* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] köhn. Maaş, əmək haqqı. [Qulu:] Mən hətta bir neçə adam bilirəm ki, mənim ağamdan az məvacib alırlar. N.Nərimanov. [Əmrah:] Ayda iki manat məvacib verirlər, onu da adama zəhrimardan pis eləyirlər. Ə.Haqverdiyev. [Pristav qorodovoylara:] Müftəcə məvacib alıb, il uzunu bircə qəpikliksə də iş görmək istəmirsiniz… Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / məvacib2 ə. əmək haqqı, maaş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məvacib1 Ərəbcə vacib sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / məvacib