Amerika mətbəxlərinin siyahısı
Amerika mətbəxlərinin siyahısı — ənənəvi Amerika mətbəxləri, ölkədə və bütün dünyada çox məşhurdurlar. Daha çox milli yeməkləri ilə tanınır. Amerikanın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Amerika mətbəxləri regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılırlar. Amerika mətbəxləri dünyanın qədim, zəngin və dadlı mətbəxləridir.
== Kanada mətbəxi ==
Kanada ərzaqları
Kanadada yaşayan xalqların ənənəvi mətbəxi. Kanadada inkişaf etmiş, zənginliyi və müxtəlifliyiylə məşhur, yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli mətbəxdir. Kanada mətbəxinin mənşəyi Orta əsrlərə uzanır. Əksər kanadalılar qida rasionlarına fikir verirlər. Odur ki, bütün dükanlarda alıcılara orqanik və qeyri-orqanik yeməkləri ayrıca təqdim edirlər.