Nauman sözü azərbaycan dilində

Nauman

Yazılış

  • Nauman • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Henrix Edmund Nauman
Henrix Edmund Nauman (alm. Heinrich Edmund Naumann‎; 11 sentyabr 1854, Maysen, Saksoniya – 1 fevral 1927, Frankfurt-Mayn, Prussiya[d]) – Almaniya geoloqu. O, "Yaponiya geologiyasının atası" hesab olunur. == Elmi fəaliyyəti == Edmund Nauman 1875-ci ildə Yaponiyaya gəlmiş və 1875–85-ci illərdə Tokio Universitetinin geologiya üzrə ilk müəllimlərindən biri olmuşdur. 1877–79-cu illərdə universitetdə professor kimi fəaliyyət göstərmişdir. O, Yaponiyanın bir çox bölgəsində geoloji tədqiqatlar aparmışdır. 1877-ci ildə Con Milne ilə birlikdə Oşima adasındakı vulkan püskürməsini tədqiq etmişdir. Nauman Honşu adasının cənub-qərbi ilə şimal-şərqini ayıran Fossa-Maqna çatını kəşf etmişdir. O, Yaponiyanın geoloji quruluşu barədə keçmiş tələbəsi Toyokiçi Harada ilə debatlar aparmışdır. Naumanın təklifi ilə 1878-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin tərkibində Yaponiya Geoloji Tədqiqatlar Qurumu təşkil olunmuşdur.
Çurui Nauman Fili Muzeyi
Çurui Nauman Fili Muzeyi (忠類ナウマン象記念館, Çurui Nauman-zo Kinenkan) – Yaponiyanın Hokkaydo prefekturasının Makubetsu qəsəbəsində yerləşən fosil muzeyi. Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur. == Tarixi == Muzey 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə 2 avqust 1988-ci ildə açılmışdır. Bu fosil 26 iyul 1969-cu ildə Çuruidə ferma yolu tikintisi zamanı təsadüfən kəşf edilmişdir. Ərazidə qazıntı-tədqiqat işləri aparılmış və Nauman filinə aid 46 fosilləşmiş sümük (diş, xortum, ayaq sümükləri) tapılmışdır. Yaponiyada fil fosili tapmaq çox nadir hal olduğu üçün Çuruidə tapılmış bu fosil əsasında Yaponiyanın müxtəlif muzeylərində sərgilənən 23 ədəd Nauman fili rekonstruksiyası yaradılmışdır.Bundan əlavə, 1970-ci ildə aparılmış əlavə qazıntı işləri zamanı mamonta aid azı diş və Nauman filinə aid ayaq izləri tapılmışdır. Bu mamont azı Hokkaydoda mamontların yaşadığını təsdiqləmişdir. == Xüsusiyyətlər == Fosil üçün qazıntı işlərinin aparıldığı ərazidə abidə və lövhə quraşdırılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır. Belə ki, muzeyin mərkəzindəki gümbəz gövdəni, dörd küncdə yerləşən sərgi otaqları ayaqları, giriş başı, 100 metr uzunluğunda olan "zaman yolu" adlı yol xortum və dişləri təmsil edirlər.
Falco naumanni
Səhra qızılquşu (lat. Falco naumanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Qısa təsviri == Kiçikboylu qızılquşlardan biridir. Erkəyin bel tərəfi qırmızımtıl-kərpic rənglidir (naxışsız), amma başı tünd-göydür. Quyruğunun ucunda köndələn qara zolaq var. Caynaqları ağımtıl-samanı rənglidir. Dişisi yaxın qohumu olan muymulu qızılquşa ("tinnunclus") oxşayır, təbiətdə fərqləndirmək çətindir. Amma erkəyi aydın fərqlənir. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb.
Turdus naumanni
Kürən qaratoyuq (lat. Turdus naumanni) — qaratoyuq cinsinə aid quş növü. == Təsviri == Kürən qaratoyuq uzunluğu 23 sm-ə çatan və bir-birindən dəqiq fərqlənən iki yarımnövə malikdir: T. n. naumanni и T. n. eunomus. === T. n. naumanni === Bədəbinin yuxarı hissəsi qonur rəngdədir. Sinəsi və böyür tərəfləri qırmızı-qonur rəngli xalları olan ağ rəngdədir. Quyruğu qırmızı-qonur rəngdədir. Yarımnöv Mərkəzi və Şərqi Sibirin cənub hissələrində yuvalayır.
Turdus naumanni eunomus
Turdus naumanni eunomus (lat. Turdus naumanni eunomus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Turdus naumanni naumanni
Turdus naumanni naumanni (lat. Turdus naumanni naumanni) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2003 •••••••••••• 0.39
2004 •••••••••• 0.34
2006 ••••••• 0.23
2010 ••• 0.09
2012 ••••••••••• 0.34
2014 •••••• 0.17
2015 •••••••••••••••••••• 0.68
2019 ••••• 0.14
2020 •••••••• 0.27

Oxşar sözlər

#nauman nədir? #nauman sözünün mənası #nauman nə deməkdir? #nauman sözünün izahı #nauman sözünün yazılışı #nauman necə yazılır? #nauman sözünün düzgün yazılışı #nauman leksik mənası #nauman sözünün sinonimi #nauman sözünün yaxın mənalı sözlər #nauman sözünün əks mənası #nauman sözünün etimologiyası #nauman sözünün orfoqrafiyası #nauman rusca #nauman inglisça #nauman fransızca #nauman sözünün istifadəsi #sözlük