məx sözü azərbaycan dilində

məx

Yazılış

  • məx • 94.7368%
  • Məx • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Məxdumqulu Fəraqi" medalı
"Məxdumqulu Fəraqi" medalı (türkm. «Magtymguly Pyragy» ) Türkmənistanın dövlət mükafatıdır . == Medal qaydaları == "Məxdumqulu Fəraqi" Türkmənistanın dövlət mükafatıdır. 2. Türkmənistan medalı "Məxdumqulu Fəraqi" türkmən xalqının mütəfəkkiri Məhtimqulunun yaradıcılıq irsinin öyrənilməsində, yayılmasında və təbliğində böyük xidmətlərinə görə şəxsləri mükafatlandırmaq məqsədilə təsis edilmişdir. 3. Türkmənistanın "Məxdumqulu Fəraqi" medalı Türkmənistan vətəndaşlarına verilir: Türkmənistan Prezidentinin mədəniyyət sisteminin inkişafı üçün genişmiqyaslı proqramlarının həyata keçirilməsindəki böyük xidmətlərinə görə;Türkmənistanın milli mədəniyyətinin inkişafına böyük töhfə verən elmi araşdırmalar üçün, türkmən xalqının mədəni irsinin, qədimdən bəri mənəvi dəyərlərin canlanması və diqqətlə qorunub saxlanmasında böyük xidmətləri, öyrənilməsi və yayılmasına, türkmən ədəbiyyatının klassik şairi Məxdumqulu Fəraqinin yaradıcılıq irsinə;Elm, təhsil, mədəniyyət, ədəbiyyat və sənətdəki böyük xidmətlərinə, parlaq yaradıcılıq uğurlarına, yüksək bacarıqlarına, mütərəqqi dünya mədəniyyətinin xəzinəsini dolduran mənəvi dəyərlərin təbliğində xüsusi xidmətlərinə görə, türkmən cəmiyyətinin sarsılmaz dayaq nöqtəsinə çevrilmiş siyasi, fəlsəfi, sosial, humanist və mənəvi baxışlara görə;Məxdumqulu Fəraqinin humanist prinsiplərinin həyata keçirilməsində böyük şəxsi töhfə və səmərəli fəaliyyətinə görə;Gənc nəslin milli dəyərlərə, tarixi irsə, türkmən xalqının qədim adət və ənənələrinə hörmətinə, Vətənə məhəbbət, çalışqanlıq, cəsarət və cəsarət ruhunda tərbiyəsində böyük xidmətlərinə görə;Türkmənistanla digər dövlətlər və beynəlxalq təşkilatlar arasında mədəni əlaqələrin inkişafında, mədəniyyətlərin yaxınlaşmasında və zənginləşməsində, xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə.4. Türkmənistanın "Məxdumqulu Fəraqi" medalı, Türkmənistanla mədəni və digər dostluq əlaqələrinin inkişafında, Məxdumqulu Fəraqinin yaradıcılıq irsinin öyrənilməsində, yayılmasında və təbliğində xüsusi xidmətləri olan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə verilə bilər. 5. Türkmənistanın "Məxdumqulu Fəraqi" medalına layiq görülən şəxslərə Türkmənistanın eyniadlı medalı və sertifikat verilir.
Amur məxmərağacı
== Ümumi yayılması == Çində və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıх çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məхməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5-13 хırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25-35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaхud armud formalı, lətli, parlaq-qaradır, beş toхumludur. Sentyabr-oktyabr aylarında yetişir.
Brest-Litovsk sülh müqaviləsinə əlavə məxvi saziş
Almaniya-Rusiya sazişi (1918, 27 avqust), Bakı məsələsi ilə bağlı olduğundan bəzən Bakı sazişi də adlanır. == Arxa fon == Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun ən yaxın müttəfiqi olan Osmanlı dövləti Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ilə bir cəbhədə vuruşurdu. Osmanlı ilə müttəfiq olmasına baxmayaraq, Almaniya Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Almaniya, türk-azərbaycan qoşunlarının Bakını ciddi ehtiyac duyduğu neftdən məhrum olacağından narahat idi. Bakını yenidənə ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplomatik yardımına nail olmaq istəyirdi. Rusiya türklərin Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Buna görə də ümumi maraqlarla bağlı olaraq, Azərbaycan məsələsində onların arasında yaxınlaşma baş verdi və bu 3 aya qədər şəkən danışıqlardan sonra, 1918-ci il avqustun 27-də Berlində Almaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə məxfi sazişin imzalanması ilə nəticələndi. == Sazişin mahiyyəti == 8 fəsil və 17 maddədən ibarət Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri- xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi.
