Mərmərə sözü azərbaycan dilində

Mərmərə

Yazılış

  • Mərmərə • 98.1512%
  • mərmərə • 1.8488%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mərmərə
Mərmərə və ya Marmara bu mənaları ifadə edə bilər:
Mərmərə Universiteti
Mərmərə Universiteti (türk. Marmara Üniversitesi) — İstanbulda yerləşən köklü və qədim dövlət universiteti. Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində 16 fakültə, 11 institut, 5 kollec və 4 peşə məktəbi var. Akademik proqramlarında türk, ingilis, fransız, alman və ərəb dilləri daxil olmaqla beş dildə təhsil verilir. 16 yanvar 1883-cü ildə Həmidiyyə Ticarət Məktəbi-Alisi adı altında fəaliyyətə başlamış, ilk məzunlarını 1887-ci ildə vermişdir. 21 sentyabr 1889-cu ildən Osmanlı Təhsil Nazirliyinə tabe olan məktəb təmir və bərpa işləri üçün 1893-cü ildə fəaliyyətini dayandırmışdır. 15 oktyabr 1897-ci ildə Təhsil Nazirliyinin tabeliyində yenidən açılmış və o vaxtdan bəri təhsil fəaliyyətini fasiləsiz davam etdirir. 1959-cu ildə İstanbul İqtisadi və Ticarət Elmləri Akademiyası adını almış, 1982-ci ildə isə yeni çıxan qanunlarla birlikdə müasir adı olan Mərmərə Universiteti adlandırılmışdır. Marmara Universiteti İstanbulun Asiya və Avropa hissələrində yerləşən 7 şəhərcikdə fəaliyyət göstərir.
Mərmərə adası
marmara Mərmərə (türk. Marmara), əvvəllər Prokonnessos (yun. Προκόννησος) — Mərmərə dənizinin qərbində Türkiyəyə məxsus ada. Mərmərə dənizinin ən böyük adasının sahəsi 117 km², hündürlüyü isə 699 m-ə qədər (Kap dağı). Sahilləri dik, kiçik körfəzləri, relyefi isə dağlıqdır. Ada Balıkəsir ilinin Mərmərə dairəsinin mərkəzidir. Həm Aralıq dənizi həm də Qara dəniz iqliminin təsirləri adada göründüyü üçün bitki örtüyü ilə çox zəngindir. Adanın cənub hissəsi zeytun ağacları və maquislərlə örtülü olduğu halda, şimal sahili meşəlikdir. Ada dünyanın ən qədim və Türkiyənin ən böyük mərmər mədənlərinə malikdir. Prokonnesos mərməri qədim dövrlərdə ən çox istifadə edilən mərmərdir.
Mərmərə dənizi
Mərmərə dənizi (türk. Marmara Denizi) — Qara dəniz və Egey dənizini birləşdirən daxili dəniz. Qara dənizə Bosfor boğazı, Egey dənizinə isə Dardanel boğazı vasitəsilə bağlanır. Səthinin sahəsi 11,350 km², ən dərin nöqtəsi 1355 m-dir.
Mərmərə regionu
Mərmərə regionu — Türkiyənin 7 coğrafi regionundan biridir. Avropa və Asiyanı bir-birinə bağlayan körpü rolu oynayır. Təxminən 67.000 kvadrat kilometrlik bir sahəyə malik olub Türkiyənin 8.5%-ni əhatə edir. Mərmərə Dənizi, təxminən 11.000 km²-lıq ərazisilə bu bölgənin daxilində yerləşir və bölgənin tam ortasını tutur. Mərmərə Bölgəsinin ümumi əhalisi TÜİK 2009-cu ilin əhali siyahıyaalınmasına görə 23 milyondan çoxdur. Mərmərə Bölgəsində sənaye, ticarət, turizm və kənd təsərrüfatı inkişaf etmişdir. Regionda ən inkişaf etmiş sənayesi, İstanbul-Bursa-Kocaəli illərində yerləşən sənaye fabrikalarının olmasıdır. Əsas sənaye məhsulları kimi; Avtomobil parçaları, müxtəlif metal məhsullar, qida məhsulları, toxuculuq, hazır geyim, sement, kimya, kağız, neft-kimya məhsulları sayıla bilər. Şumlanmış sahələrin təxminən yarısı buğda və çuğundurdur. Bölgə, Türkiyənin günəbaxan istehsalının təxminən 73%-ni, qarğıdalı istehsalının isə təxminən 30%-ni həyata keçirir.
