mətnşünas sözü azərbaycan dilində

mətnşünas

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mətnşünas • 95.7447%
  • Mətnşünas • 4.2553%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bibliya mətnşünaslığı
Bibliya mətnşünaslığı – Bibliyanın mətnlərini tədqiq edən elm. Həmçinin "Bibliya tənqidi" adlanır. Bibliya mətnşünaslığının zərurəti, orijinal əlyazmalarının bizim günümüzə qədər qorunub-saxlanmamasından qaynaqlanır. Əlimizdə orijinal mətnin minlərlə qədim surətləri və tərcümələri vardır. Qədim zamanlarda mətbəə olmadığından mətnin təkrar-təkrar üzü köçürülürdü. Bunun nəticəsində əlyazmaların müxtəlif versiyaları mövcuddur. == Bibliya mətnşünaslığının vəzifəsi == Bibliya mətnşünaslığının vəfizəsi Əhdi-Ətiqin və Əhdi-Cədidin orijinal mətnini mümkün qədər dəqiq bərpa etmək, habelə bu mətnin ötürülməsi və tərcümələrinin tarixini tədqiq etməkdir. == Bibliya mətnşünaslığının metodları == Müasir Bibliya mətnşünaslığı qədim mətnlərin fərqli versiyalarından ən etibarlı olanını seçmək məqsədilə aşağıda qeyd olunan bir sıra prinsiplərə riayət etməkdədir: daha az başa düşülən variantlara üstünlük verilməlidir (çünki daha aydın ifadələrdə üzünü köçürənin öz izahatı olması ehtimalı var). daha qısa variant qədim hesab edilməlidir (çünki üzünü köçürənlərin Müqəddəs Yazını qısaltmağa cürət etmələri ağlasığmazdır). aydın olmayan sözlər qədim şərq ədəbiyyatında işlənən mənaca yaxın olan sözlərlə müqayisə edilməlidir.
Mətnşünaslıq
Mətnşünaslıq — mətnlərin tədqiqi ilə məşğul olan elm sahəsi․ Burada yazılı mətnlər, əlyazmalar, müəllifli və müəllifsiz abidələr müxtəlif istiqamətlərdə araşdırılır, öyrənilir․ Yazılı abidələrin yazılma, köçürülmə tarixini; müəllif əlyazmalarının, köçürülmüş nüsxələrin, o cümlədən mətnin əvvəldən sona qədər dəyişmiş variantlarına qədər bütün məsələləri tarixi şəkildə öyrənən mətnşünaslıq elm sahəsi kimi mürəkkəb bir sistem təşkil edir. Mətnşünaslığın bir elm sahəsi kimi tarixi qədim olmasa da, onun yaranması tarixi çox qədimlərə gedib çıxır. Mətnşünaslıq XX əsrin II yarısından etibarən elmi sahə kimi inkişaf etməyə başlamışdır. Lixaçov qeyd edir ki, "mətnşünaslıq ədəbiyyat tarixinin əsasını təşkil edir. Hər hansı bir abidənin mətninin tarixi bütöv ədəbiyyatın tarixi üçün ilkin mənbədir... Beləliklə, mətnşünaslıq mətnlərin yaranma tarixni öyrənir. Mətnin tarixi bu mənada müxtəlif insanların – müəlliflərin, redaktorların, katiblərin, oxucuların, sifarişçilərin yaradıcılığı kimi başa düşülür. Bu mənada mətnin tarixi birbaşa cəmiyyətin tarixi ilə bağlı olur". Yazılı mətnlər dedikdə yalnız bədii mətnlər başa düşülməməlidir. Bir halda ki, mətn cəmiyyətin tarixni əks etdirir, bu tarixi daha mükəmməl öyrənmək üçün məzmunundan asılı olmayaraq bütün mətnlər tədqiq olunmalıdır.

mətnşünas sözünün leksik mənası və izahı

mətnşünas sözünün rus dilinə tərcüməsi

mətnşünas sözünün inglis dilinə tərcüməsi

mətnşünas sözünün fransız dilinə tərcüməsi

mətnşünas sözünün ləzgi dilinə tərcüməsi

"mətnşünas" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mətnşünas nədir? #mətnşünas sözünün mənası #mətnşünas nə deməkdir? #mətnşünas sözünün izahı #mətnşünas sözünün yazılışı #mətnşünas necə yazılır? #mətnşünas sözünün düzgün yazılışı #mətnşünas leksik mənası #mətnşünas sözünün sinonimi #mətnşünas sözünün yaxın mənalı sözlər #mətnşünas sözünün əks mənası #mətnşünas sözünün etimologiyası #mətnşünas sözünün orfoqrafiyası #mətnşünas rusca #mətnşünas inglisça #mətnşünas fransızca #mətnşünas sözünün istifadəsi #sözlük