növbə sözü azərbaycan dilində

növbə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • növbə • 94.5796%
  • Növbə • 5.2999%
  • NÖVBƏ • 0.1205%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Növbə (proqramlaşdırma)
Növbə (ing. Queue) — proqramlaşdırmada verilənlər strukturudur və məlumatların müəyyən qaydada saxlanması və işlənməsi üçün istifadə olunur. Növbə, FIFO (ing. First In, First Out) prinsipi əsasında işləyir, yəni ilk daxil olan element ilk çıxır. Bu struktur adətən, məlumatların ardıcıl emalı tələb olunduğu hallarda istifadə olunur, məsələn, işlərin, proseslərin və ya sorğuların sıralanması üçün. == Növbə əməliyyatları == enqueue — yeni elementin növbəyə əlavə olunması. Bu əməliyyat zamanı element sıranın sonunda yerləşdirilir. dequeue — növbədəki ilk elementin çıxarılması. Bu əməliyyat zamanı ilk daxil olan element növbədən çıxarılır. front (və ya peek) – Növbənin ilk elementinə baxmaq (çıxarmadan).
Üçüncü növbə (film, 1984)
1906 növbədənkənar yay Olimpiya oyunları
1906 Yay Olimpiya Oyunları(22 aprel — 2 may) — Yunanıstanın Afina şəhərində təşkil edilmişdir. 20 ölkədən 7-si qadın olmaqla 877 idmançı yarışmışdır. Yunanıstan 1896-cı ildə həyata keçirilən ilk olimpiadalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək 10-cu il şərəfinə xüsusi bir olimpiada təşkil etməsini tələb etdi. Yunanıstanın bu tələbi qəbul edildi və 1906-cı ildə ara olimpiadalar edilməsinə qərar verildi. Oyunlar üçün rəsmi olaraq "Olimpiya" sözü istifadə edilmir. Çünki 3-cü ilə 4-cü Olimpiya oyunları arasında təşkilat komitəsi reallaşmışdır. Müsabiqələr nəticəsində medal paylandığı halda, bu medallar BOK tərəfindən tanınmır. == Olimpiadanın açılışı == Olimpiadanı I George açmışdır.
Cumanci: Növbəti mərhələ (film, 2019)
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər.
Cumanci: Növbəti səviyyə
Cumanci: Növbəti səviyyə (film, 2019)
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat (Kitab)
Növbədən qayıdanlar
"Növbədən qayıdanlar" — Azərbaycan rəssamı Tahir Salahovun 1957-ci ildə çəkdiyi rəsm əsəri. Əsər Sankt-Peterburqda yerləşən Rusiya İncəsənət Akademiyasında saxlanılır.
Növbəliçiçək termopsis
Növbəliçiçək termopsis (lat. Thermopsis altherniflora) - termopsis cinsinə aid bitki növü.
Növbələnmə
Növbələnmə (ing. interlacing ~ ru. чередование ~ tr.örgülü tarama) – rastr darama displeyində istifadə olunan texnologiya; burada elektron şüası elektron görüntüsünün bütün tək sətirlərini bir keçiddə, bütün cüt sətirləri isə növbəti keçiddə təzələyir. Növbələnmə ekranın fosfor örtüyünün görüntünü qısa zaman müddətində “saxlamaq” xassəsinə, eləcə də insan gözünün işığın parlaqlığındakı sezilməyən fərqlərin ortalanması və ya qatışdırılması bacarığına əsaslanır. Növbələnmədə təkcə ekranda əks etdirilən sətirlərin sayı iki dəfə azalmır, həm də zaman vahidində ekrana verilən (çıxarılan) informasiyanın həcmi iki dəfə azalır. Yəni, əgər ekranın şaquli açılış tezliyi 60 Hs isə, onda ekranın hər bir ayrıca sətri yalnız saniyədə 30 dəfə yenilənir, ancaq, bununla belə, yenilənmə tempinin bir saniyədə 60 dövrə ekvivalentliyi təmin edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ölüm növbəsi (film, 2009)