Mərmərə İlahiyyat məscidi
Mərmərə İlahiyyat məscidi (tam adı: Marmara Universiteti İlahiyyat Fakültəsi Abdullah Tivnikli Tətbiqat məscidi və Mədəniyyət Mərkəzi; türk. Marmara İlahiyat Camii) — İstanbulun Üsküdar səmtində yerləşən məscid və mədəniyyət mərkəzi. Zəlzələ riski səbəbindən sökülən əvvəlki məscidin yerində inşa edilən Mərmərə İlahiyyat məscidi, Üsküdar Bağlarbaşıdakı Mərmərə Universiteti şəhərciyi daxilində yerləşir. 2015-ci il oktyabrın 23-də ibadət üçün açılan məscid müasir Türkiyə məscidlərinin önəmli nümayəndələrindən biri hesab olunur. Qarşısındakı meydan və altındakı mədəniyyət mərkəzi də daxil olmaqla, təxminən 30.000 m² tikinti sahəsi və 3600 nəfərlik tutumu vardır. Məscidin memarı Hilmi Şenalpdır. Məscid, 1982-ci ildə inşa edilən və zəlzələyə davamlı olmadığı üçün 2012-ci ildə sökülən Mərmərə Universiteti İlahiyyat Vəqfi məscidinin yerində tikilib. Məscidin düz qarşısında M5 (Üsküdar-Çəkməköy) metrosunun Bağlarbaşı stansiyası yerləşir. Əsas ibadət yerinə giriş Mahir İz küçəsindən çıxan geniş ön həyət vasitəsi ilədir. Bu həyətyanı sahə cənazə namazı üçün istifadə olunur.
Mərmərə Universiteti Tibb fakültəsi
Tibb fakültəsi (türk. Tıp Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 1983-cü ildə Heydərpaşa şəhərciyində qurulmuşdur. 170 nəfərlik akademik heyəti ilə 1000-dən çox tələbəyə ev sahibliyi edir. Avropa universitetləri sisteminə oxşar olaraq komitə sistemini tətbiq edilmişdir və təhsili Beynəlxalq Akkreditasiya Şurası tərəfindən təsdiqlənmiş İstanbulda ilk və yeganə tibb fakültəsidir. Mərmərə Universiteti Tibb Fakültəsi akademik və müvəffəq ixtisaslı tibbi kadr yetişdirmək ideologiyası ilə fəaliyyət göstərir. 30 ildən artıq uzun tarixçəsi və dinamik quruluşu ilə fəaliyyət göstərən tibb fakültəsi, Şərqi Aralıq dənizi universitetləri ilə əməkdaşlıqla yanaşı Erasmus proqramı çərçivəsində "Beynəlxalq Tip Təhsil Proqramı"nı koordinasiya edir. Hər il başda ABŞ və Avropa universitetləri olmaqla, 10-dan çox Tibb fakültəsi ilə 150-dən artıq tələbə mübadiləsi həyata keçirilir.
Mərmərə Universiteti İdarəetmə fakültəsi
İdarəetmə fakültəsi (türk. İşletme Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. Dünya səviyyəsində öz iddiasını davam etdirən Mərmərə Universiteti İdarəetmə fakültəsi, 137 illik köklü bir tarixə, 2 fərqli kafedrada, türk, ingilis və alman olmaq üzərə 3 dildə, 7 bakalavr proqramı ilə 5000-dən çox tələbəyə təhsil verir. Həm qlobal, həm də türk iş dünyasının üstünlük verdiyi məzunları yetişdirən fakültə, 2018-ci ilin əvvəlindən bəri Mərmərə Universitetinin Göztəpə şəhərciyində 22.000 m2 sahəyə sahib müasir binasında təhsil və təlim fəaliyyətlərini davam etdirir. İstanbulun ən prestijli bölgələrindən biri olan Kadıköy ilçəsinin Göztəpə səmtində yerləşən şəhərciyə həm avtobus həm də metro ilə gəlmək mümkündür. 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Mərmərə Universitetinin məzunları, iş sahiblərinin türkcə idarəetmə ixtisası üzrə 1-ci, ingiliscə idarəetmə ixtisası üzrə isə Boğaziçi Universitetindən sonra 2-ci seçimi olmuşdur. Mərmərə Universiteti İdarəetmə fakültəsidir sadəcə Türkiyənin deyil, həm də dünyanın ən qədim və köklü idarəetmə məktəblərindən biridir. Dünya miqyasında idarəetmə məktəbləri 1820-ci illərdən sonra qurulmağa başlamış, ABŞ-da ilk idarəetmə fakültəsi 1881-ci ildə Pensilvaniya Universitetinin nəzdində açılmışdır. Mərmərə Universiteti İdarəetmə fakültəsinin tarixi isə 1883-cü ildə fransız təhsil sistemi nümunə götürülərək qurulan və "sahibkarlar" yetişdirməyi hədəfləyən Hamidiyyə Ticarət Məktəb-i Alisiyə qədər uzanır. Fakültə, “köklü” olaraq xarakterizə edilən və müəyyən bir təşkilati mədəniyyət və dəyər sisteminə sahib olan, inkişaf etdikləri və kök saldıqları cəmiyyətləri formalaşdıra bilən və sosial dəyişikliklər nəticəsində müasir qalmağı bacaran təşkilatlar arasındadır.
