Natalya sözü azərbaycan dilində

Natalya

Yazılış

  • Natalya • 99.7876%
  • natalya • 0.1274%
  • NATALYA • 0.0850%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Natalya
Natalya — ad.
Natalya Aşumova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Natalya Baliyeva
Nataliya Baliyeva (tam adı: Nataliya Gennadiyevna Baliyeva; 1954, Kuybışev) — aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == F.Volkov ad. Yaroslavl Teatr məktəbini bitirmişdir. 1975 ildən səhnə fəaliyyətinə başlamışdır. Azərb. Dövlət Rus Dram Teatrının səhnəsində müxtəlif səpkili obrazlar yaratmışdır: Fitnə ("Fərhad və Şirin", S. Vurğun), Dina Fyodorovna ("Kişi qadının yanına gəldi", S. Zlotnikov), Aynur ("Büllur sarayda", İ. Əfəndiyev), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Şarlotta ("Müqəddəs əjdahalar", J. Kokto) və s. N.Baliyeva 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirmişdir. 1975-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatr səhnəsində 50-dən çox rol oynamışdır.
Natalya Borisenko
Natalya Borisenko (d. 3 noyabr 1975) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Natalya Borisenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Natalya Buksa
Natalya İqorevna Buksa (ukr. Ната́лія Ігорівна Букса; doğ. 6 noyabr 1996, Lvov) — Ukrayna şahmatçısı, 20 yaşa qədər qızlar arasında dünya çempionu (2015). Qadınlar arasında qrosmeyster (2015). O, FİDE-nin 2016-cı ilin dekabr ayına olan reytinq siyahısında 2264 xalla 269-cu yerdə qərarlaşıb (Ukrayna şahmatçıları arasında 13-cü yer). Məşqçiləri Vladimir Qrabinski ilə Yuri Privalovdur. Atası şahmat kateqoriyasına malikdir, Buksanı şahmata məhz o həvəsləndirib. İvan Franko adına Lvov Milli Universitetinin tələbəsidir. == Şəxsi həyatı == 2018-ci ilin may ayında azərbaycanlı şahmatçı Rauf Məmmədovla nişanlanıb. == İdman nailiyyətləri == 2004 — 8 yaşa qədər qızlar arasında Ukrayna vitse-çempionu.
Natalya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Natalya Karpenkova
Nataliya Vladimirovna Karpenkova (d. 1 fevral 1970) — Belarusu təmsil edən batut gimnastı. Nataliya Karpenkova, 2000-ci ildə Belarusu XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Dünya Çempionatlarında 1 gümüş və 1 bürünc medal qazanan Nataliya Karpenkova, həmdə Avropa Çempionatlarında 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Nataliya Karpenkova, 2000-ci ildə Belarus bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Karpenkova, 35.80 xal topladı və 8 idmançı sırasında 5-ci yeri tutdu.
Natalya Kraçkovskaya
Natalya Kraçkovskaya (tam adı: Natalya Leonidovna Kraçkovskaya, rus. Ната́лья Леони́довна Крачковская; 24 noyabr 1938, Moskva – 3 mart 2016, Moskva) — Rusiya aktrisası, Rusiya Federasiyasının əməkdar artisti (1998). == Həyatı == Natalya Leonidovna Kraçkovskaya 24 noyabr 1938-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra sənədlərini Tarix-arxiv institutuna və eyni zamanda da Ümumrusiya Dövlət Kinematoqrafiya institutuna vermişdi. Aktrisalıq karyerası arzulasa da, anasının istəyi ilə arxivçi olmaq fikri vardı, amma işin tərsliyindən onu maşın vurur və görmə qabiliyyəti azalır. Həkimlər ona oxumağı qadağan edirlər. Natalya Kraçkovskayanı kino üçün məşhur rejissor Leonid Qayday kəşf edib. Sonralar başqa rejissorların filmlərində çəkilsə də, o hər şeydən əvvəl "Qaydayın aktrisası" kimi tanınıb. Məhz "12 stul"a çəkiləndən sonra onun əsil karyerası başlayıb. Deyirlər ki, Qayday səs operatoru Kraçkovskinin arvadına oxşayan — vətəndaş Qraçaçuyeva roluna çəkilmək üçün aktrisa axtarırdı.