Dövlətə məxsus müəssisə
Dövlətə məxsus müəssisə (DMM) anlayışı dövlətdən dövlətə dəyişir, bununla birgə ümumi olaraq xalqa məxsus olan mənbələrdən istifadə etmək yolu ilə, iqtisadi məkanda fəaliyyət göstərən Dövlət Qurumlarını bildirir. Beynəlxalq ədəbiyyatda dövlət şirkəti olaraq keçən bu anlayış, sahibi olan hökumət adına ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxsi bildirir. Şirkətlərin hüquqi vəziyyəti hökumətin bir hissəsi olma və ya dövlətin önəmli bir səhmdarı olduğu səhmdar cəmiyyətlər arasında dəyişir. Dövlətə məxsus şirkətlər, əsasəndə dəmir yolları və telekommunikasiya, strateji mal və xidmətlər (poçt, silahlar), təbii ehtiyatlar və enerji, siyasi cəhətdən həssas olan iş, mətbuat, alkoqol və tütün məhsulları, tibb ilə bağlı olan məhsullar kimi təbii inhisar və infrastruktur sahələrində yayılmışdır.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Fantastik məxluqlar və onların yaşadıqları yer (dəqiqləşdirmə)
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik məxluqlar və onların yaşadıqları yer (film, 2016)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. == Məzmun == 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.
Fantastik məxluqlar və onların yaşadıqları yer (kitab)
Fantastik məxluqlar və onların yaşadıqları yer və ya Fantastik vəhşilər və onları harada tapmaq olar (ing. Fantastic Beasts and Where to Find Them) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında yaşayan fantastik heyvanlardan bəhs edir. Faktiki olaraq bu kitab Harri Potterin dərsliyidir və onun səhifələrində Harri, Ron və Hermiona tərəfindən edilmiş qeydləri tapmaq olar. == Qısa məlumat == Fantastik məxluqlar və onların yaşadıqları yer məşhur sehrli zooloq Nyut Skamender tərəfindən yazılmış və Harri Potterə məxsus olan kitabın surətidir. Kitabda sehrli zoologiyanın tarixi müzakirə olunub, fantastik heyvan və fantastik varlıq anlayışları müəyyən edilib, həmçinin onların arasında olan fərqlər göstərilib. Bundan əlavə, Sehr Nazirliyin tərəfindən qəbul olunmuş fantastik varlıqların təsnifatı və dünyada tapılmış 75 növlərin təsviri verilib. Kitabda olan məlumat illər ərzində qitələr üzrə səyahət edən Salamander tərəfindən toplanılıb. Hoqvarts məktəbinin birinci kursunda oxuyan şagirdlər üçün məcburi dərslikdir. Harri və Ron tərəfindən edilən qeydlər kitabın diqqətəlayiq cəhətlərdən biridir.
Kingsman: Məxfi xidmət
Kingsman: Məxfi xidmət (ing. Kingsman: The Secret Service) — 2014-cü il istehsalı döyüş-komediya filmi. == Süjet xətti == Eqqsi dəniz piyadasında xidmət keçmiş, yüksək intellektə malik gəncdir. O həyatda çox şeyə nail ola bilərdi, lakin xırda cinayətlərlə məşğul idi. Günlərin birində Eqqsi atasının uzun illər əvvəl xilas etdiyi Harri Hartla tanış olur. Bu adam Eqqsinin güzəranını yaxşılaşdırmaq və qarşısında yeni imkanlar açmaq üçün gəlib. Harri ona bütün dünyanın keşiyini çəkən müstəqil sirli təşkilatın agenti olduğunu bildirir və Eqqsiyə komandanın yeni üzvü olmaq üçün təlim keçməyi təklif edir. Eqqsi təklifi qəbul edir və bütün sınaqlardan çıxıb Harrinin ümidlərini doğruldur.
Kinqsman: Məxfi xidmət
Kingsman: Məxfi xidmət (ing. Kingsman: The Secret Service) — 2014-cü il istehsalı döyüş-komediya filmi. == Süjet xətti == Eqqsi dəniz piyadasında xidmət keçmiş, yüksək intellektə malik gəncdir. O həyatda çox şeyə nail ola bilərdi, lakin xırda cinayətlərlə məşğul idi. Günlərin birində Eqqsi atasının uzun illər əvvəl xilas etdiyi Harri Hartla tanış olur. Bu adam Eqqsinin güzəranını yaxşılaşdırmaq və qarşısında yeni imkanlar açmaq üçün gəlib. Harri ona bütün dünyanın keşiyini çəkən müstəqil sirli təşkilatın agenti olduğunu bildirir və Eqqsiyə komandanın yeni üzvü olmaq üçün təlim keçməyi təklif edir. Eqqsi təklifi qəbul edir və bütün sınaqlardan çıxıb Harrinin ümidlərini doğruldur.
