* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Nar suyundan hazırlanan şirə. Balığı narşərabla yemək. – [Kişi:] Yaxşı, ürəyim narşərab istəyir, görəsən, orada narşərab verirlər? A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / narşərab1 Nar farsca məlum meyvənin adıdır, şərab ərəbcə “içki” deməkdir. “Nar suyu” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / narşərab2 сущ. наршараб (густой гранатовый сок, изготовляемый как приправа к пище)
Azərbaycanca-rusca lüğət / narşərab