mətbuatında sözü azərbaycan dilində

mətbuatında

Yazılış

  • mətbuatında • 99.9524%
  • Mətbuatında • 0.0476%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Şimali Amerika mətbuatında
Azərbaycan Şimali Amerika mətbuatında — XIX və XX əsrlərdə Amerika Birləşmiş Ştatları və Kanada dövrü mətbuatında (qəzet və jurnal Azərbaycan, onun şəhərləri, mədəniyyəti və iqtisadiyyatı haqda verilmiş məlumatlar. == Tarixi == Azərbaycan haqda məlumatlara Avropa mətbuatında hələ orta əsrlər mənbələrində rast gəlmək olur. Rusiya mətbuatında isə Azərbaycan və onun şəhərləri haqda məlumatlara XIX əsrin əvvəllərindən geniş işıqlandırılsa da, hələ XVIII əsrdə rus mətbuatında Azərbaycandan gələn xəbərlərə yer verilirdi. Uzaq Şimali Amerikada isə XIX əsrdən başlayaraq yerli dövrü mətbuatda Azərbaycan barədə az da olsa məlumatlara rast gəlmək olur. Bunlar əsasən iqtisadi, satış və epidemiya xəbərləridir. == XIX əsr == Şimali Amerikada Azərbaycan adı ilk dəfə Cənubi Karolina ştatının Çarleston şəhərində nəşr edilən "Charleston Mercury" qəzetində 1823-cü il 25 mart tarixində çəkilib. Qəzetin 373-cü sayının II səhifəsində Azərbaycan şəhərlərində geniş yayılmış vəba xəstəliyindən söhbət açılır və xəstəliyin Azərbaycanın bir çox şəhərlərində vüsət aldığı deyilir. Xəbərə görə 5–20 gün ərzində təkcə Təbriz şəhərində 4.800 şəxs sözügedən xəstəlikdən vəfat edib. Şimali Amerika qəzetlərində Azərbaycan bölgələrində istehsal olunmuş məhsullara dair reklam xarakterli məlumatlar daha çoxdur. "The Chicago Chronicle" qəzetinin 1897-ci il 20 may tarixli sayının 12-ci səhifəsinə yerləşdirilən reklam xarakterli yazı bu qəbildəndi.
31 mart soyqırımı AXC mətbuatında
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması. Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. == Mart soyqırımının milli mətbuata təsiri == Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır.
Qafqaz İslam Ordusu AXC mətbuatında
Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında — XX əsrdə Azərbaycanın azadlıq müharibəsində iştirak etmiş Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında əhatə edilməsi. Nuru Paşanın rəhbərlik etdiyi 12-14 min Osmanlı əsgərindən ibarət olan, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə sayı təqribən 20 min olmuş Qafqaz İslam ordusu, Bakı şəhərində törədilən Mart soyqırımından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərmişdir. XX əsrin əvvəlində başlayan istiqlaliyyət hərəkatı və bu hərəkatın məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatda davamlı şəkildə aparılan ideoloji mübarizələr meydanında təşəkkül tapdı. Muxtariyyətçilik fikrindən istiqlalçılığa, cümhuriyyətçiliyə keçidin siyasi-ideoloji təməlini yaradan milli mətbuat orqanları say etibarilə əks mövqedə dayanan qəzetlərə nisbətən çox az olsa da, fəaliyyətləri millətin xeyrinə nəticələndi. 1918-ci ilin mart hadisələrinədək Azərbaycanda türk dilində 15-dək qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-i ötüb-keçmişdi. Partiyalaşma prosesinin sürətləndiyi bu illərdə, demək olar, müxtəlif istiqaməti, siyasi-ideoloji dünyagörüşü özündə əks etdirən qəzetlərin əksəriyyəti partiyalı mətbuat ömrünün yeni inkişaf mərhələsini və çətinliklərini yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuat tədqiqatçıları və biblioqraflarının apardıqları araşdırma və tədqiqatların nəticəsində maraqlı bir mənzərə yaranıb. Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdur. Dövri mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və diskussiyalara verilən meydan ilə bağlı idi.
Mart soyqırımı Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında

Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında

"mətbuatında" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mətbuatında nədir? #mətbuatında sözünün mənası #mətbuatında nə deməkdir? #mətbuatında sözünün izahı #mətbuatında sözünün yazılışı #mətbuatında necə yazılır? #mətbuatında sözünün düzgün yazılışı #mətbuatında leksik mənası #mətbuatında sözünün sinonimi #mətbuatında sözünün yaxın mənalı sözlər #mətbuatında sözünün əks mənası #mətbuatında sözünün etimologiyası #mətbuatında sözünün orfoqrafiyası #mətbuatında rusca #mətbuatında inglisça #mətbuatında fransızca #mətbuatında sözünün istifadəsi #sözlük