Meksika məxluqu
Meksika məxluqu - 2007-ci ildə Meksikada bir fermerin qarşılaşarkən qorxduğu üçün suda boğduğu, sifəti insana, bədəni kərtənkələyə bənzəyən, Meksika və Kanadada uzun müddət laboratoriya analizlərində DNT-sı aşkarlana bilməyən qəribə məxluq. İspan alimi Hose Antonio bu məxluqun DNT-sini öyrənə bilib. Onun hüceyrələrində nukleosit tapılıb. Alimə görə, bu, elmə məlum olmayan heyvan deyil, 99,99 faiz başqa planetlərdən gəlmiş bir canlıdır. İspan alim bu yadplanetlinin göz və qulaq quruluşunu öyrənib. Məlum olub ki, onun insanla müqayisədə müdhiş duyma qabiliyyəti var. Bu canlı ilə qarşılaşan meksikalı fermer keçirdiyi həyəcanın təsiri ilə onu bir neçə saat suyun altında saxlayıb. Həmin varlıq bir neçə saat suda yaşadıqdan sonra ölüb. Normal halda isə yer üzündə quruda yaşayan heç bir canlı bu qədər suda sağ qala bilmir. Digər qəribə olay budur ki, bu məxluqu öldürən meksikalı fermer bir müddət sonra qəribə şəraitdə ölüb.
Mirzə Lütfulla xan Məxmur
Mirzə Lütfulla xan Məxmur (1683-1750)- şair, vali == Həyatı == Mirzə Lütfulla xan Hacı Şükrulla oğlu 1683-cü ildə Surs limanında anadan olmuşdur.Məxmur Ağa Hüseyn Xansarinin şagirdi Ağa Həbibulla İsfahaninin şagirdi olmuş, onun yanında elm və fəzilət əldə etmişdir. Atası vəfat etdikdən sonra Məxmur ticarət Benqala getmiş onun vasitəsilə o dövrün sultanı tərəfindən Mürşidqulunun Rüstəmcəng ləqəbi və bu ləqəbə məxsus vəzifəni almışdır.Mirzə Lütfulla xan hicri qəməri 1164 (1750)-cü ildə vəfat etmişdir. Mirzə Lütfulla xan Dürdanə bəyim Məhəmmədşüca xan Avşar qızı ilə ailə qurmuşdu. Məhəmmədyəhya xan adlı oğlu, Mehman bəyim adlı qızı vardı. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu,Mirzə Lütfulla xan Məxmur, "Soy" dərgisi, 12 (32), 2009, səh. 113-114.
Montauk məxluqu
Montauk məxluqu — dalğaların Nyu-Yorkun turistik Montauk sahillərinə çıxardığı əsrarəngiz heyvan. Heyvanın iki fərqli baxımdan çəkilən fotoşəkilləri, internetdə həyəcanla müzakirə edilir. Əsrarəngiz varlığın nə olduğuna dair bir çox nəzəriyyə var. Hətta CNN və Fox News kimi ciddi media qurumları da müzakirəyə müdaxil oldular. Fox News kanalına danışan bir mütəxəssis, varlığın bir rakun olduğunu iddia etsə də, ən çox qəbul görən şərh, burnu qoparılmış, çürümək üzrə olan bir pitbul olduğu istiqamətində. Ancaq heyvanın pəncələrinin itə bənzəmədiyini iddia edən araşdırmaçılar, "Bu, Atlas okeanındakı gizli nüvə sınaqlar üzündən mutasiyaya uğramış bir varlıqdır" deyirlər. Bir başqa məşhur nəzəriyyə, hadisənin tamamilə uydurma olduğu və əslində bir reklam kampaniyası başlatmaq məqsədilə yayıldığı istiqamətindədir. İnternet sayəsində, viral (virus kimi yayılan) satışa çıxarma texnikalarının gedərək tutulduğunu ifadə edən mütəxəssislər, bu ehtimalı ehtimal xarici görmür. Enerji içkisi firmasının "Montauk məxluqu canlı tutana pul mükafatı" vəd etməsi isə, fürsətçilik olaraq xarakterizə edilir.
