naringi sözü azərbaycan dilində

naringi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • naringi • 96.5517%
  • Naringi • 3.3405%
  • NARİNGİ • 0.1078%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Naringi
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. == Təbii yayılması == Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.34 dəfə / 1 mln.
2006 ••••• 2.48
2007 •••••••• 4.23
2008 •••••• 3.17
2009 •••••• 3.04
2010 ••••••• 3.72
2011 ••••••••• 4.89
2012 •••••••••••••••••••• 11.10
2013 •••••• 2.92
2014 •••••• 3.09
2015 0.51
2016 ••• 1.21
2017 ••••• 2.76
2018 •• 1.05
2019 •••• 1.81
2020 0.27

naringi sözünün leksik mənası və izahı

  • 1 is. Portağala oxşayan ətirli sitrus meyvəsi və bu meyvənin həmişəyaşıl ağacı; mandarin. Leyla gülümsünüb masanın üstünə çörək, …alma və naringi mürəbbəsi olan vazlar qoydu. H.Seyidbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / naringi

naringi sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 NARİNGİ (meyvə) Acıqlandı nar; Göstərdi vüqar; Dedi: “'Naringi", Burax cəfəngi! (M.Seyidzadə); MANDARİN Yağışlarda bağ ətri, yağışlarda gül tozu; Hər damcıda bir limon, bir mandarin qoxusu (X.Rza).

    Azərbaycan dilinin sinonimlər lüğəti / naringi

naringi sözünün rus dilinə tərcüməsi

  • 1 бот. мандарин

    Azərbaycanca-rusca lüğət / naringi
  • 2 I сущ. мандарин: 1. вечнозелёное плодовое цитрусовое дерево 2. сладкий ароматный плод этого дерева II прил. мандаринный, мандариновый: 1) относящийся к мандарину. Naringi plantasiyaları мандариновые плантации, naringi ağacı мандариновое дерево 2) приготовленный из плодов мандарина. Naringi mürəbbəsi мандариновое варенье, naringi şirəsi мандариновый сок

    Azərbaycanca-rusca lüğət / naringi

"naringi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#naringi nədir? #naringi sözünün mənası #naringi nə deməkdir? #naringi sözünün izahı #naringi sözünün yazılışı #naringi necə yazılır? #naringi sözünün düzgün yazılışı #naringi leksik mənası #naringi sözünün sinonimi #naringi sözünün yaxın mənalı sözlər #naringi sözünün əks mənası #naringi sözünün etimologiyası #naringi sözünün orfoqrafiyası #naringi rusca #naringi inglisça #naringi fransızca #naringi sözünün istifadəsi #sözlük