mərkəzləri sözü azərbaycan dilində

mərkəzləri

Yazılış

  • mərkəzləri • 90.9118%
  • Mərkəzləri • 9.0882%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dünya maliyyə mərkəzləri
Dünya maliyyə mərkəzləri (ing. International financial centres) — beynəlxalq valyuta, kredit və maliyyə əməliyyatlarını, qiymətli kağızlarla, qızılla əməliyyatları həyata keçirən bankların və ixtisaslaşmış maliyyə institutlarının təmərküzləşmə mərkəzləri. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, maliyyə mərkəzləri üç kateqoriyaya bölünür: beynəlxalq maliyyə mərkəzləri: London, Nyu-York və Tokio; regional maliyyə mərkəzləri: Şanxay, Shenzhen, Frankfurt am Main, Sidney və Moskva; və Dəniz Maliyyə Mərkəzləri: Kayman Adaları, Dublin, Lüksemburq, Sürix, Sinqapur və Honq Konq. Birinci Dünya Müharibəsindən əvvəl London dominant maliyyə mərkəzi idi. Bu, Böyük Britaniyada kapitalizmin yüksək inkişaf səviyyəsi, onun digər ölkələrlə güclü və geniş ticarət əlaqələri, funt sterlinqin nisbətən sabitliyi və ölkənin inkişaf etmiş kredit sistemi ilə bağlı idi. İkinci Dünya Müharibəsindən sonra dünyanın aparıcı maliyyə mərkəzi ABŞ-yə köçdü. 1960-cı illərdən etibarən ABŞ-nin dünya maliyyə mərkəzi kimi inhisar mövqeyi zəiflədi, çünki yeni mərkəzlər yarandı - Qərbi Avropada və Yaponiyada. Aİ ölkələri uzun müddətdir ki, öz maliyyə mərkəzlərini yaratmağa çalışırlar. 1999-cu ildə avronun dövriyyəyə buraxılması ilə Aİ bazarı ABŞ-dən sonra ikinci ən böyük fond bazarına çevrildi. Qiymətli kağızlar və törəmə alətlər (törəmə alətlər) eyni valyutada, avroda ifadə edildiyi üçün valyuta riski yoxdur.
Heydər Əliyev Mərkəzləri
Heydər Əliyev Mərkəzləri — Azərbaycanın paytaxtı Bakı şəhərinin üç: Qaradağ, Suraxanı və Yasamal rayonları, Gəncə, Naxçıvan, Qax, Şəmkir, Mingəçevir, Şəki, Salyan, Xaçmaz, Quba, Yardımlı, Tovuz, Astara, Qəbələ və digər rayonlarında inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzləri.Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. == Yasamal rayon Heydər Əliyev Mərkəzi == 20 dekabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış Bakı şəhəri Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin əsas məqsəd-vəzifələri xalqımızın Ümumilli lideri, Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq, inkişaf etdirmək və cəmiyyətimizin bütün sahələrində tətbiq olunmasına dəstək verməkdir. Mərkəzin daxilində bir neçə bölməsi fəaliyyət göstərir. 1078,2 m² sahəsi olan Yasamal rayonu Heydər Əliyev Mərkəzi 6 mərtəbəli binada yerləşir.Mərkəzin "Heydər Əliyev Dövlətçilik İrsi və Salnamə" bölməsi Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə, irsinə həsr olunan və eləcə də dövlət quruculuğuna, müasir inkişaf istiqamətlərinə, ölkədə, regionda və beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularda mühazirələrin təşkili, dəyirmi masa, disput, elmi praktiki və nəzəri konfrans, seminarlar keçirmək, Heydər Əliyevin həyat və fəaliyyətinə aid sənədli kinofilmlər nümayiş etdirmək üçün nəzərdə tutulmuşdur. Bu zalda keçirilən tədbirlərdə 50–60 nəfər iştirak edə bilər. Mərkəzin "Kitabxana və İnformasiya Texnologiyaları" bölməsi kitabxana və informasiya otağından ibarətdir. Tərtib olunmuş cədvələ əsasən kitabxanaya gələcək yeniyetmə və