Mərmərə Universiteti Atatürk Pedaqoji fakültəsi
Atatürk Pedaqoji fakültəsi (türk. Atatürk Eğitim Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 1998-ci ildə Atatürk Pedaqoji fakültəsi Ali Təhsil Şurası tərəfindən ölkənin bütün təhsil fakültələri ilə birlikdə yenidən qurulmuşdur. Bu nizamlanma ilə orta təhsildə sosial, elm və riyaziyyat sahələrində müəllim hazırlayan tələbələr fənn-ədəbiyyat fakültələrində təhsil almaqları əsasa bağlandı. 2019—2020 tədris ili etibarilə Atatürk pedaqoji fakültəsinin 44 professor, 48 dosent, 40 doktor müəllim, 27 mühazirəçi, 52 tədqiqatçı köməkçi, 14 xarici mütəxəssisdən ibarət 225 nəfərlik akademik heyəti var. Bundan əlavə, 160-ı xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 6402 tələbə ixtisaslı təhsil və təlim prosesi yolu ilə yaxşı təchiz olunmuş müəllim namizədi kimi yetişdirilir. Təhsil 4 ildir. Türkiyənin ən qədim və köklü pedaqoji fakültələrindən biri olan Atatürk Pedaqoji fakültəsi, Mərmərə Universitetinin İstanbulun Asiya hissəsindəki Göztəpə şəhərciyində yerləşir. Atatürk Təhsil Fakültəsinin tarixi 1848-ci ildə açılan Darülmuallimin-i Rüşdiyə əsaslanır. 16 mart 1848-ci ildə İstanbulda açılan bu məktəbin qurulmasında məqsəd Osmanlı İmperiyasının ilk mülki və müasir təhsil ocaqları olan lisey şagirdləri üçün müəllim yetişdirmək idi.
Mərmərə Universiteti Diş Həkimliyi fakültəsi
Diş Həkimliyi fakültəsi (türk. Diş Hekimliği Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 2015-ci ildə köçdüyü Mərmərə Universiteti Başıböyük səhiyyə şəhərciyində 20.000 m2 sahəsi və son nəsil texnoloji infrastrukturu ilə Avropanın aparıcı stamatoloji fakültələrindən biridir. Hər sahədə dünya səviyyəli təhsil verən, ağız və diş sağlamlığında müasir müalicə yanaşmalarını tətbiq edən fakültə, xarici ölkələrdən məzun təhsili üçün yüksək tələbat alır. 1982-ci ildə yaradılan fakültə, qədim və köklü bir tarixə sahib olan universitetdən güc alaraq sürətlə gələcəyin müasir fakültəsi səviyyəsinə çatmışdır. Bununla yanaşı, fakültədə elmi iclaslara, mədəniyyət, incəsənət və idman tədbirlərinə xüsusi əhəmiyyət verilir. Fakültə tələbələri milli və beynəlxalq tədbirlərdə iştirak edir və ev sahibliyi edir. 40 illik tarixə sahib olan diş həkimliyi fakültəsi, Ali Təhsil Şurası tərəfindən keçirilən universitet imtahanı nəticələrinə görə sıralamasında ən üst sıradadır. Bundan əlavə, stamatologiya üzrə ixtisas imtahanı nəticələrinə görə ən uğurlu fakültələrdən biridir. Mərmərə Universiteti Stomatologiya fakültəsində ağız və diş sağlamlığı xidmətləri ilə yanaşı, diş həkimliyi bakalavr təhsili, məzun təhsili və müxtəlif sahələrdə ixtisas proqramları həyata keçirilir.

"mərmərə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mərmərə nədir? #mərmərə sözünün mənası #mərmərə nə deməkdir? #mərmərə sözünün izahı #mərmərə sözünün yazılışı #mərmərə necə yazılır? #mərmərə sözünün düzgün yazılışı #mərmərə leksik mənası #mərmərə sözünün sinonimi #mərmərə sözünün yaxın mənalı sözlər #mərmərə sözünün əks mənası #mərmərə sözünün etimologiyası #mərmərə sözünün orfoqrafiyası #mərmərə rusca #mərmərə inglisça #mərmərə fransızca #mərmərə sözünün istifadəsi #sözlük