nailiyyətlərin sözü azərbaycan dilində

nailiyyətlərin

Yazılış

  • nailiyyətlərin • 99.4764%
  • Nailiyyətlərin • 0.5236%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biologiya və Tibbin Nailiyyətlərinin Tətbiqi ilə Əlaqədar İnsan Hüququ və Ləyaqətinin Müdafiəsi haqqında Konvensiya
Biologiya və Tibbin Nailiyyətlərinin Tətbiqi ilə Əlaqədar İnsan Hüququ və Ləyaqətinin Müdafiəsi haqqında Konvensiya (ing. Convention for the Protection of Human Rights and Dignity of the Human Being with regard to the Application of Biology and Medicine) — bioetika və tibbi tədqiqatlar sahəsində hüquqi münasibətləri tənzimləyən, beynəlxalq səviyyədə yeganə hüquqi məcburi sənəd olan Avropa Şurası tərəfindən 1997-ci ildə İspaniyanın Oviedo şəhərində qəbul edilmişdir. Konvensiya bütün insanların həyat, ləyaqət və şəxsiyyətinin qorunmasına və heç bir ayrı-seçkilik edilmədən, biologiya və tibbin tətbiqinə dair hər kəsin hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsinə zəmanət vermək məqsədilə çərçivə formalaşdıran konvensiyadır. Gündəlik tibbi praktikada tətbiq olunan əsas prinsipləri müəyyən edən bu sənəd xəstə hüquqlarına dair Avropa razılaşmasıdır və eyni zamanda, biotibbi tədqiqatlar, genetika, orqan və toxumaların implantasiyası mövzularını da əhatə edir. Konvensiyanın müddəaları konkret mövzular üzrə 4 Əlavə Protokolla da tamamlanmışdır: “İnsanın klonlanlaşdırılmasının qadağan edilməsi haqqında” Protokol, “Transplantasiya haqqında” Protokol, “Biotibbi Tədqiqat haqqında” Protokol, “Sağlamlıq məqsədləri üçün genetik test haqqında” Protokol. Avropa Şurasının fəal üzvü olan Azərbaycan Respublikasının qlobal səhiyyə standartlarına doğru irəliləmək, xəstəliklərin profilaktikasını aparmaq və onları aradan qaldırmaq, səhiyyə sistemini və tibb sənayesini inkişaf etdirmək, səhiyyə müəssisələrinin təchizatını və texniki təminatını yaxşılaşdırmaq, həyatın keyfiyyətini artırmaq, insanların sağlamlıq hüququnu təmin etmək sahəsində göstərdiyi cəhdlər, son dövrlərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı aparılmaqda olan islahatlar Oviedo Konvensiyasının prinsip və standartlarının təbliğini və tətbiqini aktuallaşdırır. == Konvensiyanın tərəfləri == Oviedo Konvensiyasını 35 ölkə imzaladı, lakin bu ölkələrdən yalnız 29-u Konvensiyanı təsdiqlədi. Bu, yalnız 29 ölkənin sənədin müddəalarını milli qanunvericiliyində tətbiq etdiyi anlamına gəlir. Əlavə olaraq, bu təsdiqləyən ölkələrdən altısının müəyyən müddəalara bağlılıq dərəcələrini məhdudlaşdıran şərtləri vardır. İngiltərə və Almaniyanın konvensiyanı imzalamaması və ya təsdiqləməməsi diqqət çəkir.

"nailiyyətlərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nailiyyətlərin nədir? #nailiyyətlərin sözünün mənası #nailiyyətlərin nə deməkdir? #nailiyyətlərin sözünün izahı #nailiyyətlərin sözünün yazılışı #nailiyyətlərin necə yazılır? #nailiyyətlərin sözünün düzgün yazılışı #nailiyyətlərin leksik mənası #nailiyyətlərin sözünün sinonimi #nailiyyətlərin sözünün yaxın mənalı sözlər #nailiyyətlərin sözünün əks mənası #nailiyyətlərin sözünün etimologiyası #nailiyyətlərin sözünün orfoqrafiyası #nailiyyətlərin rusca #nailiyyətlərin inglisça #nailiyyətlərin fransızca #nailiyyətlərin sözünün istifadəsi #sözlük