İnformasiya məxfiliyi
İnformasiya məxfiliyi — verilənlərin, texnologiyanın toplanması və yayılması, ictimaiyyətin məxfiliyə dair gözləntiləri, kontekstli informasiya normaları və onları əhatə edən hüquqi və siyasi məsələlər arasında əlaqə. Bu, həmçinin verilənlər məxfiliyi və ya verilənlərin qorunması kimi də tanınır.
İnformasiya məxfiliyi çətin məsələdir, çünki o, fərdin məxfilik seçimlərini və şəxsiyyəti müəyyən edən məlumatları qoruyarkən məlumatlardan istifadə etməyə çalışır. Kompüter təhlükəsizliyi, verilənlər təhlükəsizliyi və informasiya təhlükəsizliyi sahələri bu problemi həll etmək üçün proqram təminatı, aparat vasitələrini, insan resurslarını layihələndirir və istifadə edir.
Şəxsi informasiyanın müxtəlif növləri çox vaxt məxfilik problemləri ilə üzləşir.
Bu, kabel televiziyası vasitəsilə insanın özü haqqında hansı məlumatları açıqladığına və bu məlumatı kimin əldə edə biləcəyinə nəzarət etmək qabiliyyətidir. Məsələn, üçüncü tərəflər istənilən vaxt kiminsə baxdığı IPTV proqramlarını izləyə bilər. Auditoriyanın reytinq sorğusu üçün yayım axınına hər hansı verilənlərin əlavə edilməsi, izləyicilərin və ya dinləyicilərin evlərində əlavə cihazların quraşdırılması tələb olunmur və onların əməkdaşlığına ehtiyac olmadan auditoriya reytinqləri real zamanda avtomatik olaraq həyata keçirilə bilər.
2012-ci ildə Birləşmiş Krallıqda təhsil katibi Maykl Qov Milli Şagird Verilənlər Bazasını özəl şirkətlər də daxil olmaqla daha açıq şəkildə əlçatan etməklə dəyərini maksimumlaşdırmaq mümkün olan "zəngin məlumat bazası" kimi təsvir etmişdir. "The Register"dən Kellİ Fayveş bunun "imtahan nəticələri, davamiyyət, müəllim qiymətləndirmələri və hətta xüsusiyyətləri daxil olmaqla, uşağın məktəb həyatı" mənasını verə biləcəyini, üçüncü tərəf təşkilatlarının məlumatların anonimləşdirilməsindənsə, hər hansı nəşrlərin təhvil verilməzdən əvvəl hökumət tərəfindən anonimləşdirilməsinə cavabdeh olduğunu söyləmişdir.