* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars. na… və ər. mərbut] Nalayiq, namünasib. Namərbut söz. – [Fəxrəddin bəy:] Bilirsən nə var, ana, belə namərbut hərəkət ancaq bizim bu xaraba vilayətdə baş verə bilər… N.Vəzirov. Camaat arasında namərbut, namünasib hərəkətlər artıb. Mir Cəlal. // Söyüş məqamında işlənir (bəzən zarafatla). [Hacı Mehdi:] Bəs, namərbut, neçə vaxtdır gəlib, mənə niyə xəbər eləməyibsən? Ə.Haqverdiyev. [Hacı Murad:] Kəs səsini nadürüst, namərbut! S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / namərbut2 f. və ə. 1) rabitəsiz, əlaqəsiz; 2) bağlanmamış, bağlı olmayan.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / namərbut1 неприличный, недостойный, действие, неприличествующее порядочному человеку
Azərbaycanca-rusca lüğət / namərbut