namə sözü azərbaycan dilində

namə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • namə • 87.6033%
  • NAMƏ • 7.4380%
  • Namə • 4.9587%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. == Tərtibatı == Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. == Tarixi == Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Doqquz naməlum
"Doqquz naməlum" cəmiyyəti — məşhur gizli təşkilat. Bu qardaşlıq cəmiyyəti o qədər gizli fəaliyyət göstərib ki, tarixçilər arasında indi də belə bir cəmiyyətin olub-olmaması haqqında fikir ayrılıqları mövcuddur. == İlk məlumatlar == "Doqquz naməlum" cəmiyyəti haqqında ilk məlumatlar eradan əvvəl III əsrə aiddir və hind çarı Aşokanın hakimiyyəti dövrünə təsadüf edir. Çar Çandraquptanın nəvəsi olan çar Aşokanın Hindistanın tarixində çox böyük və əhəmiyyətli rolu var. Aşoka da babası kimi Hindistanın birləşdirilməsi siyasətini davam etdirir və Cənubi Asiyanın əhəmiyyətli bir hissəsini Hindistana birləşdirir. Hakimiyyətə gəldikdən səkkiz il sonra Aşoka daha bir qonşu dövlətə, Kəlküttə və Mədrəs arasında yerləşən Kalinqaya müharibə elan edir və bu müharibə Hindistanın tarixinə ən qanlı müharibələrdən biri kimi düşür. Müharibə zamanı 150 min nəfər insan əsir düşür, 100 mindən çox insan isə həlak olur. Kalinqanın Hindistana birləşdirilməsi həm ticari-iqtisadi baxımdan, həm də imperiyanın güclənməsi nöqteyi-nəzərindən çox strateji əhəmiyyət daşıyırdı. Lakin müharibənin belə qanlı və dəhşətli sonluğu Aşokanın özünü də çox məyus edir və o qərara gəlir ki, bundan sonra torpaqların birləşdirilməsi qılınc gücünə yox, insanların qəlblərini fəth etməklə baş tutmalıdır. Bu müharibə Aşokanın buddizmi qəbul etməsinə və ölkədə yayılıb möhkəmlənməsinə səbəb oldu.
Naib Namətov
Naib Firqət oğlu Namətov (11 fevral 1998; Kotanarx, Ağdaş rayonu — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Naib Namətov Firqət oğlu 1998-ci il 11 fevral tarixində Ağdaşın Kotanarx kəndində anadan olub. 2005-2016-cı illərdə Bakı şəhər Nərimanov Rayon 47 nömrəli tam orta məktəbin Rus dili bölməsində təhsil almışdır. 2016-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirmişdir. == Hərbi xidməti == 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Naib Namətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə olub. Naib Namətov oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdaş rayonu Qarağan Sədi kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Naib Namətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Naib Namətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Naməlum adam (film, 2011)
Naməlum adam (ing. Unknown) — rejissoru Cam Kollet-Serra olan döyüş triller filmi. ABŞ-də 7 yanvar 2011-ci ildə efirə buraxılmışdır. Filmin süjet xətti Didier van Cauwelaertin Out of My Head kitabından ilhamlanıb. Film dörd günlük komadan ayılan və öz arvadı da daxil olmaqla heç kimin onu tanımadığı və başqa bir şəxs olduğu iddia ediləndən sonra öz kimliyini sübut etməyə çalışan bir professor ətrafında cərəyan edir. 18 fevral 2011-ci ildə ABŞ-də nümayiş etdirilən film tənqidçilərdən qarışıq rəylər almışdır və 30 milyon dollarlıq büdcəyə qarşı 136 milyon dollar gəlir əldə etmişdir. == Məzmun == Dr. Martin Harris (Liam Neeson) və həyat yoldaşı Liz (January Jones) biotexnoloji sammit üçün Berlinə gəlirlər. Onlar hotelə çatdıqdan dərhal sonra Harris portfelini hava limanında unutduğunu anlayır və onu götürmək üçün taksiyə minir. Taksinin sürücüsü Gina (Diane Kruger) adlı qadındır.
Naməlum cənub torpaq
Naməlum cənub torpaq (lat. Terra Australis Incognita) — XV-XVIII əsrə aid dünya xəritələrində cənub yarımkürəsində təsvir edilən nəzəri materik. Hər xəritəçəkənin öz istəyinə görə təsvir etdiyi bu ərazidə dağ, meşə və çaylar da təsvir olunurdu. Bu materikin mövcudluğu barədə fərziyyələr belə bir yanlış təsəvvürə əsaslanırdı ki, Şimal yarımkürəsindəki geniş quru ərazilərinin qarşılığı kimi Cənub yarımkürəsində də böyük quru sahəsi olmalıdır, əks təqdirdə Yer baş-ayaq çevrilər. Sonradan Antarktida kəşf olunsa da, həmin dövrdə onun barəsində heç nə məlum deyildi, həm də Antarktidanın ölçüləri cənub torpağı barədə fərziyyələrdə irəli sürüləndən çox kiçikdir. == Terminin tarixi == Bu terminin yaradıcısı məşhur yunan mütəfəkkiri Aristoteldir.Naməlum cənub torpağın xəritədə təsviri Eratosfen tərəfindən qeyd edilmişdir. Bu xəritədə Naməlum cənub torpaq Afrikanın qurtaracağı kimi təsvir olunmuşdu. Naməlum cənub torpağın mövcud olması barəsində dəqiq məlumat yoxdur.
Naməlum dahi (film, 2019)
== Sloqan == "Biveclər haqqındakı miflər həqiqi istedadların adsız qəbirləri üzərində qurulur". Mübariz Nağıyev == Məzmun == Film ABŞ yazıçısı Vilyan Tennin "Mornielle Metawayin kəşf olunması" hekayəsinin motivləri əsasında təbdil edilmişdir. Futuristik antiutopiya komediyası olan film istedadsız bir rəssamın gələcəkdəki şöhrəti haqda maraqlı detalları əks etdirir.
Naməlum torpaq (film, 1992)
