mətbəəsi sözü azərbaycan dilində

mətbəəsi

Yazılış

  • mətbəəsi • 93.9394%
  • Mətbəəsi • 3.0303%
  • MƏTBƏƏSİ • 3.0303%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avlabar mətbəəsi
Avlabar mətbəəsi — Rusiya SDFP Qafqaz İttifaq Komitəsinin gizli mətbəəsi. == Tarixi == Mətbəə 1903-cü ildə Tiflis şəhərinin Avlabar məhəlləsində yaradılmışdır. Bu, yer altında idi, mətbəəyə su quyusu ilə düşüb-çıxırdılar. RSDFP Qafqaz İttifaqının 1904-cü ildə keçirilən III qurultayının Avlabar mətbəəsinin gücünü artırmaq qərarı ilə əlaqədar, 1904-cü ilin yayında Bakı şəhərindən Tiflisə Auqsburq sistemli sürətli çap maşını gətirilmişdi. Avlabar mətbəəsində Vladimir Leninin "Proletariatın və kəndlilərin inqilabi-demokratik diktaturası", "Kənd yoxsullarına" əsərləri, RSDFP-nin Proqram və Nizamnaməsi, vərəqə və intibahnamələr çap olunmuşdur. "Proletariatis brdzola" (Proteletariatın mübarizəsi), "Proletariatis brdzonlis purseli" (Proletariatın mübarizə vərəqəsi) qəzetləri də burada çap edilmişdir. Avlabar mətbəəsində çap olunan məqalə, vərəqə və intibahnamələri Qafqaz İttifaqı Komitəsinin üzvləri – Mixail Sxakaya, Aleksandr Sulukidze, İosif Stalin, Stepan Şaumyan, Vladimir Borbovski, F. Maxaridze və başqaları hazırlayırdılar. Mətbəədə materiallar rus, gürcü, erməni dillərində çap edilir və Cənubi Qafqazda, həmçinin Rusiyada yayılırdı. Qafqaz İttifaq Komitəsinin göstərişi ilə Avlabar mətbəəsi Yelizavetpol (indiki Gəncə) bolşevik qrupu üçün vərəqələr çap olunurdu. 1905-ci ilin yayınadək ümumi tirajı 9,600 nüsxə olan 5 vərəqə nəşr edilmişdi.
Nina mətbəəsi
Nina mətbəəsi (rus. Нина типография) — XX əsrin əvvəllərində Bakıda gizli şəkildə fəaliyyət göstərmiş mətbəə. Nina mətbəəsi əsasən bolşevik yönümlü təbliğatla məşğul olurdu və İskra qəzeti ilə sıx fəaliyyət göstərmişdir. Mətbəənin adı qədim şumerlərdəki Nina ilahəsindən götürülmüşdür. Əfsanəvi Nineviyanın və Assuriya imperiyasının yaradıcısını bu cür adlandırılmışdır. Elə bu adı da inqilabçıların Bakıdakı ilk gizli mətbəəsi daşıyırdı. 1898-ci ilin martında yaranan Rusiya sosial-demokrat partiyasının 3 il sonra Bakıda komitəsi yaradılmışdır. Mətbəənin yaradılmasında gürcü inqilabçısı Lado Ketsxovelinin böyük rolu olmuşdur. 1900-cü ildə Tiflis sosdemlərinin tapşırığı ilə Bakıya gələn Lado 1 il sonra partiyanın gizli mətbəəsinin təşkilini nail olur. Tez-tez ünvanını dəyişən “Nina” mətbəəsinin yaranmasında böyük səy göstərən digər şəxslər isə Bakı komitəsinin ilk tərkibinə daxil olan Avel Yenukidze, Lev Krasin, Qalperin, Eyzenbet və Faynberq idi.
Qeyrət mətbəəsi
"Qeyrət" mətbəəsi — Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin naxçıvanlı tacir Məşədi Ələsgər Bağırzadənin maddi köməkliyi ilə Tiflisdə "Şərqi-Rus" qəzetinin bazasında yaratdıqları mətbəə-nəşriyyatı (1905–11). == Tarixi == 1905-ci ilin yanvarında "Şərqi-rus" qəzeti borca düşüb bağlandı və M. Şahtaxtinski redaksiyanın mətbəəsini satışa çıxarmaq qərarına gəldi. Bu elə bir dövr idi ki, ölkəni başdan başa birinci rus inqilabının dalğaları bürümüş, hər yerə yayılmışdı. Xüsusən zəngin tarixi və siyasi mübarizə ənənələri olan Bakı və Tiflis kimi şəhərlərdə fəhlə sinfi öz azadlığı uğrunda üsyana qalxmışdı. Belə bir dövrdə "Şərqi-rus"un bağlanması və onun mətbəəsinin satışa qoyulması Ömər Faiqlə Cəlil Məmmədquluzadənin birgə fəaliyyətinin yeni dövrünə yol açdı, onlar məhz "Rusiya inqilabi hərəkatından doğmuş bir inqilab yavrusu" (Ömər Faiq) olan "Molla Nəsrəddin" kimi jurnalı yaratmağa və dövrün əsas demokratik qüvvələrini onun ətrafına toplayıb, mövcud ictimai quruluşa qarşı atəş açmağa imkan əldə etdilər. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət etmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə sən də, nə də ki məndə var" cavabını vermişdi. Ziyalılar mətbəənin maddi tərəfini öz üzərinə götürəcək 3-cü adam axtarışına çıxdılar. Ömər Faiq yazırdı ki, 3-cü adamı qabaqca ziyalılar arasında axtarmağa çalışsaq da, tapa bilmədik. Çünki ziyalılarda pul, pullarda ziya yox idi.
Səda mətbəəsi
"Səda" mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Təzə həyat" adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə "Təzə həyat"ın çapına razılıq alır. "Təzə həyat" qazeti ilə yanaşı, "İttifaq", "Səda" və "Sədayi-həqq" kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə "Səda" mətbəəsinin ilk sayının nəşrinə başlayır. == Mətbəənin yarandığı dövrdə ictimai vəziyyət == XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi hadisələr, müstəmləkəçilikdən, milli ayrı-seçkilikdən əziyyət çəkən xalqların etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, məxsusi olaraq İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil olunurdular.
Çaşıoğlu mətbəəsi
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat “Çaşıoğlu” şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.
"Nina" mətbəəsi (film, 1963)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2004 ••••••••• 0.34
2006 •••••••••••••••••• 0.68
2007 ••••••••••••••••• 0.63
2008 ••••••• 0.24
2009 ••••••••• 0.32
2010 ••••• 0.18
2012 ••••• 0.17
2014 ••••• 0.17
2017 ••••• 0.16
2018 •••••••• 0.30
2019 ••••••••••• 0.42

"mətbəəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mətbəəsi nədir? #mətbəəsi sözünün mənası #mətbəəsi nə deməkdir? #mətbəəsi sözünün izahı #mətbəəsi sözünün yazılışı #mətbəəsi necə yazılır? #mətbəəsi sözünün düzgün yazılışı #mətbəəsi leksik mənası #mətbəəsi sözünün sinonimi #mətbəəsi sözünün yaxın mənalı sözlər #mətbəəsi sözünün əks mənası #mətbəəsi sözünün etimologiyası #mətbəəsi sözünün orfoqrafiyası #mətbəəsi rusca #mətbəəsi inglisça #mətbəəsi fransızca #mətbəəsi sözünün istifadəsi #sözlük