Ölüm növbəsi — rejissor Fikrət Əliyevin 2009-cu ildə çəkdiyi bədii film. Bakıətrafı kəndlərin birində baş verən dramatik əhvalatın mərkəzində mənəviyyat və əxlaq, məhəbbət və sədaqət məsələləri durur. == Məzmun == Əhvalat Bakıətrafı kəndlərin birində baş verir. Baş qəhrəman Şamil (Şamil Süleymanlı) iki illik yuxudan sonra ayılır. Yuxudan ayılan Şamil dama çıxaraq ruhunun, günahlarının təmizlənməsi üçün tanrıya yalvarır. Onun bu müddətdə kənd sakinlərinin nə iş gördüklərini, hansı gizli niyyətlərinin olduğunu bilməsi, öncəgörmələri bir qism insanı narahat eləyir. Çirkli pullarla zənginləşən Murtuzun (Abbas Qəhrəmanov) yüksək rütbəli məmur Zeynalla (Cahangir Novruzov) işbirliyini bilən Şamil bu barədə onlara xəbərdarlıq eləyir. Onlar Şamili yollarından götürməyi qərara alırlar… == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri : Fikrət Əliyev, İlqar Fəhmi Quruluşçu rejissor: Fikrət Əliyev Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Mais Ağabəyov Bəstəkar : Rauf Əliyev Səs rejissoru : Teymur Kərimov Montaj : Elşad Rəhimov Rejissorlar : Akif Rüstəmov, Ənvər Həsənov Operatorlar : Rəşad Nuriyev, Ceyhun Quliyev Qrim üzrə rəssam : Berta Roqova Geyim üzrə rəssam : Rövşən Mehdiyev Dekor üzrə rəssam : İbrahim Xəlil Əminov, Kamal Qarayev Rejissor assistentləri : Anar Almazov, Pərviz Həsənov, Xədicə Qarayeva Operator assistentləri : Pərvanə Bədəlova, Rauf Qurbanəliyev Qrim üzrə rəssam assistenti : İradə Gülbabayeva Səs operatoru : Zamiq Həsənov Fotoqraf : Babək Quliyev Kompüter qrafikası : Boris Lutsyuk, Sergey Toktarov Çalır : Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Rauf Abdullayev Balabanda ifa edir : Şirzad Fətəliyev Redaktor : İlhamə Kərimova İnzibati qrup : Asif Ağayev, Fəxri İbrahimov, Vüqar Quliyev, Asiman Həsənov, Pərviz Hacıyev Geyim ustaları : Gülxar Sadıqova, Firuzə Balayeva Əlbəsə ustası : Füzuli Ağayev Rəqsin quruluşu : Fərhad Vəliyev (II) Heykəltəraş : Rəcəb Müslümov İşıqçılar : Qabil Yəhyayev, Şəmsi Qədirov Pirotexnik : Vaqif Qurbanov Sürücülər : Bəhmən Qasımov, Gündüz Cəfərov, Əkbər Həsənov Mühasib : Validə Mehdiyeva İcraçı prodüser müavinləri : İlqar Musayev (II), Məhəmməd Ağabəyov İcraçı prodüserlər : Heydər Dadaşov, Məcid Fərdi Ənvər Prodüser : Tofiq Musayev Musiqisindən istifadə edilən bəstəkar : Qara Qarayev === Rollarda === Şamil Süleymanlı — Şamil Qorxmaz Əlili – Əmirqulu Abbas Qəhrəmanov – Murtuz Orxan Hüseynli – Əjdər Sadıq İbrahimov – Əli kişi Mirkamil Kamilov – Laçın Aytac Nuri – Bahar Tofiq Əliyev (II) – balaca Laçın Sevinc Hacıyeva (II) – balaca Bahar Cahangir Novruzov – Zeynal Gülər Nəbiyeva – Mehparə Kəmalə Hüseynova – Sona