Məhəmmədəli bəy Məxfi
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəliyev — azərbaycanlı şair, titulyar müşavir, Məclisi-ünsün üzvü. "Əhvalati-Qarabağ" əsərinin müəllifi. == Həyatı və yaradıcılığı == Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşada anadan olub. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınıb. İbtidai təhsilini atasından aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Şuşa qəza məktəbində isə rus dilini öyrənir. Şamaxı, Tiflis, İrəvan və Şuşada qəza idarələrində məmur kimi fəaliyyət göstərib. Mülki xidmətə tərcüməçiliklə başlayan o, öz xidmətində quberniya katibi çinindən titulyar müşavir çininə qədər yüksəlib.Məhəmmədəli bəy həm də şair olub. Məxfi təxəllüsü ilə şeirlər yazıb. Füzuli ədəbi məktəbinin nümayəndəsi olan o, eyni zamanda, Molla Pənah Vaqifin ədəbi irsindən də təsirlənib.
Məhəmmədəli bəy Məxvi
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəliyev — azərbaycanlı şair, titulyar müşavir, Məclisi-ünsün üzvü. "Əhvalati-Qarabağ" əsərinin müəllifi. == Həyatı və yaradıcılığı == Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşada anadan olub. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınıb. İbtidai təhsilini atasından aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Şuşa qəza məktəbində isə rus dilini öyrənir. Şamaxı, Tiflis, İrəvan və Şuşada qəza idarələrində məmur kimi fəaliyyət göstərib. Mülki xidmətə tərcüməçiliklə başlayan o, öz xidmətində quberniya katibi çinindən titulyar müşavir çininə qədər yüksəlib.Məhəmmədəli bəy həm də şair olub. Məxfi təxəllüsü ilə şeirlər yazıb. Füzuli ədəbi məktəbinin nümayəndəsi olan o, eyni zamanda, Molla Pənah Vaqifin ədəbi irsindən də təsirlənib.
Məmmədəli bəy Məxfi
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəliyev — azərbaycanlı şair, titulyar müşavir, Məclisi-ünsün üzvü. "Əhvalati-Qarabağ" əsərinin müəllifi. == Həyatı və yaradıcılığı == Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşada anadan olub. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınıb. İbtidai təhsilini atasından aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Şuşa qəza məktəbində isə rus dilini öyrənir. Şamaxı, Tiflis, İrəvan və Şuşada qəza idarələrində məmur kimi fəaliyyət göstərib. Mülki xidmətə tərcüməçiliklə başlayan o, öz xidmətində quberniya katibi çinindən titulyar müşavir çininə qədər yüksəlib.Məhəmmədəli bəy həm də şair olub. Məxfi təxəllüsü ilə şeirlər yazıb. Füzuli ədəbi məktəbinin nümayəndəsi olan o, eyni zamanda, Molla Pənah Vaqifin ədəbi irsindən də təsirlənib.
Məxfi xidmət
Məxfi xidmət və ya Gizli xidmət kəşfiyyat agentlikləri üçün istifadə olunan tərifdir. Bunlar dövlətlər tərəfindən məlumat almaq, məlumat toplamaq və qiymətləndirmək, toplanmış məlumatların operativ istifadəsi məqsədilə yaradılan təşkilatlardır və gizli iş prinsiplərinə görə çox vaxt “gizli xidmətlər” və ya “məxfi xidmətlər” adlandırılırlar. CIA, KGB, MI6, MOSSAD, Stasi, Əl Mühabərat gizli xidmətlərə misaldır. == Türkiyədə gizli xidmət == Türkiyədəki gizli xidmət MAH adı ilə qurulmuş, ümumiyyətlə Milli Təhlükəsizlik şəklində xatırlanmışdır.
Məxfilik
Məxfilik — müəyyən növ informasiyaların açıqlanması və əldə edilməsinə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutan normalar və qaydalar sistemi.
Məxfurə Yermakova
Məxfurə (Mariya) Frolovna Yermakova (rus. Мария Фроловна Ермакова; 1901, Bakı – 1982, Bakı) — Azərbaycanın ilk aktrisalarından biri, Azərbaycan SSR əməkdar artisti (1936). == Həyatı == Məxfurə Yermakova 1901-ci ildən Bakıda anadan olmuşdur. Əsl adı Mariya olsa da səhnəyə ilk addımından "Məxfurə" təxəllüsü ilə çıxış edib. Milliyyətcə rus olsa da, azərbaycanca səlis və aydın danışa bilirdi.Məxfurə Yermakova 1918-ci ildə Azərbaycan səhnəsində milli aktrisaların olmadığı bir dövrdə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppasına daxil olub. Az müddət Tiflisə gedib və oranın dram dəstəsində bir neçə tamaşada iştirak edib. 1920-ci ilin iyun ayında hazırkı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına daxil olub. 1925–1932-ci illərdə Bakı Türk İşçi Teatrında, 1933–1946-cı illərdə Gəncə Dövlət Dram Teatrında, 1946–1982-ci illərdə isə Gənc Tamaşaçılar Teatrında işləyib.Məxfurə Yermakova 1982-ci ildə Bakıda vəfat etmişdir.