Natalya Kutuzova
Natalya Kutuzova (d. 18 mart 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Natalya Kutuzova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Natalya Lavrova
Natalya Lavrova (4 avqust 1984; Penza, RSFSR — 23 aprel 2010; Penza, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. 2000 Sidney və 2004 Afina Olimpiadalarının qalibi. 2 dəfə Olimpiya Oyunlarının qalibi olmağı bacaran birinci bədii gimnast. == Həyatı == Natalya Lavrova 1984-cü il avqustun 4-də Penza vilayətinin Penza şəhərində anadan olub. 5 yaşında idmanla məşğul olurdu. Birinci məşqçisi Olqa Stebeneva idi. 1991-2002-ci illərdə Penza şəhərində 75 nömrəli orta ümumtəhsil məjtəbində təhsil alıb. Ali təhsilini isə Penza Dövlət Universitetinin V. Q. Belin adına Pedaqoji İnstitutunda alıb. == Karyerası == Natalya Lavrova 1998-ci ildən bədii gimnastlardan ibarət Rusiya yığmasının üzvü idi. Natalya Lavrova 1999-cu ildə Yaponiyada baş tutan Dünya Çempionatında qrup turnirinin qalibi oldu.
Natalya Lyapina
Natalya Lyapina (d. 14 may 1976) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Natalya Lyapina Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Natalya Maqnat
Natalya Yakovlevna Maqnat (Rusca: Ната́лья Я́ковлевна Магна́т, 5 noyabr 1954, Moskva – 18 oktyabr 1997, Moskva) ingilis dili üzrə sovet və rus tərcüməçisi, ədəbi tənqid və estetika üzrə əsərlərin müəllifi, “Sol məktəb” və SİNKP adlı gizli solradikal təşkilatların rəhbəri. == Kimliyi == Skripkaçı və uşaq həkimi ailəsində doğulmuşdur. “İngilis və alman dilləri üzrə müəllimə” ixtisası ilə V. İ. Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunu (MDPİ) bitirmişdir. 1970-lərin sonu, 1980-lərin birinci yarısında Rusinformmədəniyyətində işləmişdir. Yenidənqurma başlayandan sonra peşəkar səviyyəsində bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olmuşdur. Onun tərəfindən əsasən Oldos Haksli, Henri Kattner, Rocer Jelyaznı, Duqlas Adams, Qlen Kuk, Corc R. R. Martin, Cek Vens, Qordon Dikson, Bertran Çandler, Konni Uillis, Rocer Makbrayd Allen, Terri Bruks, Maykl Suenvik, Pol Di Filippo və başqalarının əsərləri tərcümə edilmişdir; tərcümələrinin bir çoxu dəfələrlə yenidən çap edilmişdir. Dekabr 1972 – yanvar 1973-cü ildə (MDPİ-də onunla bir yerdə təhsil alan Olqa Baraş və İnna Okupla birlikdə) “Sol məktəb” adlı gizli solradikal qrupun əsasını qoymuş, onun nəzəriyyəçəsi olmaqla, qrupa faktiki olaraq rəhbərlik etmişdir. 1974-cü ilin sentyabrında “Sol məktəb” Yeni Kommunistlər Partiyası (YKP) adlı başqa bir gizli solradikal qrupla birləşmişdir. Birləşmiş təşkilat “Sovet İttifaqı Neokommunist Partiyası” (SİNKP) adlandırılmışdır. N. Maqnat SİNKP-nın müvəqqəti rəhbərliyinə - “beşliyə” daxil olmuş, əsas rəhbərliyi və nəzəri işin bir hissəsini (estetika məsələləri üzrə) öz üzərinə götürmüşdür.