== Məzmun == Bədii-publisistik sənədli filmdə Azərbaycan xalqının tarixi kökləri araşdırılır, sübut olunur ki, indiki Azərbaycan Respublikasının ərazisi azərbaycanlıların əbədi vətənidir və Azərbaycan xalqının qədim tarixi olduğu kimi, qədim və zəngin mədəniyyəti də vardır. Bu kino əsəri Azərbaycan tarixinin əlifbası hesab edilə bilər. Film ilk insan məskənlərindən ta bu günə kimi Azərbaycan xalqının keçdiyi böyük yolun çox sadə tarixidir. == Festivallar və mükafatlar == 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Leyla Səfərova priz və diploma layiq görülmüşdür.
Naməlum uçan obyekt
Uçan naməlum obyektlər (abbr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Naməlum üsyançı
Naməlum üsyançı və ya Tank Man — 1989-cu ildə Tyananmen meydanında iğtişaş zamanı yarım saat ərzində tank sütununun qarşısını tək kəsən insanın şərti adıdır. Onun ən tanınmış fotosu Ceff Uaydner tərəfindən "Pekin" mehmanxanasının 6-cı mərtəbəsindən çəkilmişdir. Fotoda Type-59 tanklarının sütunu qarşısında silahsız dayanmış adam göstərilir.
Naməlum şəxs zəng edəndə (film, 2006)
Naməlum şəxs zəng edəndə (ing. When a Stranger Calls) — 2006-cı il ABŞ istehsalı olan qorxu kriminal janrlı film. == Məzmun == Lisey tələbəsi Cil Conson hər yerdən uzaq bir evdə uşağa baxmaqla məşğuldur. Iakin bir gün bir nəfər zəng edərək ona uşaqları yoxlamağı xəbərdar edəndə Cil narahat olmağa başlayır. Cil zəngi yoxlayır və zəngin evdən edildiyini öyrənəndə dəhşətə düşür. Əgər o evdən sağ çıxmaq istəyirsə bütün gücünü toplamalıdır.
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Naməlum əsgər məzarı
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Naməniya qəzası
Nömaniyyə qəzası (ərəb. قضاء النعمانية‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Nömaniyyə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.116 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Nömaniyyə nahiyyəsi (ərəbcə: ناحية النعمانية) və Ahrər nahiyyəsi (ərəbcə: ناحية الاحرار). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 107.618 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Nömaniyyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 11,78%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.
Namərdqala
QIZ QALASI – digər adları: Mamır Qalası, Çarek Qalası Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndi yaxınlığında yerləşən orta əsrlərə aid müdafiə tikilisi. == Haqqında == Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Namərd qala yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir. Hazırda Namərdqalanın nə vaxt və hansı tarixi zərurətə görə tikilməsi məlum deyil. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII əsr – Eldənizlər dövrünün əsəri sayırlar.Vardan Araveltsinin verdiyi məlumatlara görə, Çarek Qalası 1204-cü ildə İvane Zakaryanın hakimiyətinə keçmişdir.Kirakos Gəncəlinin qeydlərinə görə 1220-ci ildə, monqol-tatar yürüşlərindən qaçan alban katolikosu İohan (1195–1235) Çarek qalasına sığınmış və kilsə mərkəzini buraya daşımışdır.1224-cü ildə isə Ğatağa Noyin artıq bölgədə monqol-tatar hakimiyətini bərqərar edir. == Mövqeyi == Qalanın yerləşdiyi ərazi Söyüdlü kəndindən təxminən 7–10 km məsafədəki sıx meşəli-dağlı bölgədir. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Yaxınlaşdıqca zirvədəki memarlıq kütlələri yavaş-yavaş aydınlaşır. Qarşıda əzəmətli bir qala bu əlçatmaz yerlərdə insan əlinin möcüzəsi kimi yüksəlir. Qala əldən -ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilmişdir. Dağ qalalarının çoxunda olduğu kimi bu qalalı dağ da silsilədə ada vəziyyəti tutur.
Uçan naməlum obyekt
Uçan naməlum obyektlər (abbr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Naməlum Zövqlər
"Unknown Pleasures" İngilis rok qrupu Joy Division-un 15 iyun 1979-cu ildə Factory Records səsyazma studiyasında buraxılmış debüt studiya albomudur. Üz qapağı rəssam Piter Savil tərəfindən radio pulsar siqnallarının təsvir planından istifadə etməklə yaradılmışdır. Bu, solist Yan Körtisin sağ olarkən çıxan yeganə Joy Division albomudur. Factory Records Unknown Pleasures -dən heç bir sinql yayımlamadı, baxmayaraq ki qrupun alboma daxil olmayan debüt sinqlı "Transmission" uğur qazanmışdır. Bu albom post-punk janrının ən önəmli albomu kimi tarixə yazıldı, və NME, AllMusic, Select, Rolling Stone və Spin kimi nəşrlər tərəfindən bütün zamanların ən yaxşı albomlarından biri olaraq seçildi. == Tarixi == Joy Division 1976-cı ildə Salfordda pank rokun ilk dalğası zamanı yarandı. Bernard Samner və Piter Huk 4 iyun 1976-cı ildə Mançester Kiçik Sərbəst Ticarət Zalında Sex Pistols qrupunun şousunda ayrı-ayrılıqda iştirak etmişdilər və hər ikisi qrupun sadəliyi, sürəti və aqressivliyini bəyənmiş və sevmişdilər. Zərb alətində dostları Terri Meyson, gitarada Samner və basda Huk ilə qrup yaradaraq, vokalisti tapmaq üçün qəzetlərdə reklam yerləşdirdilər. Samner və Huk tanışları olan Yan Körtisə müraciət edərək qrupa dəvət etdilər. Qrup bir neçə dənə təbilçi dəyişdikdən sonra Stiven Morris 1977-ci ilin avqustunda, o vaxt Varşava adlanan qrupa, qoşuldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2008 •••••••••••••• 0.24
2010 •••••••••••••••••••• 0.36
2012 ••••• 0.09