Sona Mikayılova – Gülsüm Elşən Rüstəmov – Kazım Mirzə Ağabəyli – Məcid Qədirhüseyn İsmayılov – Topal Nağı Elşən Şirəliyev – Sadıq İdris Rüstəmov – Tapdıq Kərim Məmmədov – Kərim kişi Rövşən Kərimduxt – Mədət Şahin Cəfərov – Salman Kübra Dadaşova – Nisə Gülsabah Quliyeva – Məcidin arvadı Elman Rəfiyev – cavan oğlan Nigar Əzimova Rasim Cəfərov Mətləb Abdullayev Məzahir Cəlilov Xavər Əmirxanlı Əliməmməd Maybullayev Musarza Feyziyev H. Şıxəliyev Cəbrayıl Quliyev Lalə Abuzərova Seyidqulu Quliyev Ruzigar Məmmədov Tərlan Babayev (II) Çərkəz Vəliyev Tofiq Musayev İlqar Musayev Asiman Həsənov Asif Ağayev Fəxri İbrahimov === Filmi səsləndirənlər === Yaşar Nuri-Zeynal (Cahangir Novruzov) (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İran İslam Respublikası Dövlət Gömrük İdarəsi Bakı və Kəndlər Birliyi Cəmiyyəti Bilgəh bələdiyyəsi Buzovna İcra nümayəndəliyi Bilgəh İcra nümayəndəliyi Novxanı İcra nümayəndəliyi Bilgəh qəsəbəsi Qəbir daşları istehsalat sahəsi Buzovna qəsəbəsində yerləşən "Şəki" istirahət mərkəzi Bakı kəndləri üzrə FHN Rusiya Federasiyasının "DTV" kompüter dizaynı mərkəzi İran İslam Respublikasının Fərhəng və İrşadi İslami Nazirliyi İran İslam Respublikasının "Bənyadə Sinemale Farabi" şirkəti "Iran Center for Film Industries Inc." şirkəti Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası == Çəkilişə kömək edənlər == Asif Qafarov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten.
İnterlivinq, növbələnmə
İnterlivinq, növbələnmə ( ing. interleaving ~ ru. интерливинг, чередование ~ tr. araya ekleme) – diskdə ardıcıl oxunan sektorların yanaşı yerləşməsinin vacib olmamasına əsaslanan təşkilat forması. Disk (xüsusən, sərt disk), adətən, elə sürətlə fırlanır ki, oxuma-yazma başcığı növbəti sektorun üzərində olanadək kompüter əvvəlki sektorun verilənlərini emal edib qurtara bilmir. Ona görə də ardıcıl oxunan sektorların elə yerləşməsindən istifadə olunur ki, kompüter verilənləri emal etməyə hazır olduqda lazım olan sektorun həmin an başçığın yanında olması ehtimalı böyük olsun. Məsələn, növbələnməsi 1-1 (arada heç bir sektor yoxdur) olan adi ardıcıllığın (1, 2, 3) əvəzinə, sektorları 3-1 növbələnməsi ilə (1, 12, 7, 2, 13, 8, 3, ...) yerləşdirmək olar (bu zaman ardıcıl sektorların arasında iki başqa sektor olur). Növbələnmə lazım olan sektorun orta gözləmə zamanını azaltmaqla, verilənlərə erişməni sürətləndirir. Sektorların növbələnməsi diski formatlayan utilit vasitəsilə, diskin verilmiş kompüterdə istifadəsi üçün təşkil olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İş Növbəsi (1975)
İş növbəsi (film, 1975)
Azərbaycanda növbəti prezident seçkiləri
Azərbaycanda növbəti prezident seçkiləri — Azərbaycanda ən gec 2031-ci ildə keçiriləcəyi gözlənilən prezident seçkiləri. == Zəmin == === Növbədənkar seçkilər === Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçirilmiş, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 92,12% səs toplayaraq öz seçki rekordunu yeniləmiş, 5-ci dəfə və 7 illiyinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Cumanci: Növbəti mərhələ