gənclər Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasını kitabxana fondunda olan Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab, jurnal, broşun və digər çap materiallarından öyrənərək yararlanırlar. Bundan əlavə kitabxanada dahi şəxsiyyətə həsr olunmuş yeni kitabların təqdimatı, oxucu konfransları, kitab sərgiləri, görüşlər təşkil olunur. Kitabxana fondunda ulu öndər Heydər Əliyevə həsr olunmuş çox sayda kitab, jurnal, broşur və digər çap materialları mövcuddur. Həmçinin ekspozisiyanı zənginləşdirmək məqsədilə yeni materialların toplanması işi davam etdirilir.
Səfərevləri daşyonma mərkəzləri
Toplanmış materiallara görə Culfa rayonundakı Daşkəsən düzündə və rayonun Kırna kəndində “Səfərevləri” deyilən yerdə də daşyonma mərkəzləri fəaliyyət göstərmişdir. Kırna kənd qəbristanlığında haliyədə mövcud olan 20-yə yaxın sənduqə, 10 ədəd daşdan hazırlanmış qoç heykəli formasında məzar daşları sözsüz ki, kənddə olan daşyonma mərkəzində düzəldilmişdir. Tədqiqatçılar nəinki Ordubad və Culfa rayonları kimi ərazicə böyük olan rayonlarda, həmçinin, Naxçıvan ərazisinin digər bölgələrində də daş karxanalarının fəaliyyəti haqqında məlumat verirlər == Mənbə == Hacıyeva S. Naxçıvanda sənətkarlıq (XII-XIX əsrlər). Naxçıvan:Əcəmi, 2017, 187 s.
UFO araşdırma mərkəzləri
Dünyada UFO (NUO) ilə bağlı araşdırma və tədqiqatlar aparan və təhsil verən bəzi akademik qurumların siyahısını belədir: Staford Universiteti/ABŞ Alabama Universiteti/Montgomery - ABŞ Mississippi Universiteti, Oxford/Mississippi – ABŞ Edison Community College, Fort Myers/Philedelpdia – ABŞ Göttingen Universiteti/Almaniya Mains Universiteti/Almaniya Hamburq Universiteti/Almaniya Utrecht Universiteti/Hollandiya Glamorgan Universiteti/İngiltərəBundan əlavə Rusiyada, Fransada və İngiltərədə, Çində, Meksikada, Çilidə, Peruda, Braziliyada, İtaliyada, Avstraliyada və daha bir çox yerdə NUO-lara aid tədqiqat mərkəzləri və qurumlar vardır. Stanford Universitetində Prof.Peter Sturrockun başçılığı ilə qurulan NUO Fenomeni Arştırma Təşkilatı, araşdırmaların sonunda yazdığı “UFO Enigma” adlı kitabında NUO məsələsin ən diqqətdə olan məsələ kimi qeyd etmiş və buna qarşı heç bir diqqətsizlik edilməməsini söyləmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 46.97 dəfə / 1 mln.
2002 ••••••••• 34.26
2003 •••••••••• 42.52
2004 ••••••••• 38.07
2005 •••••••••••• 49.93
2006 ••••••••••• 44.60
2007 ••••••••••• 44.61
2008 •••••••••••• 48.97
2009 •••••••••• 38.56
2010 ••••••• 27.69
2011 •••••••••• 40.32
2012 ••••••••••• 42.94
2013 ••••••• 29.03
2014 •••••••••• 42.22
2015 •••••••••••• 49.33
2016 ••••••••••••• 51.89
2017 ••••••••••••• 52.19
2018 •••••••••••••••• 63.98
2019 ••••••••••••••• 63.01
2020 •••••••••••••••••••• 85.13

"mərkəzləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mərkəzləri nədir? #mərkəzləri sözünün mənası #mərkəzləri nə deməkdir? #mərkəzləri sözünün izahı #mərkəzləri sözünün yazılışı #mərkəzləri necə yazılır? #mərkəzləri sözünün düzgün yazılışı #mərkəzləri leksik mənası #mərkəzləri sözünün sinonimi #mərkəzləri sözünün yaxın mənalı sözlər #mərkəzləri sözünün əks mənası #mərkəzləri sözünün etimologiyası #mərkəzləri sözünün orfoqrafiyası #mərkəzləri rusca #mərkəzləri inglisça #mərkəzləri fransızca #mərkəzləri sözünün istifadəsi #sözlük