məzənnə sözü azərbaycan dilində

məzənnə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məzənnə • 98.0576%
  • Məzənnə • 1.7231%
  • MƏZƏNNƏ • 0.2193%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çarpaz məzənnə
Sabit məzənnə sistemi
Sabit məzənnə — hər hansı bir valyuta məzənnəsinin digər bir valyutalar səbətinə və ya hər hansı bir valyuta məzənnəsinin qızıl kimi dəyər ölçülərinə qarşı təyin olunduğu valyuta məzənnəsinin bir növüdür.Hər hansı bir valyutanın dəyərini sabitlərdirmək üçün həmin valyuta bir başa başqa bir beynəlxalq əhəmiyyətli və ya daha stabil məzənnənin təyin olunmuş nisbətinə istinad edilir. Beləliklə, hər hansı valyuta ilə istinad edilmiş valyuta arasındakı valyuta məzənnəsi, çevik mübadilə rejimindən fərqli olaraq, bazar şərtlərinə əsasən dəyişmir. Bu proses, hər iki valyutanın xas olduğu iki sektor arasında ticarət və investisiyaların daha asan və daha çox proqnozlaşdırılmasını təmin edir və əsasən, xarici valyutadan geniş istifadə edilən və xarici ticarəti ÜDM-nin böyük bir hissəsini təşkil edən kiçik iqtisadiyyatlar üçün faydalıdır. Həs hansı bir sabit valyuta məzənnəsi sistemi valyutanın davranışına nəzarət etmək üçün də istifadə edilə bilər; məsələn: inflyasiyanın dərəcələrini məhdudlaşdırmaq üçün. Bunu etməklə, cari valyutanın istinad dəyərinə nəzarət edilir. Beləliklə, istinad edilmiş valyutanın dəyərinin yüksəldiyi və ya düşdüyü zaman, ona istinad edən hər hansı bir valyutanın dəyəri də digər valyutalara və qiymətli pul vahidləri ilə ticarət edilə biləcəyi əmtəələrin dəyərinə nisbətdə artır və ya düşür. Əlavə olaraq, mükəmməl sərmaye çevikliyi fərziyyəsinə söykənən Mundell-Fleminq modelinə əsasən sabit bir məzənnə sistemi hökumətə makroiqtisadi sabitliyə nail olmaq üçün daxili pul siyasətindən istifadə etməyə mane olur.Sabit məzənnə sistemində, bir ölkənin mərkəzi bankı açıq bazar mexanizmini istifadə edir və istinad nisbətinin sabit dəyərini saxlamaq məqsədilə hər zaman həmin valyutanı müəyyən bir qiymətlə almaq və ya satmağa hazır olur. Milli valyutanın devalvasiyası zamanı mərkəzi bank ehtiyatda olan xarici pulu satır və milli valyutanı geri alır. Bu, daxili məzənnə üçün süni tələbat yaradır və bu proses, milli məzənnənin dəyərini artırır. Milli valyutanın arzu olunmaz bir şəkildə dəyərinin artması nəticəsində, Mərkəzi Bank xarici pulları alır və bu səbəbdən milli pullara tələb yarandığına görə milli məzənnənin dəyəri istinad edilən məzənnəyə nisbətdə azalır.
İdarə olunan üzən məzənnə rejimi
İdarə olunan üzən məzənnə rejimi (ing. managed float regime) — valyuta məzənnələrinin bazardakı tələb-təklifə uyğun olaraq gündəlik dəyişməsi ilə yanaşı, həm də mərkəzi banklar tərəfindən valyuta alış-satışı yolu ilə yerli valyutanın məzənnəsinə müdaxilə edilməsi ilə xarakterizə olunan beynəlxalq maliyyə mühitidir. Bu həm də çirkli üzmə (dirty float) adı ilə tanınır. Beynəlxalq Valyuta Fondunun 2014-cü ilə olan məlumatına görə 82 dövlət və region idarə olunan üzən məzənnə rejimindən istifadə edir ki, bu da mövcud məzənnə rejimi növləri arasında üstünlük təşkil edir.
Effektiv valyuta məzənnəsi
Mübadilə məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. == Valyuta kotirovkası == İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi == Mübadilə məzənnəsinin növləri == a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Valyuta məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. == Valyuta kotirovkası == İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi == Mübadilə məzənnəsinin növləri == a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Üzən valyuta məzənnəsi
Üzən valyuta məzənnəsi (ing. floating exchange rate) — valyutanın dəyərinin valyuta bazarının təsiri ilə dəyişməsinə icazə verilən valyuta kursu rejimi. Üzən kursdan istifadə edən valyutalar üzən valyuta adlandırılır. Təsbit edilmiş məzənnə rejimində mərkəzi bank tədiyə balansının tarazsızlığını maliyyələşdirmək üçün tələb olunan miqdarda xarici valyutanı təmin etməlidir. Çevik (üzən) məzənnə rejimində isə mərkəzi bank əksinə, xarici valyutaya olan tələb-təklifi tarazlaşdırmaq məqsədilə məzənnənin dəyişməsinə imkan verir. Əgər dolların yenə nəzərən məzənnəsi 0.86 sentə bərabərdirsə və Yaponiyanm ABŞ-yə ixracı artırsa, bu, amerikanların yapon ixracatçılarına daha çox ödəniş etmələrini tələb edir. Yaponiya Mərkəzi Bankı prosesə müdaxilə etmir və məzənnə öz-özünü tənzimləyir. Bu nümunədə məzənnə 0.86-dan 0.90-dək dəyişir və yapon məhsullarını dollar ifadəsində bahalaşdırır, amerikan istehlakçıları üçün onu daha az cəlbedici edir. Çevik məzənnə və üzən məzənnə qarşılıqlı əvəz oluna bilən anlayışlar kimi istifadə olunur.Üzən məzənnə rejimi də özlüyündə iki yerə bölünür:"Təmiz" və "Çirkli" “Təmiz” üzən məzənnə rejimində mərkəzi bank valyuta bazarında iştirak etmir və məzənnə bazar tərəfindən müəyyən olunur. Bu rejimdə mərkəzi banklar heç bir müdaxilə həyata keçirmədiklərinə görə rəsmi valyuta əməliyyatları müvafiq olaraq sıfıra bərabər olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.99 dəfə / 1 mln.
2003 ••• 7.09
2004 ••••• 12.80
2005 •• 4.72
2006 •• 4.73
2007 •• 3.59
2008 •• 6.09
2009 ••• 7.20
2010 ••• 7.26
2011 •• 4.55
2012 •• 3.79
2013 •• 3.94
2014 ••• 9.27
2015 •••••••••••••••• 47.80
2016 •••••••••••••••••••• 62.30
2017 ••••••••••• 32.35
2018 •••••••••••••• 42.40
2019 •••••••••••••• 42.70
2020 ••• 8.22