Natalya Miklaşevskaya
Natalya Miklaşevskaya — Azərbaycan sənətşünası, sənətşünaslıq üzrə elmlər doktoru. == Bioqrafiyası == Natalya Miklaşevskaya 1909-cu ildə Çerniqov quberniyasında, Starodubda anadan olmuşdur. 1928-ci ildə kənd məktəbini qurtaran Miklaşevskaya üç il kənd müəllimi kimi işlədi. 1931-ci ildə o Bakıya, bacısı Effendi Marqarit Mixailovnanın yanına gəlir.1935-ci ildə Natalya Miklaşevskaya Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir.1933-cü ildən 1939-cu ilə qədər Miklaşevskaya Azərbaycan dövlət muzeyində ekskursiya rəhbəri və bələdçi kimi işlədi. 1936-cı ildən etibarən o, Azərbaycan dövlət incəsənət muzeyində (indiki Azərbaycan Milli İncəsənət Muzeyi) kiçik elmi işçi kimi işlədi.Böyük Vətən müharibəsi illərində Miklaşevskaya SSRİ rəssamlıq fondunun Azərbaycan şöbəsində “Təşviqat pəncərəsi” hazırlanması üzrə işlədi və incəsənət işçilərinin Rəssamlar İttifaqının şəhər komitəsinə sədrlik etdi. 1942-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qatıldı.1944-cü ildən etibarən Miklaşevskaya Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işləməyə başladı. Burada o, intensiv elmi fəaliyyət göstərdi. Miklaşevskaya buradakı ilk illərində özünü tamamilə XVIII—XIX əsrlərə aid Azərbaycan divar rəsmlərini tədqiq etməyə həsr etdi. Şəki xan sarayı, Şəkixanovların evi, Şuşa və Lahıc yaşayış evlərinin divar naxışlarının tədqiqinin nəticəsi kimi Miklaşevskaya XVIII—XIX əsrlərə aid Azərbaycan divar naxışlarının inkişafı haqqında monoqrafik əsər yazdı. 1948-ci ildə bu əsər Ermitaj elmi sovetində sənətşünaslıq namizədi elmi dərəcəsi almaq üçün müvəffəqiyyətlə müdafiə edildi.Miklaşevskayanın “XVIII—XIX əsrlər Azərbaycan divar naxışları” tədqiqatının əsas hissələri “Azərbaycan incəsənəti” (II nəşr, 1949 və IV nəşr, 1954) və “Azərbaycan memarlığı” (oçerklər) məcmuələrində çap edildi.
Natalya Məmmədova
Nataliya Məmmədova (qızlıq soyadı: Skazka; d. 2 dekabr 1984; Donetsk, Ukrayna) — Azərbaycanı təmsil edən voleybolçu. Nataliya Məmmədova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatına qatılıb və 13-cü yeri tutub. == Həyatı == Nataliya Məmmədova 2 dekabr 1984-cü ildə Ukraynanın Donetsk şəhərində anadan olub. == Karyerası == Nataliya Məmmədova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Nataliya Məmmədova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu. Nataliya Məmmədova bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Natalya Narışkina
Natalya Kirillovna Narışkina (1 (11) sentyabr 1651, Moskva – 4 (14) fevral 1694, Kreml) - rus çariçası, I Pyotrun anası. == İstinadlar == == Ədəbiyyat == Корсакова В. Наталья Кирилловна // Русский биографический словарь : в 25 томах. — СПб.—М., 1896—1918.
Natalya Qonçarova
Natalya Qonçarova (27 avqust (8 sentyabr) 1812, Kariyan[d], Tambov quberniyası – 26 noyabr (8 dekabr) 1863, Sankt-Peterburq) — Aleksandr Puşkinin həyat yoldaşı. == Həyatı == Şair onu görəndə qızın vur-tut 16 yaşı vardı. Bal rəqslərinin ilahəsi, Moskvanın zadəgan məclislərinin əvəzolunmaz iştirakçısıydı. 1828-ci ilin qışında məşhur rəqs ustası İoqelin Tver bulvarındakı evində Rusiyanın birinci şairi Rusiyanın birinci gözəlini ilk dəfə görür. 19-cu əsr uzun və soyuq maneken qadınların əsri deyildi. O dövrün standartlarına görə, bu gözəl özünün 1 metr 77 santimetr boyu ilə xeyli hündür sayılırdı, incə belliydi, adamın ağlını başından çıxaran sinəsi, mərmər kimi dərisi, ipək saçları vardı. Hələ siması… Bizimkilər demişkən, Tanrının xoş çağda yaratdığı bu qızın sifət cizgiləri məsumluq mücəssəməsiydi. Şair ona necə məftun olursa, qorxusundan dil açıb söz deyə bilmir, əlacı baş götürüb Moskvadan genəməkdə görür. Ancaq artıq dastan yazılmağa başlamışdı. Sonu faciəylə bitəcək bir dastan… Puşkin-Qonçarova dastanı… == Şərlənən baldız, yaxud yelbeyin arvad == Ya "milli mentalitet"ə görə, ya da bilməzikdən bizim orta məktəb dərsliklərində təxminən belə yazılır ki, lənətə gəlmiş Dantes Puşkinin baldızıyla maraqlanırdı, ona görə də şair onu duelə çağırır, məlum hadisə baş verir.
