinonimləri (yaxın mənalı sözlər)

mərdanə sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 MƏRDANƏ – GİZLİ Mərdanə qardaş qabağında yüz dəfə ölüb dirilsən, yenə azdır (Ə.Haqverdiyev); Yoldaşlar bunu gördükcə aralarındakı gizli məhəbbətin uzun sürməsini arzu edirdilər (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / mərdanə

mərdanə sözünün rus dilinə tərcüməsi

  • 1 мужественно, откровенно, как подобает мужчине

    Azərbaycanca-rusca lüğət / mərdanə
  • 2 I нареч. мужественно, смело, храбро, отважно, бесстрашно: 1. твёрдо, стойко. Mərdanə döyüşmək мужественно драться, mərdanə mübarizə aparmaq мужественно бороться, mərdanə müdafiə etmək храбро защищать 2. выражая мужество. Gözünə mərdanə baxmaq мужественно смотреть в глаза кому-л., mərdanə demək смело сказать 3. по-джентльменски (поступить) II прил. 1. мужской: 1) устар. предназначенный для мужчин. Mərdanə paltar мужская одежда, mərdanə corab мужские носки 2) перен. свойственный мужчине. Qızın mərdanə hərəkətləri мужские поступки девушки 2. мужественный. Mərdanə baxış мужественный взгляд

    Azərbaycanca-rusca lüğət / mərdanə

mərdanə sözünün inglis dilinə tərcüməsi

mərdanə sözünün fransız dilinə tərcüməsi

mərdanə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] 1. нареч. мерддаказ, кьегьалдаказ, игитдаказ, касвилелди, къагьриманвилелди, кичӀевал авачиз (мес. кукӀун); 2. мерддаказ, ахъадаказ, ачухдаказ (мес. рахун); 3. прил. мерд касдиз хас тир, итимдиз хас тир, итимдиз лайих (мес. ппек); // пер. итимдин хьтин, итимдин тегьердин.

    Azərbaycanca-ləzgicə lüğəti / mərdanə

mərdanə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) kişi kimi, mərdə layiq; 2) qəhrəmancasına, igidcəsinə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

kişilər, mərdlər, ərlər.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"mərdanə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mərdanə nədir? #mərdanə sözünün mənası #mərdanə nə deməkdir? #mərdanə sözünün izahı #mərdanə sözünün yazılışı #mərdanə necə yazılır? #mərdanə sözünün düzgün yazılışı #mərdanə leksik mənası #mərdanə sözünün sinonimi #mərdanə sözünün yaxın mənalı sözlər #mərdanə sözünün əks mənası #mərdanə sözünün etimologiyası #mərdanə sözünün orfoqrafiyası #mərdanə rusca #mərdanə inglisça #mərdanə fransızca #mərdanə sözünün istifadəsi #sözlük