məzənnə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bazar qiyməti, nırx, müəyyən olunmuş qiymət. Günün məzənnəsi. – [Axund:] [Xoruzu] məzənnədən aşağı satmayasan. B.Talıblı. □ Məzənnə qoymaq – nırx təyin etmək, qiymətini müəyyənləşdirmək. Məzənnəsi düşmək – qiyməti aşağı düşmək; ucuzlaşmaq. 2. a) qiymətli kağızların, xüsusi dövlət normativ aktları ilə müəyyənləşdirilən qiyməti; b) birjada səhmlərin, istiqraz vərəqələrinin, veksellərin və s. alınıb-satıldığı qiymət; kurs. …Fransa müharibədən sonra öz valyutasının məzənnəsini dəfələrlə aşağı salmışdır.

    Azərbaycan dilinin izahlı lüğəti / məzənnə

məzənnə sözünün sinonimləri (yaxın mənalı sözlər)

məzənnə sözünün rus dilinə tərcüməsi

  • 1 рыночная цена, такса, курс дня

    Azərbaycanca-rusca lüğət / məzənnə
  • 2 I сущ. экон. 1. такса: 1) точно установленная расценка товаров или размер оплаты за тот или иной труд, услуги. Keçən ilin məzənnəsi ilə по прошлогодней таксе, gündüz məzənnəsi дневная такса; məzənnə qoymaq таксировать, məzənnə qoyulmaq таксироваться, быть таксированным 2) таблица, перечень расценок на что-либо. Cərimə məzənnələri штрафные таксы 2. экон. таксация (установление таксы на что-либо); котировка. Əmtəə məzənnəsi таксация товаров 3. курс: 1) стоимость ценных бумаг, устанавливаемая специальными государственными нормативными актами 2) цена, по которой покупаются или продаются на бирже ценные бумаги, векселя или товары. Qiymətli kağızların məzənnəsi курс ценных бумаг, valyuta məzənnəsi курс валюты, məzənnənin enməsi понижение курса, məzənnənin qalxması повышение курса II прил. 1. таксовый: 1) связанный с установлением таксы. Məzənnə komissiyası таксовая комиссия 2) установленный по таксе. Məzənnə qiyməti таксовая цена 2. курсовой (относящийся к курсу). Qiymətli kağızların məzənnə fərqi курсовая разница ценных бумаг 3. котировочный: 1) относящийся к котировке 2) производящий котировку. Məzənnə komissiyası экон. котировочная комиссия 4. таксационный (относящийся к таксации). Məzənnə siyahısı таксационная опись ◊ məzənnəsi düşüb kimin, nəyin акции пали (о снижении значения, влияния кого-л., чего-л.); məzənnəsi qalxıb kimin, nəyin акции повысились (о повышении влияния кого-л., чего-л.)

    Azərbaycanca-rusca lüğət / məzənnə

məzənnə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. market price; price; yüksək ~də at a high price; ~si düşmək to go* down (in price); ~si qalxmaq to go* up (in price); (valyutanın, qiymətli kağızların) the rate of exchange

    Azərbaycanca-ingiliscə lüğət / məzənnə

məzənnə sözünün fransız dilinə tərcüməsi

məzənnə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. базардин къимет, нирх, эцигнавай къимет (мас); məzənnə qoymaq нирх эцигун, нирх (къимет, мас) тайин авун; məzənnəsi düşmək къимет (мас) агъуз аватун; ужуз хьун; 2. курс (чар пуларин, къиметлу чарарин, облигацийрин биржада хьанвай къимет).

    Azərbaycanca-ləzgicə lüğəti / məzənnə

məzənnə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) şübhə, ehtimal, güman; 2) nırx, qiymət; 3) dəyər (pul haqqında).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Terminlər lüğəti

Əqd bağlananda satıcıları və alıcıları istiqamətləndirməkdən ötrü müəyyən müddət və ya vaxt üçün tələb və təklifi nəzərə almaqla əmtəələrin qiymətini aydınlaşdırmaq və qeydə almaqdır

Terminlər lüğəti

"məzənnə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məzənnə nədir? #məzənnə sözünün mənası #məzənnə nə deməkdir? #məzənnə sözünün izahı #məzənnə sözünün yazılışı #məzənnə necə yazılır? #məzənnə sözünün düzgün yazılışı #məzənnə leksik mənası #məzənnə sözünün sinonimi #məzənnə sözünün yaxın mənalı sözlər #məzənnə sözünün əks mənası #məzənnə sözünün etimologiyası #məzənnə sözünün orfoqrafiyası #məzənnə rusca #məzənnə inglisça #məzənnə fransızca #məzənnə sözünün istifadəsi #sözlük