Nargin sözü azərbaycan dilində

Nargin

Yazılış

  • Nargin • 98.3193%
  • nargin • 1.6807%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Nargin adası
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Nargin mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Tarixi == Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır.Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. == Göstəriciləri == Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır.Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Nargin adası həbs düşərgəsi
Nargin adasında türk məhkumları üçün düşərgə (rus. Лагерь для турецких военнопленных на острове Нарген) — Rusiya imperiyasının Nargin adasında (indiki Böyük Zirə) qurduğu həbs düşərgəsi. == Tarixi == 1914-cü ilin dekabrından başlayaraq Qafqaz cəbhəsində Rusiya ilə döyüşən türk ordusunun əsir alınan əsgər və zabitləri olduqca ağır şəraitdə yaşamaq uğrunda mübarizə aparmalı oldular. Əsir alınanları Rusiyanın müxtəlif həbs düşərgələrinə aparmaqla yanaşı, mülki türk vətəndaşlarını Bakının müsəlman əhalisinin gözü qarşısında nümayişkaranə şəkildə Xəzər dənizindəki Nargin adası (indiki Böyük Zirə) adasına daşıyırdılar. Nargində tək hərbi əsirlər deyil, Şərqi Anadolunun rus işğalına məruz qalmış Qars, Ərzurum, Ərdəhan bölgələrində yaşayan mülki əhali də yerləşdirildi. Onların arasında qocalar, qadın və uşaqlar da vardı. Hərbi düşərgədə almanlardan, avstriyalılardan, bolqarlardan olan çeşidli millətlərin nümayəndələri ilə yanaşı, 10 minə yaxın türk vətəndaşı da öz talelərini yaşayırdı. İçərilərində qoca, qadın, uşaq olan türk əsirlərinin şəhər əhalisinin gözü qarşısında keçidini təşkil edən çar Rusiyası çinovniklərinin hərəkətləri milli düşüncəli ziyalıların, ruhanilərin, sahibkarların çox ciddi narazılığına səbəb olurdu.Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ən vacib məramlarından biri də Nargin adasında məhkumluq həyatı yaşayan türk əsgər və zabitlərini qaçırıb, onları müxtəlif bölgələrdə təhlükəsiz şəraitdə yerləşdirməkdən ibarət idi. Nargin adasından qaçırılan əsirlərin bir çoxu Osmanlı ordusunda mühüm hərbi işləri həyata keçirdiklərindən, onların döyüş təcrübəsindən yararlanmaq, erməni-rus birləşmələrinə qarşı müqavimət təşkil etmək də planlara daxil idi.Vaxtilə azərbaycanlılar tərəfindən Nargindən və Rusiyanın başqa həbs düşərgələrindən qurtardıqları əsir türklər də Qafqaz İslam Ordusu tərkibində döyüşlərdə iştirak etdilər. Nargin adasında türk əsirləri, onların ağır vəziyyəti barəsində ilk dəfə Azərbaycan mətbuatında jurnalist Şirməmməd Hüseynov Nəriman Nərimanovun "Hümmət" qəzetində dərc etdirdiyi "Nargin cəzirəsi" məqaləsini çap edərək toxunub.Durdu Mehmet Burakın "Kostamonu" dərgisində çap etdirdiyi "Kostamonu millət vəkili Xalit bəyin Rusiya və digər ölkələrdə qalan türk əsirləri ilə əlaqəli çalışması" məqaləsində Nargin adasındakı əsirlərin sayı, vəziyyəti və onların bir qisminin azərbaycanlılar tərəfindən qaçırılması yazıya alınıb.Məhbusların qohumları Nargin həbsxanasındakı dözülməz şəraitlə bağlı Hacı Zeynalabdin Tağıyevə müraciət etmiş, tədbir görülməsini ondan xahiş etmişdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.43 dəfə / 1 mln.
2006 ••• 0.23
2007 •••••••••••• 1.06
2008 •••••••••••••• 1.22
2009 •••••• 0.48
2010 ••• 0.18
2011 ••• 0.26
2012 0.09
2013 ••••• 0.44
2014 •••••••••••••••••• 1.54
2015 •• 0.17
2017 •• 0.16
2018 •••••••••••••••••••• 1.80
2019 •••• 0.28
2020 •• 0.13

Oxşar sözlər

#nargin nədir? #nargin sözünün mənası #nargin nə deməkdir? #nargin sözünün izahı #nargin sözünün yazılışı #nargin necə yazılır? #nargin sözünün düzgün yazılışı #nargin leksik mənası #nargin sözünün sinonimi #nargin sözünün yaxın mənalı sözlər #nargin sözünün əks mənası #nargin sözünün etimologiyası #nargin sözünün orfoqrafiyası #nargin rusca #nargin inglisça #nargin fransızca #nargin sözünün istifadəsi #sözlük