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri
Azərbaycanda növbəti parlament seçkiləri
Türkiyədə növbəti ümumi seçkilər
Ukraynada növbəti prezident seçkiləri
Ukraynada prezident seçkiləri hazırkı prezidentin səlahiyyət müddətinin beşinci ilinin mart ayının son bazar günü keçirilməsini şərtləndirən konstitusiyaya əsasən, 31 mart 2024-cü ildə keçirilməlidir. Lakin Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi ilə əlaqədar Ukrayna hökuməti hərbi vəziyyətin qüvvədə olduğu zaman prezident seçkilərinin keçirilməsinə konstitusiyaya görə hərbi vəziyyət tətbiq edib. Hərbi vəziyyət hələ də davam edərsə, seçkilər təxirə salına və yenidən təyin oluna bilər. == Seçki sistemi == Ukrayna prezidenti iki turlu sistemlə beş il müddətinə seçilir. Birinci turda heç bir namizəd mütləq səs çoxluğu əldə etməzsə, birinci turdan üç həftə sonra ikinci turun keçiriləcəyi gözlənilir. Konstitusiyaya görə, prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi halda, yeni prezidentin seçilməsi əvvəlki prezident vəzifəsini tərk etdikdən sonra 90 gün ərzində keçirilməlidir. Konstitusiya prezidentlərin iki müddət səlahiyyət müddətini məhdudlaşdırır.
Kitab klubu: Növbəti fəsil
Kitab klubu: növbəti fəsil (ing. Book Club 2 – The Next Chapter) — Bill Holdermanın rejissorluğu ilə çəkilmiş bədii filmdir. Filmdə əsas rolları Ceyn Fond, Dayan Kiton, Meri Stinberqen və Endi Qarsiya ifa etmişdirlər. Film Kitab klubu filminin davamıdır. Filmin premyerası 12 may 2023-cü ildə baş tutmuşdur. == Süjet xətti == Dörd ən yaxşı dost əvvəllər heç vaxt vermədikləri subaylığın son gecəsi ziyafəti üçün kitab klubunu İtaliyaya aparırlar və burada Vivianın Arturla olacaq toyuna hazırlaşmağa başlayırıar. Baş qəhrəmanlar Paulo Koelyonun “Kimyagər” romanını oxuyurlar. İşlər plana görə getməyəndə və keçmişin sirləri üzə çıxmağa başladıqdan sonra, istirahət üçün nəzərdə tutduqları qaçış bütün ölkə boyu ömür boyu bir dəfə baş verəcək macəraya çevrilir.
Kitab klubu: növbəti fəsil
Kitab klubu: növbəti fəsil (ing. Book Club 2 – The Next Chapter) — Bill Holdermanın rejissorluğu ilə çəkilmiş bədii filmdir. Filmdə əsas rolları Ceyn Fond, Dayan Kiton, Meri Stinberqen və Endi Qarsiya ifa etmişdirlər. Film Kitab klubu filminin davamıdır. Filmin premyerası 12 may 2023-cü ildə baş tutmuşdur. == Süjet xətti == Dörd ən yaxşı dost əvvəllər heç vaxt vermədikləri subaylığın son gecəsi ziyafəti üçün kitab klubunu İtaliyaya aparırlar və burada Vivianın Arturla olacaq toyuna hazırlaşmağa başlayırıar. Baş qəhrəmanlar Paulo Koelyonun “Kimyagər” romanını oxuyurlar. İşlər plana görə getməyəndə və keçmişin sirləri üzə çıxmağa başladıqdan sonra, istirahət üçün nəzərdə tutduqları qaçış bütün ölkə boyu ömür boyu bir dəfə baş verəcək macəraya çevrilir.

