natamam sözü azərbaycan dilində

natamam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • natamam • 89.1398%
  • Natamam • 10.3226%
  • NATAMAM • 0.5376%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Natamam limodorum
Natamam limodorum (lat. Limodorum abortivum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin limodorum cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökümsovu qısa, üfüqi, çoxlu qalın köklüdür. Gövdəsi qalın, 30–60 (80) sm hündürlükdə, yaşılı-bənövşəyi, boz, iti qınlıdır. Çiçəkqrupu iri, 6–20 çiçəkdən ibarət boş salxım şəklindədir. Çiçəkləri iri, bənövşəyi rəngli, 20–25 mm uzunluqdadır. Çiçəkyanlığının yarpaqları lansetvari, çəhrayı, 20 mm uzunluqdadır. Dodaqcığı açıq-bənövşəyi rənglidir. Mahmızı nazik, 15 mm uzunluqda, yumurtalığa bərabər və ya uzundur.
Natamamlıq kompleksi
Natamamlıq kompleksi — insanın tez-tez başqalarından aşağı olduğunu düşünməsi ilə bağlı yaranan emosional və psixi halların məcmusu. Natamamlıq kompleksi müxtəlif səbəblərdən yarana bilər: ayrı-seçkilik, mənəvi travma, uğursuzluq, şəxsi səhvlər və s. Termini elmə ilk dəfə Alfred Adler daxil etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.08 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 ••• 1.18
2004 •••••• 2.70
2005 •••••••••••••••••••• 10.12
2006 ••••• 2.03
2007 ••••••• 3.38
2008 •••• 1.71
2009 •••••••• 3.84
2010 ••••• 2.45
2011 •••••••••• 4.63
2012 •••••• 2.84
2013 •••••••••• 4.96
2014 •••••••• 3.60
2015 ••••••• 3.06
2016 •••• 1.91
2017 •••••• 2.60
2018 •••• 1.80
2019 •••••••• 3.89
2020 ••• 1.46

natamam sözünün leksik mənası və izahı

  • 1 sif. [fars. na… və ər. təmam] 1. Bitməmiş, qurtarmamış, axıra çatdırılmamış, başa vurulmamış, yarımçıq qalmış. Natamam bina. Natamam əsər. – [Kamil:] Amma iş orasındadır ki, xəritə natamamdır, hələ hazır deyil. M.Süleymanov. □ Natamam cümlə qram. – əsas üzvlərinin biri və ya ikisi buraxılmış cümlə. 2. Qüsurlu, kəsirli, nöqsanlı. Natamam iş. – Yari-müvafiq olmasa, meydən nə faidə; Mey bəzmi birəfiq ola gər, natəmamdır. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / natamam

natamam sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 NATAMAM (sona çatmamış, tam olmayan) Fəqət natamamdır o böyük kitab; Onun son varlığı hələ dümağdır (S.Vurğun); ALA-YARIMÇIQ Həsənin bütün fikri təqib etdiyi qadında idi. Xasay ala-yarımçıq cavablar verirdi (A.Şaiq); YARIMÇIQ Dad yarımçıq əlindən (Ata. sözü); YARI-YARIMÇIQ [Yunis;] Mənim olan vəsaitim də yarı-yarımçıqdır (Mir Cəlal).

    Azərbaycan dilinin sinonimlər lüğəti / natamam

natamam sözünün antonimləri (əks mənalı sözlər)

natamam sözünün rus dilinə tərcüməsi

  • 1 неполный, недоделанный, незаконченный, незавершенный

    Azərbaycanca-rusca lüğət / natamam
  • 2 I прил. 1. неполный: 1) не достигший определённого, нужного размера, нормы, предела и т.п. Natamam orta məktəb неполная средняя школа, natamam siyahı неполный список (перечень), natamam dövr неполный оборот, natamam tarazlıq неполное равновесие, natamam oksidləşmə хим. неполное окисление, natamam yanma неполное горение, natamam yük неполная нагрузка, natamam ərimə техн. неполное расплавление 2) не содержащий полного состава, комплекта и т.п. кого-, чего-л. библ. Natamam zəruri nüsxə неполный обязательный экземпляр, natamam komplekt неполный комплект 3) незавершённый. Natamam təhsil неполное образование 2. незаконченный, неоконченный (не доведённый до конца). Natamam fikir незаконченная мысль, natamam sərlövhə библ. незаконченное заглавие 3. мед., хим. частичный. Natamam reaksiya частичная реакция II нареч. 1. неполно 2. частично; natamam gəlir недовыручка, natamam yükləmə физ. недогрузка, экон. Natamam uçotaalma недоучёт, natamam ödənmə недооплата; natamam (yarımçıq) cümlə лингв. неполное предложение

    Azərbaycanca-rusca lüğət / natamam

natamam sözünün inglis dilinə tərcüməsi

natamam sözünün fransız dilinə tərcüməsi

natamam sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. na... və ər. təmam] прил. 1. тамам тушир, куьтягь тахьанвай, эхирдив агакь тавунвай, зуракӀ (мес. дарамат); natamam cümlə грам. тамам тушир предложение; 2. бегьем тушир, кимивал авай, рехне квай, нукьсан квай (мес. кӀвалах).

    Azərbaycanca-ləzgicə lüğəti / natamam

"natamam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#natamam nədir? #natamam sözünün mənası #natamam nə deməkdir? #natamam sözünün izahı #natamam sözünün yazılışı #natamam necə yazılır? #natamam sözünün düzgün yazılışı #natamam leksik mənası #natamam sözünün sinonimi #natamam sözünün yaxın mənalı sözlər #natamam sözünün əks mənası #natamam sözünün etimologiyası #natamam sözünün orfoqrafiyası #natamam rusca #natamam inglisça #natamam fransızca #natamam sözünün istifadəsi #sözlük