məzuniyyət sözü azərbaycan dilində

məzuniyyət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məzuniyyət • 93.3764%
  • Məzuniyyət • 6.5428%
  • MƏZUNİYYƏT • 0.0808%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sui-qəsd sinfi: Məzuniyyət
Sui-qəsd sinfi: Məzuniyyət (暗殺教室 卒業編, Ansatsu Kyōshitsu: Sotsugyō-hen) — 2016-cı il istehsalı Yaponiya komediya filmi. Filmin rejissoru Eyiçiro Hasumi, ssenaristi Tatsuya Kanazavadır. "Sui-qəsd sinfi: Məzuniyyət" 2015-ci il istehsalı "Sui-qəsd sinfi" filminin sikvelidir, hər iki film Yuusey Matsuinin "Assassination Classroom" manqası əsasında çəkilmişdir. Film Toho tərəfindən Yaponiyada 25 mart 2016-cı ildə yayımlanmışdır. Film dünyanı məhv etməyə hazırlaşan səkkizayağa bənzər varlıq və müəllim Koro-senseyə sui-qəsd təşkil etməyə çalışan şagirdlərin məzuniyyətə yaxın yaşadıqları hadisələrdən bəhs edir. Film 2015-ci ilin aprelində anons edilmişdir. Mirey Kiritaninin Aquri Yukimura rolunda, Kazunari Ninomiyanın Ölüm tanrısı rolunda olacağı 2015-ci ilin sentyabrında açıqlanmışdır. Hiroki Narimiyanın Kotaro Yanaqisava rolunda olacağı 2015-ci ilin dekabrında, Tsuyoşi Abenin Qırmızı göz rolunda olacağı 2016-cı ilin yanvarında məlum olmuşdur. Filmin mövzu mahnısı Sensa-tions tərəfindən ifa olunan "Sayonara Sensation" mahnısıdır. 2015-ci ilin dekabrında filmin 25 mart 2016-cı ildə yayımlanacağı açıqlanmışdır.
Sui-qəsd sinfi: Məzuniyyət (film, 2016)

Əmək məzuniyyəti
Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət. İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. Dünyanın çox ölkələrindəki məzuniyyət sayı özlərinin əmək hüququna görə tənzimlənir. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

məzuniyyət sözünün leksik mənası və izahı

məzuniyyət sözünün sinonimləri (yaxın mənalı sözlər)

məzuniyyət sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. отпуск (освобождение от работы, от службы на определённый срок для отдыха, лечения и т.п.). Növbəti məzuniyyət очередной отпуск, yay məzuniyyəti летний отпуск, məzuniyyət götürmək взять отпуск, məzuniyyətə çıxmaq уйти в отпуск, məzuniyyətdən qayıtmaq вернуться из отпуска, məzuniyyətdə olmaq находиться в отпуске, məzuniyyət hesabına за счёт отпуска, öz hesabına məzuniyyət отпуск за свой счёт II прил. отпускной. Məzuniyyət vaxtı отпускное время, məzuniyyət günləri отпускные дни ◊ akademik məzuniyyət академический отпуск (годовой перерыв в занятиях студентов в связи с болезнью); yaradıcılıq məzuniyyəti творческий отпуск (отпуск, который предоставляется для завершения научной работы, книги, диссертации и т.п.); hamiləliyə və doğuşa görə məzuniyyət отпуск по беременности и родам, декретный отпуск; məzuniyyət pulu отпускные

    Azərbaycanca-rusca lüğət / məzuniyyət

məzuniyyət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. leave; holiday; amer. vacation, (hərbi) furlough; aylıq ~ götürmək to take* a month’s holiday; xəstəliyə görə ~ sick-leave; hamiləliyə görə ~ maternity leave; əmək haqqı saxlanılmaqla ~ holiday with pay; ~ də olmaq to be* on leave; ~ə getmək to go* for a holiday; Sizin məzuniyyətiniz nə vaxt başlanır? When does your leave begin?

    Azərbaycanca-ingiliscə lüğət / məzuniyyət

məzuniyyət sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. congé m ; vacances f pl ; permission f (orduda qısa müddətli) ; hamiləliyə və doğuma görə ~ congé de maternité ; xəstəliyə görə ~ congé de maladie ; ödənişli ~ congé payé, -e ; ~ götürmək prendre son congé ; ~də olmaq être en congé ; ~ini dağda keçirmək passer ses vacances à la montagne

    Azərbaycanca-fransızca lüğət / məzuniyyət

məzuniyyət sözünün ləzgi dilinə tərcüməsi

"məzuniyyət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məzuniyyət nədir? #məzuniyyət sözünün mənası #məzuniyyət nə deməkdir? #məzuniyyət sözünün izahı #məzuniyyət sözünün yazılışı #məzuniyyət necə yazılır? #məzuniyyət sözünün düzgün yazılışı #məzuniyyət leksik mənası #məzuniyyət sözünün sinonimi #məzuniyyət sözünün yaxın mənalı sözlər #məzuniyyət sözünün əks mənası #məzuniyyət sözünün etimologiyası #məzuniyyət sözünün orfoqrafiyası #məzuniyyət rusca #məzuniyyət inglisça #məzuniyyət fransızca #məzuniyyət sözünün istifadəsi #sözlük