mətəris sözü azərbaycan dilində

mətəris

Yazılış

  • mətəris • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

mətəris sözünün etimologiyası

  • 1 Maqazanik bunu fars mənşəli hesab edir (mətris kimi verib) və “hərbi-səngər” mənasında açıqlayıb. Bizdə “daldalanma” mənasını əks etdirir. Bəziləri ərəb mənşəli hesab edir və matras kimi yazırlar. İlkin mənası “yastıq” (подушка) deməkdir, ruslardakı matras sözü də buradandır. Bizdə mənası bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / mətəris

mətəris sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Çənbərək, Gəncə, Qazax) 1. hami, kömək. – Əli yetim qaldı, mətərisi olmadı, vaxdında oxumadı; – Atam öldi, yetim qaldıx, dayım bizə mətəris oldu, bizi saxladı (Qazax) 2. daldalanacaq; külək və soyuqdan qorunmaq üçün işlədilən şey. – Bir mətəris qoy, yel gəlməsin (Gəncə); – Selləmə yağış yağdı, boyl camahat mətəris tafdı daldalandı, yoxsa ısdanajıydı (Çənbərək)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#mətəris nədir? #mətəris sözünün mənası #mətəris nə deməkdir? #mətəris sözünün izahı #mətəris sözünün yazılışı #mətəris necə yazılır? #mətəris sözünün düzgün yazılışı #mətəris leksik mənası #mətəris sözünün sinonimi #mətəris sözünün yaxın mənalı sözlər #mətəris sözünün əks mənası #mətəris sözünün etimologiyası #mətəris sözünün orfoqrafiyası #mətəris rusca #mətəris inglisça #mətəris fransızca #mətəris sözünün istifadəsi #sözlük