Natalya Qundareva
Natalya Qundareva (rus. Ната́лья Гео́ргиевна Гу́ндарева; d. 28 avqust 1948, Moskva, RSFSR, SSRİ – ö. 15 may 2005, Moskva, Rusiya) — rus və sovet teatr və kinos aktrisası. Rusiyanın Xalq artisti (1986). == Həyatı və fəaliyyəti == Natalya Qundareva 28 avqust 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur.Valideynləri mühəndis idi. Atası Georgi Makarov zavodda, anası Yelena Mixaylovna isə konstruktor bürosunda işləyirdi. Anası teatrla çox maraqlanırdı, hətta özfəaliyyət teatrında tamaşalarda da oynamışdı. Teatra məhəbbəti qızı Natalyaya da keçmişdi.Ancaq Natalya ata qayğısından tez məhrum olub, beşinci sinifdə oxuyanda valideynləri ayrılıb. Anası çalışırdı ki, qızına atasının yoxluğunu hiss etdirməsin.
Natalya Sedıx
Natalya Sedıx (rus. Ната́лья Евге́ньевна Седы́х; d. 10 iyul 1948, Moskva, RSFSR, SSRİ) — Rus teatr və kino aktrisası, balerina, fiqurlu konkisürən. == Həyatı və fəaliyyəti == Natalya Sedıx 10 iyul 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur.Onun karyerasının maraqlı tarixçəsi var. Belə ki, bir dəfə balaca Natalya televizorda beynəlxalq fiqurlu konkisürmə yarışına baxarkən çexoslovakiyalı idmançı İndra Kramperovanın çıxışı ona çox təsir edir. Valideynlərindən xahiş edir ki, onu da fiqurlu konkisürmə dərnəyinə yazdırsınlar. Amma yaşı az olduğundan onu dərnəyə götürmək istəmirlər. Bundan çox təsirlənən 4 yaşlı Natalya birdən cəsarətli addım ataraq xalçanın üstünə çıxır və elan edir: “Qarşınızda İndra Kramperova çıxış edir”. Balaca Natalya elə hərəkətlər göstərir ki, hamı təəccüblənir. Məşqçi Tatyana Qranatkina onu dərnəyə götürməyə razılaşır.
Natalya Sneqovaya
Sneqovaya Natalya Yuryevna — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. == Həyatı == Sneqovaya Natalya Yuryevna 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası, Sneqovoy Yuriy Qriqoryeviç, anası Sneqovaya Valentina İvanovna. Sneqovaya Natalya 1979-cu ildə Bakı şəhəri 4 saylı orta məktəbinə, 1989-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş və 1994-cü ildə oranı bitirmişdir. 1994-cü ildə AMEA Zoologiya İnstitutunun Araxnologiya laboratoriyasının laborant olmuş, 2001-ci ildə "Abşeron su hövzələrinin çanaqlı amöb (Protozoa, Testacea) faunası" (Bakı) mövzusunda namizədlik, 2014-cü ildə "Qafqazın otbiçənləri (Arachnida, Opiliones) (faunası və ekologiyası)" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. == Elmi fəaliyyəti == N.Y.Sneqovaya 1994-cü ildə Zoologiya "Araxnologiya" laboratoriyasına laborant vəzifəsinə qəbul edilmişdir. 1999-cu ildə müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə keçirilmişdir. "Abşeron su hövzələrinin çanaqlı amöb (Protozoa, Testacea) faunası" mövzusunda namizədlik dissertasiyasını 2001-cı ildə AMEA Zoologiya institutunda müvəffəqiyyətlə müdafiə etmişdir. 2003-cü ildən Azərbaycan MEA Zoologiya İnstitutunun Araxnologiya laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır. N.Y.Sneqovaya işlədiyi dövrdə 8 tematik işin əsas icraçılarından biri olmuşdur.
