namünasib sözü azərbaycan dilində

namünasib

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • namünasib • 91.6667%
  • Namünasib • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2004 ••••••••• 0.34
2007 •••••• 0.21
2011 ••••• 0.17
2012 ••••••• 0.26
2019 •••• 0.14

namünasib sözünün leksik mənası və izahı

  • 1 sif. [fars. na… və ər. münasib] 1. Münasib olmayan, qeyri-münasib, yersiz. …İlin belə bir namünasib fəslinə baxmayaraq, təbiblərin əmrinə görə azarlını Tiflisə göndərməyə məcbur olduq. C.Məmmədquluzadə. Şərəfoğlunun belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı. M.İbrahimov. // Ləyaqətsiz, layiq olmayan; pis, yaraşmayan. Namünasib yerə gedib-gəlməyə; Namusu, qeyrəti, arı gərəkdir. Q.Zakir. 2. Ədəbsiz, yaramaz, nalayiq. Namünasib hərəkət. Namünasib söz. – [Vəzir:] Əyərçi namünasib təklifdir, amma müzayiqə yoxdur. M.F.Axundzadə. [Axund:] Özünüz, şükür, durbin adamsınız. Beşinci ildən, iğtişaşlardan sonra camaat arasında namərbut, namünasib hərəkətlər artıb. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / namünasib

namünasib sözünün sinonimləri (yaxın mənalı sözlər)

namünasib sözünün rus dilinə tərcüməsi

  • 1 1. неуместный; 2. неуместно; некстати; ни к селу, ни к городу; с места в карьер;

    Azərbaycanca-rusca lüğət / namünasib
  • 2 прил. 1. неподходящий. Namünəsib vaxt неподходящее время, namünəsib şəraitdə в неподходящих условиях, namünəsib yer неподходящее место 2. неуместный. Namünəsib söz неуместное слово, namünəsib hərəkət неуместный поступок

    Azərbaycanca-rusca lüğət / namünasib

namünasib sözünün inglis dilinə tərcüməsi

namünasib sözünün fransız dilinə tərcüməsi

namünasib sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. na... və ər. münasib] прил. 1. кутуг тавур, (чка) алачир; // лайих тушир, пис; 2. эдебсуз, виже текъвер, татугай, налайих (мес. гаф, гьерекат).

    Azərbaycanca-ləzgicə lüğəti / namünasib

namünasib sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. və ə. 1) münasib olmayan, uyğun olmayan; 2) yersiz, pis.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"namünasib" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#namünasib nədir? #namünasib sözünün mənası #namünasib nə deməkdir? #namünasib sözünün izahı #namünasib sözünün yazılışı #namünasib necə yazılır? #namünasib sözünün düzgün yazılışı #namünasib leksik mənası #namünasib sözünün sinonimi #namünasib sözünün yaxın mənalı sözlər #namünasib sözünün əks mənası #namünasib sözünün etimologiyası #namünasib sözünün orfoqrafiyası #namünasib rusca #namünasib inglisça #namünasib fransızca #namünasib sözünün istifadəsi #sözlük