növbə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Hər hansı bir işin icrasında ardıcıllıq, sıra qaydası. Məsələləri növbəyə qoymaq. Növbəyə riayət etmək. □ Birinci (ilk) növbədə – hər şeydən əvvəl, hamıdan qabaq. Tresti kəsirdən qurtarmaq üçün birinci növbədə müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn. 2. Bu qaydada (bir-birinin ardınca) duraraq bir şey gözləyən adamlar sırası. Bilet üçün növbə. Kino kassasında böyük növbə var. – Ağa, səbr elə, hələ vaxta var və bizə növbə yetişməmiş bilet verməzlər. Ə.Haqverdiyev. □ Növbəyə durmaq – bir şey üçün biri digərinin arxasında cərgə ilə durmaq. Şairləri salamlamaq üçün qızlar, gəlinlər birbirinin dalınca cərgə ilə növbəyə durmuşdu. M.S.Ordubadi. // Bu sırada tutulan yer. Növbəsini başqasına vermək. Növbədən çıxmaq. Növbə kimindir? 3. İşləyən, oxuyan, istirahət edən bir qrup adamın digər qrupu əvəz etdiyi zaman, vaxt. Onlardan Sitarə birinci növbədə, Mehparə ikinci növbədə məktəbə gedirdi. S.Rəhimov. [Dostlar] indicə növbədən çıxıb istirahət etməyə gedirdilər. M.Rzaquluzadə. 4. Keşik, qarovul. Növbə çəkmək. Növbədə olmaq. – Böyük Vətən müharibəsi günlərində kəndin cavanları [Qaratəpədə] növbə çəkib Arazın o tayını gözlədilər. Ə.Vəliyev. [Fərhad:] Bizim qoca bir həftədir hər gecə dənizdə növbə çəkir. Ə.Məmmədxanlı. 5. Hər hansı bir xəstəliyin müəyyən vaxtlarda özünü göstərməsi və ya güclənməsi. 6. “İlə” qoşması ilə yenə sıra, ardıcıllıq bildirir. Növbə ilə içəri girmək. Növbə ilə şagirdləri dindirmək. – Şəhərdə bir neçə şirin quyu vardı ki, buna da keşikçi qoyulmuşdu, növbə ilə xalqa su paylanırdı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / növbə

