Nüsrətəddin Arslan Aba
Nüsrətəddin Arslan Aba Xassbəy (?-1174) — Əmir Ağsunqurun oğlu, Marağanın, sonra Azərbaycanın hakimi.
Nüsrətəddin Xassbəy Arslan Aba Ağsonqurlu hökmdarı [1133–1174], Marağa hakimi Ağsonqurun oğludur. 1161/62-ci ildə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi.
Eldənizlilərin tabeliyindən qurtarmaq maqsədi ilə Nüsrətəddin Xassbəy mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və atabəyi olduqu Səlcuq şahzadəsi Mahmudun sultan elan olunmasına çalışırdı. Məhz buna görə də Marağaya hücuma keçən Eldənizlilər Nüsrətəddin Xassbəyi hakimiyyətdən uzaqlaşdırıb, yerinə oğlu Əlaəddin Körpə Arslanı təyin etdilər.
Nüsrətəddin Arslan Aba 1133-cü ildən 1174-cü ilədək Azərbaycanın hakimi olmuşdu.
Нүсрәтәддин Хассбәј // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.