Natalya Varley
Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989). == Həyatı == Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur. Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir . Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir. 1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür. Bir gün anası Natalyanı sirkə aparır.
Natalya Zuyeva
Natalya Vladimirovna Zuyeva (d. 10 oktyabr 1988; Belqorod, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Natalya Zuyeva, Rusiyanı 2008 Peкin Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Natalya Zuyeva, 2008-ci ildə Rusiya bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Yelena Posevina, Marqarita Aliyçuk, Anna Qavrilenko, Tatyana Qorbunova və Darya Şkurixina ilə birgə finalda 35.550 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Natalya Şipilova
Natalya Şipilova (d. 1 yanvar 1980) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Natalya Şipilova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Natalya Şipilova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Natalya Sumskaya
Natalya Sumskaya (ukr. Наталія В'ячеславівна Сумська; 22 aprel 1956) — Sovet və Ukrayna aktrisası və teleaparıcısı, Şevçenko mükafatı laureatı (2008), Ukraynanın xalq artisti (2000). == Bioqrafiya == 22 aprel 1956-cı ildə Kiyev vilayətinin Katyujanka kəndində Akademik Dram Teatrının aktyorları ailəsində anadan olub. Kiçik bacısı Olqa Sumskaya, aktrisa və teleaparıcıdır. Atası Vyaçeslav İqnatyeviç Sumskoy (Ukraynanın xalq artisti) (09.06.1934 - 09.12.2007), anası Ukrayna SSR-nin əməkdar artisti Anna İvanovna Opanasenko-Sumskayadır. 1966-cı ilə qədər Lvovda yaşayıb. 1977-ci ildə Kiyev Dövlət Teatr Sənəti İnstitutunu bitirib. 1977-ci ildən Nataliya Sumskaya İvan Franko adına Milli Akademik Teatrın aktrisasıdır. 2003-cü ilin payızından 2010-cu ilin əvvəlinə qədər İnter telekanalında çox yüksək reytinqlərə baxmayaraq yayımı dayandırılmış "Klyuçovoy momaent" verilişinə aparıcılıq etmişdir"Benyuk və Xostikoev" teatr şirkətində də işləyir. == Ailə == Atası - Vyaçeslav İqnatyeviç Sumskoy (Ukraynanın xalq artisti) (09.06.1934 - 09.12.2007), Anası - Anna İvanovna Opanasenko-Sumskaya (15 oktyabr 1933 - 27 fevral 2022), Ukrayna SSR əməkdar artisti, Kiçik bacısı - Olqa Sumskaya aktrisa, Birinci əri - İqor Yuriyeviç Mamay (Ukrayna) (23 iyul 1955-ci il təvəllüdlü) - operator, Qızı - Daria Mamay-Sumskaya (16 iyun 1982-ci il təvəllüdlü), müğənni, aktrisa, İkinci əri - Anatoli Georgieviç Xostikoyev (15 fevral 1953-cü il təvəllüdlü) - aktyor, Oğlu - Vyaçeslav Xostikoyev (26 iyun 1996-cı il təvəllüdlü).