növbə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 NÖVBƏ/NÖVBƏT [Vəli:] Getməliyik, növbə çatıb Azərbaycana (M.İbrahimov); Əbülhəsən bəy: ..Xoşu xanımla Hüsni xanımın siğə növbəti hələ yetişməmişdi (M.S.Ordubadi); NOBAT Zeynal: Biri deyir, su nabatımdır, gələ bilmənəm, biri deyir dəyirmana dən aparacağam (C.Məmmədquluzadə); SIRA.

    Azərbaycan dilinin sinonimlər lüğəti / növbə

növbə sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 NÖVBƏ I is. [ ər. ] Sıra. Növbə anasına çatanda hər ikisi bir anlığa duruxsundu (M.İbrahimov). NÖVBƏ II is. [ ər. ] Zaman, vaxt. Onun bu görkəmi öz növbəsində Hacı Əliyə pis təsir edirdi (M.İbrahimov).

    Azərbaycan dilinin omonimlər lüğəti / növbə

növbə sözünün rus dilinə tərcüməsi

  • 1 1. очередь, смена, дежурство; 2. мед. приступ, припадок;

    Azərbaycanca-rusca lüğət / növbə
  • 2 I сущ. 1. очередь: 1) определённый порядок в следовании чего-л.; очерёдность. Növbəyə riayət etmək соблюдать очередь, növbə üzrə по очереди, növbədə olmaq быть на очереди (в списке), növbədən çıxartmaq исключить из очереди 2) отдельная часть в порядке следования, выполнения чего-л. Tikintinin birinci növbəsi первая очередь строительства, Bakı metropoliteninin ikinci növbəsi istifadəyə verilmişdir сдана в эксплуатацию вторая очередь Бакинского метрополитена 3) группа людей, вставших один за другим для получения или совершения чего-л. Bilet üçün növbəyə durmaq встать (стать) в очередь за билетом, növbədə birinci olmaq быть первым в очереди 4) чьё-л. место в какой-л. очерёдности, чьё-л. право на что-л. согласно очерёдности. Növbə tutmaq занять очередь, indi mənim növbəmdir теперь моя очередь 2. смена: 1) промежуток времени, по истечении которого одна группа людей (работающих, учащихся, отдыхающих) сменяется другой. İki növbədə işləmək работать в две смены, ikinci növbədə oxumaq учиться во вторую смену, növbə ərzində за смену, növbənin axırı конец смены 2) группа людей (работающих, учащихся, отдыхающих), сменяющих другую такую же группу, по истечении определённого промежутка времени. Birinci növbə işə başladı первая смена приступила к работе, gündüz növbəsi işini qurtarıb дневная смена закончила работу, növbə rəisi начальник смены 3. морск. вахта: 1) особый вид дежурства на судне для обеспечения его безопасности, требующий безотлучного нахождения на каком-л. посту 2) промежуток времени, в продолжение которого вахтенную службу несёт одна смена. Gecə növbəsi ночная вахта 3) перен. исполненная энтузиазма работа в ознаменование чего-л. или имеющая особую цель. Əmək növbəsi трудовая вахта, növbə çəkmək нести вахту 4. разг. дежурство. Növbədən qayıtmaq возвращаться с дежурства, növbəni qəbul etmək принять дежурство II прил. сменный: 1) работающий посменно. Növbə ustası сменный мастер, növbə fəhləsi сменный рабочий, növbə mühəndisi сменный инженер 2) выполняемый за смену (за определённый промежуток времени). Növbə tapşırığı сменное задание, növbə planı сменный план; növbə ilə: 1. поочерёдно, по очереди; 2. посменно. Növbə ilə işləmək работать посменно, növbə ilə yatmaq спать посменно ◊ birinci növbədə в первую очередь, öz növbəsində в свою очередь, növbəyə salmaq ставить, поставить на очередь (включить в список лиц для получения чего-л. в порядке очерёдности), növbəyə durmaq становиться, стать на очередь, в очередь; növbədə durmaq стоять на очереди, в очереди

    Azərbaycanca-rusca lüğət / növbə

növbə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. turn; queue; amer. line; ~ yə dayanmaq to stand* in a queue (for); öz ~sində in one’s turn; ~ ilə in turn; öz növbəsini gözləmək to wait one’s turn; çörək ~si bread-line; 2. (hərəkət) changing, change; replacement; 3. (zavodda və s.) shift; axşam, gündüz və s. ~si evening, day, etc. shift; 4. duty; ~də olmaq to be* on duty; 5. (xəstənin yanında) watch(ing); gecə ~si night-watch, night-duty; (şəfqət bacısı) night nursing

    Azərbaycanca-ingiliscə lüğət / növbə

növbə sözünün fransız dilinə tərcüməsi

  • 1 is. tour m ; queue f ; öz ~sində à son tour ; ~yə durmaq faire la queue ; ~ ilə chacun à son tour, à tour de rôle ; öz ~sini gözləmək attendre son tour ; service m ; gecə ~si service de nuit ; ~də olmaq être de service ; être de garde

    Azərbaycanca-fransızca lüğət / növbə

növbə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. нубат; birinci (ilk) növbədə сад лагьай (эвелимжи, сифте) нубатда, виридалай вилик, сифтени-сифте; növbə ilə нубатдалди; 2. нубат, учир, нупа (сад-садан гуьгъуьнал алаз акъвазнавай инсанрин жерге; гьа жергеда кьунвай чка); növbəyə durmaq нубатда акъвазун; 3. къаравул; növbə çəkmək къаравул чӀугун.

    Azərbaycanca-ləzgicə lüğəti / növbə

növbə sözünün türk dilinə tərcüməsi

"növbə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#növbə nədir? #növbə sözünün mənası #növbə nə deməkdir? #növbə sözünün izahı #növbə sözünün yazılışı #növbə necə yazılır? #növbə sözünün düzgün yazılışı #növbə leksik mənası #növbə sözünün sinonimi #növbə sözünün yaxın mənalı sözlər #növbə sözünün əks mənası #növbə sözünün etimologiyası #növbə sözünün orfoqrafiyası #növbə rusca #növbə inglisça #növbə fransızca #növbə sözünün istifadəsi #sözlük