Məzarınıza tüpürüm 2 (film, 2013)
Məzarınıza tüpürüm 2 (ing. I Spit on Your Grave 2) — Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının günü (və yaxud "Məzarınıza tüpürüm") filminin motivləri əsasındadır və eyni zamanda 2010-cu ildə nümayiş olunmuş "Məzarınıza tüpürüm" filminin davamıdır.
Keyt model olmaq niyyətindədir. Bunun üçün fotosessiyalar, müsahibələr və s. kimi yerlərdə olmağa çalışır. Gələcək üçün çoxlu xəyalları var. Lakin həyatda heçdə hər şey insanın istədiyi kimi olmur. Xüsusəndə bəzi vəhşi insanların yaşadığı dünyada yaşayırsınızsa.
Bir gün Keyt firmanın təyin etdiyi bir iş üçün deyilən yerə çəkilişlər üçün gedir.