Kraystçerç məscidlərinə hücum
Kraytsçerç məscidinin (eng. Christchurch Mosque) - 15 mart 2019-cu ildə müsəlmanların cümə namazı zamanı saldırıya uğradığı hadisədir. Kraystçerç şəhərində ardıcıl olaraq, Kristofor qəsəbəsində Əl-Nur Məscidində və Linvud İslam Mərkəzində terror hücumu baş verib. Ümumilikdə bu terrorda 50 nəfər həlak olub, verilən ilkin məlumatlara görə isə 50 nəfər yaralanıb. Təqsirləndirilən günhakar, Avstraliyalı Brenton Tarrant həbs olunub. Şübhəli terrorist öz terror aktını Facebook Live üzərindən canlı yayım edib.
== Hücumlar ==
Hücumlar saat 15 mart 2019-cu ildə saat 13:40-dan başlayaraq ardıcıl olaraq, Əl Nur Məscidi və Linvud İslam Mərkəzində həyata keçirilib. İlkin məlumatlara görə bütün məscidlərdə eyni vaxtı baş verildiyi irəli sürüldü, lakin sonradan hər iki məsciddə "planlaşdırılan" cinayətə görə bir şübhəli saxlanılıb.
=== Əl-Nur Məscidi ===
Ağır silahlar daşıyan terrorçu saat 13:40 radələrində Deans prospektində, Rikkartondaki Əl-Nur məscidində ibadət etməyə başlayan müsəlmanların üzərinə silahla hücum çəkməyə başladı. Silahlı şəxs, hücumunun ilk 17 dəqiqəsini, Facebook Live üzərindən birbaşa efir olaraq yayımladı.