namə sözünün leksik mənası və izahı

  • 1 [fars.] İsimlərə qoşularaq, onlardan göstərdiyi şeyə dair kitab, risalə, vərəqə, sənəd və s. mənası bildirən sözlər düzəldilir; məs.: “Şahnamə”, “Dərbəndnamə”, salnamə, əhdnamə, şəhadətnamə, etibarnamə, müraciətnamə və s.

    Azərbaycan dilinin izahlı lüğəti / namə
  • 2 is. [fars.] Məktub, kağız. Bir namə yazım, badi-səba yarə yetirsin. Heyran xanım. Vaqifin Vidadiyə və Vidadinin Vaqifə yazdıqları namələri möhtərəm oxucular mütaliə buyursalar sözümüzü təsdiq edərlər. F.Köçərli. [Vaqif:] Oxu bu naməni, əzizim Eldar; Qoy mənim dərdimi dinləsin dağlar. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / namə

namə sözünün sinonimləri (yaxın mənalı sözlər)

namə sözünün rus dilinə tərcüməsi

  • 1 1. письмо; 2. письменный приказ; 3. акт, документ; 4. грамота;

    Azərbaycanca-rusca lüğət / namə
  • 2 сущ. письмо, послание. Namə göndərmək послать письмо

    Azərbaycanca-rusca lüğət / namə
  • 3 второй компонент сложных слов со значением: документ, книга, сочинение. Bəyannamə декларация, şəhadətnamə свидетельство, nəsihətnamə нравоучение, etimadnamə верительная грамота, etibarnamə доверенность

    Azərbaycanca-rusca lüğət / namə

namə sözünün inglis dilinə tərcüməsi

namə sözünün fransız dilinə tərcüməsi

namə sözünün ləzgi dilinə tərcüməsi

namə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) məktub, kağız; 2) kitab; 3) sənəd. Namei-ə’mal hər bir adamın bu dünyada gördüyü işləri yazılan kitabça (bəzən zarafatla işlədilir); namei-hümayun padşah məktubu; rəsmi məktub.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"namə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#namə nədir? #namə sözünün mənası #namə nə deməkdir? #namə sözünün izahı #namə sözünün yazılışı #namə necə yazılır? #namə sözünün düzgün yazılışı #namə leksik mənası #namə sözünün sinonimi #namə sözünün yaxın mənalı sözlər #namə sözünün əks mənası #namə sözünün etimologiyası #namə sözünün orfoqrafiyası #namə rusca #namə inglisça #namə fransızca #namə sözünün istifadəsi #sözlük