Natalya Şarovskaya
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Natalya Mustafayeva
Natalya Mustafayeva (11 avqust 1985, Rovno) — Ukraynanı və Azərbaycanı təmsil edən idmançı, Avropa Çempionatının qalibi. == Karyerası == Natalya Lyaçuh 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Komanda yoldaşları ilə birgə Natalya Lyaçuh 6 dəqiqə 20.02 saniyə nəticə göstərdi və olimpiadanı dördüncü pillədə başa vurdu. Həmin ilin sentyabrında Natalya Lyaçuh Yunanıstanın Afina şəhərində baş tutan Avropa Çempionatında dörd nəfərdən ibarət qayıqla turnirdə qızıl medalın sahibi oldu. Növbəti illərdə Azərbaycan Kanoe Federasiyası Natalya Lyaçuhu Azərbaycan yığmasının heyətinə cəlb elədi və o, beynəlxalq turnirlərdə Natalya Mustafayeva adı altında çıxış eləməyə başladı.Natalya Mustafayeva 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların fərdi turnirində çıxış edən Natalya Mustafayeva olimpiada da iyulun 28-də mübarizə apardı. Natalya Mustafayeva təsnifat mərhələsinin B qrupunda çıxış elədi. 7:46.00 dəqiqə nəticə göstərən Natalya Mustafayeva olimpiadanın dörddəbir final mərhələsinə adladı. İyulun 31-də baş tutan bu mərhələnin B qrupunda çıxış edən Natalya Mustafayeva 8:00.26 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən altı idmançı sırasında üçüncü pillənin sahibi olan Natalya Mustafayeva olimpiadanın yarım-final mərhələsinə adladı.
Qara dul (Natalya Romanova)
Natalya Alianovna "Nataşa" Romanova (rus. Наталья Альяновна "Наташа" Романова), həmçinin "Qara dul" (ing. Black Widow; rus. Чёрная вдова) – Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Redaktor və hekayəçi Sten Li, ssenari yazarı Don Riko və rəssam Don Hek tərəfindən yaradılmış personaj "Tales of Suspense" #52 komiksində (aprel 1964) debüt etmişdir. Personaj, Rusiya casusu, superqəhrəman Dəmir adamın düşməni kimi təqdim edilmişdir. Sonradan ABŞ-yə köçən Nataşa Romanova uydurma casus təşkiları Q.A.L.X.A.N.-da çalışmağa başlamış və "Qisasçılar" adlı superqəhrəmanlar dəstəsinin üzvü olmuşdur. Marvel Kinematoqrafiya Kainatına aid olan "Dəmir adam 2" (2010), "Qisasçılar" (2012), "Kapitan Amerika: Qış əsgəri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Kapitan Amerika: Vətəndaş müharibəsi" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" (2018), "Kapitan Marvel" (2019), "Qisasçılar: Final" (2019) və "Qara dul" (2020) filmlərində Nataşa Romanova rolunu aktrisa Skarlett Yohansson canlandırmışdır. == Nəşr tarixi == "Tales of Suspense" #52 komiksində (aprel 1964) debüt edən Nataşa Romanova Dəmir adamın düşməni, kostyumsuz Rusiya casusu kimi təqdim olunur. Beş nömrə sonra o, kostyumlu oxatan və gələcək superqəhrəman Şahingözü öz tərəfinə çəkir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.51 dəfə / 1 mln.
2002 •••••••••••••• 10.28
2003 •••••••••••••• 10.24
2004 •••••••••••••••••••• 14.15
2005 •••••••••••••••••••• 14.85
2006 •••••••••••••• 9.91
2007 ••••••••••••• 9.09
2008 ••••••••• 6.33
2009 ••••••••••••• 9.28
2010 •••••••••••••••• 11.71
2011 ••••••••••••••••• 12.61
2012 ••••••••••••••• 10.41
2013 ••••••• 5.11
2014 •••••••••••••••• 11.33
2015 •••••••••• 6.80
2016 •••••••• 5.73
2017 ••••••• 4.55
2018 ••••••••• 5.99
2019 ••••••• 5.01
2020 ••••• 3.05

Oxşar sözlər

#natalya nədir? #natalya sözünün mənası #natalya nə deməkdir? #natalya sözünün izahı #natalya sözünün yazılışı #natalya necə yazılır? #natalya sözünün düzgün yazılışı #natalya leksik mənası #natalya sözünün sinonimi #natalya sözünün yaxın mənalı sözlər #natalya sözünün əks mənası #natalya sözünün etimologiyası #natalya sözünün orfoqrafiyası #natalya rusca #natalya inglisça #natalya fransızca #natalya sözünün istifadəsi #sözlük