nadan sözü azərbaycan dilində

nadan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nadan • 84.9624%
  • Nadan • 13.5338%
  • NADAN • 1.5038%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nadanlıq (əsər)
Nadanlıq (əsər) — Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır. == Məzmunu == "Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi. Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••••••••••••••••• 3.15
2007 ••• 0.42
2008 •• 0.24
2010 •• 0.18
2011 ••• 0.34
2013 •••• 0.58
2014 •• 0.17
2015 ••• 0.51
2016 •• 0.17
2017 0.16
2018 0.15

nadan sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] 1. Cahil, avam, biliksiz, geridə qalmış, məlumatsız. Nadan adam. Nadanın biridir. – Ağıllı düşmən nadan dostdan yaxşıdır. (Ata. sözü). Ey nadan mollaların sözünə qulaq asıb, məndən bir neçə günlüyə üz çevirən camaat! C.Məmmədquluzadə. // İs. mənasında. Sənə Vaqif kimi dərd bilən gərək; Layiq görməm hər nadanı mən sənə. M.P.Vaqif. Mən Zakirəm, budur sözüm, söhbətim; Nadan ilə hərgiz olmaz ülfətim. Q.Zakir. Fikrimi verməm əbəs, siz kibi nadanlara; Sövq edəsiz oğlumu bir para hədyanlara. M.Ə.Sabir. 2. Xəbərsiz, bixəbər, qafil. [Həcər:] Özünü tez yetir, ay nadan Nəbi! Tüfəngi havada oynadan Nəbi! “Qaçaq Nəbi”. 3. Öz həddini bilməyən; qaba, kobud, qanmaz. Nadan adam. Nadan (z.) hərəkət etmək.

    Azərbaycan dilinin izahlı lüğəti / nadan

nadan sözünün etimologiyası

  • 1 Fars sözüdür, na inkar bildirir (naşükür və s.), dan isə farsca danəstən (bilmək) feilinin qrammatik əsasıdır (Bəhlul Danəndə), nadan “biliksiz” (avam) mənasını əks etdirir. Nakəs isə “yaramaz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / nadan

nadan sözünün sinonimləri (yaxın mənalı sözlər)

nadan sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 NADAN – AĞILLI Ağıllı düşmən nadan dostdan yaxşıdır (Ata. sözü). NADAN – MƏDƏNİ Nadan atadan qız nə tərbiyə götürə bilər (S.S.Axundov); O, mədəni bir ailədə boy atmışdı (“Azərbaycan”).

    Azərbaycan dilinin antonimlər lüğəti / nadan

nadan sözünün rus dilinə tərcüməsi

  • 1 несведущий, невежда, невежественный, непросвещенный, несознательный, неуч, темный

    Azərbaycanca-rusca lüğət / nadan
  • 2 I прил. 1. невежественный, необразованный, малосведущий, несведущий. Nadan adam невежественный человек 2. пребывающий в неведении 3. грубый, невежливый, невоспитанный II сущ. 1. невежда (необразованный, малосведущий человек); неуч 2. невежа (не знающий приличий, грубый, невоспитанный человек)

    Azərbaycanca-rusca lüğət / nadan

nadan sözünün inglis dilinə tərcüməsi

nadan sözünün fransız dilinə tərcüməsi

nadan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. 1. авам, савадсуз, гуьгъуьна амай, кьулухъ галамай, малуматсуз; 2. хабарсуз, бейхабар, гъафил; 3. гьадди течир; векъи, кубут, къанмаз.

    Azərbaycanca-ləzgicə lüğəti / nadan

nadan sözünün türk dilinə tərcüməsi

nadan sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) cahil, qanmaz; 2) biliksiz.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"nadan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nadan nədir? #nadan sözünün mənası #nadan nə deməkdir? #nadan sözünün izahı #nadan sözünün yazılışı #nadan necə yazılır? #nadan sözünün düzgün yazılışı #nadan leksik mənası #nadan sözünün sinonimi #nadan sözünün yaxın mənalı sözlər #nadan sözünün əks mənası #nadan sözünün etimologiyası #nadan sözünün orfoqrafiyası #nadan rusca #nadan inglisça #nadan fransızca #nadan sözünün istifadəsi #sözlük