Məxmər inqilabı
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Məxməri ağcaqayın
Məxməri ağcaqayın (lat. Acer velutinum) — hündürlüyü 35-40 m-ə qədər, gövdəsinin diametri 1,4 m-ə qədər olan iri çətiri olan böyük ağacdır. Gövdəsinin qabığı ət rəngi-çəhrayımtıl rəngdə, yaşlı ağacların aşağı hissəsi tünd-boz rəngdədir. == Yarpaq == Yarpaqları iridir, kağıza bənzər olub, uzunluğu 15-20 (40) sm, 5-bölümlüdür. Yarpağın qaidə hissəsi ürəkşəkilli, bəzən dəyirmi və ya kəsilmiş formadadır, üst tərəfdən tündyaşıl, həmişə çılpaq, alt tərəfdən daha açıq və ya göyümtül rənglidir, çılpaq və yaxud tamamən məxməri-yumşaq tüklcüklüdür; bölümləri sivri, bəzən kütdür, bərabər olmayan və iri dişlidir; təpə bölümləri yan bölümlərdən enli və bir qədər uzundur. Saplaq 12-25 sm uzunluqda olub, adətən yarpaq ayasına bərabər olur və ya ondan uzun olur. === Çiçək === Süpürgələr iridir və 12-15 sm uzunluqdadır, düzdurandır, tükcüklü budaqları meyvə verənə yaxın əyiləndir. Çiçəkləri kiçik olub, yaşılımtıl-sarı rənglidir. Meyvə: Meyvə qanadlarının uzunluğu 5 sm-ə qədərdir, çoxsaylıdır, qabarıq, xaricdən çılpaq, daxildən tükcükləri olan fındıqcaları vardır;qanadlar aşağı hissədə daralmış, yuxarıda isə genişlənmiş və düz və ya iti bucaq altında ayrılmışdır. == Çiçəkləməsi == Aprel-May == Meyvə verməsi == Avqust-Oktyabr == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, Lənk.
Məxməri göyrüş
Məxməri göyrüş (lat. Fraxinus velutina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. Arizona, Yeni Meksika və Kaliforniyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə çatan ağacdır. Düz nazik gövdəli, qabığı boz rənglidir. Məxməri yarpaqlarının uzunluğu 15 sm, 3-5 ədəd ellipsvari və ya dairəvi yarpaqcıqdan ibarət, uzunluğu 2-4 sm, itiuclu, kənarı dişli, üst səthi qabarıqdır. Çiçəkləri budaqların ucunda hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi qanadlı, 1,8 sm uzunluqdadır. Toxumla çoxaldılır.
Məxməri gərməşov
Məxməri gərməşov (lat. Euonymus velutinus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 1,5-4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3-5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs–yumurtavari, 2-8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1-6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır; yumurtalığı konusvari, tükcüklüdür. Qozası dərin, 4 dilimli, uc tərəfdən çökəkdir, qanadsızdır, dilimləri dəyirmidir.
Məxməri inqilab
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Məxmərək
Məxmərək və ya rubella qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan "Togavirus" ailəsinə aiddir. == Xəstəlik dövrü == Məxmərək səpkilər, qızdırma və limfadenopatiya (limfa düyünlərinin böyüməsi) yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5–10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2–3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar. == Müalicəsi == Xəstəliyin müalicəsi ev şəraitində aparılır. Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2007 •••••••••••• 0.42
2008 •••••••••••••••••••• 0.73
2009 ••••• 0.16
2011 ••••• 0.17
2014 ••••• 0.17
2016 ••••• 0.17
2017 ••••• 0.16
2018 ••••••••• 0.30
2019 •••••••••••• 0.42

"məx" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məx nədir? #məx sözünün mənası #məx nə deməkdir? #məx sözünün izahı #məx sözünün yazılışı #məx necə yazılır? #məx sözünün düzgün yazılışı #məx leksik mənası #məx sözünün sinonimi #məx sözünün yaxın mənalı sözlər #məx sözünün əks mənası #məx sözünün etimologiyası #məx sözünün orfoqrafiyası #məx rusca #məx inglisça #məx fransızca #məx sözünün istifadəsi #sözlük