naxışları sözü azərbaycan dilində

naxışları

Yazılış

  • naxışları • 95.3930%
  • Naxışları • 4.6070%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İslam həndəsi naxışları
Fiqurativ təsvirlərdən yayınan İslam incəsənətində əsrlər boyu həndəsi naxışların təsvirindən istifadə edilmiş, bu incəsənət növü geniş yayılmış və inkişaf etmişdir. İslam incəsənətində həndəsi dizaynlar tez-tez təkrarlanan kvadratlar və dairələrin birləşmələri, islimilər, müxtəlif naxışlar və tessaliyaların təsvirindən ibarətdir. Bu təsvirlərdən bütün dekorasiyanı tərtib etmək, çiçək və ya xətt bəzəkləri üçün çərçivə və ya digər motivlər üçün arxa plan yaratmaq məqsədilə istifadə edilə bilər. İstifadə edilən bəzəklərin qarışıqlığı və müxtəlifliyi, IX əsrdə olan sadə ulduzlara və paxlava şəkilli təsvirlərə, XIII əsrdə 6 və 13 guşəli ulduzların, XVI əsrdə isə 14 və 16 guşəli ulduzların əlavə edilməsi nəticəsində yaradılmışdır. Həndəsi naxışlar İslam incəsənətində və memarlığında kilim xalçalar, İran girih və Mərakeş zillic işləri, muqarna dekorativ tağları, cali oyulmuş daş lövhələri, keramikalar,dəri, rəngli şüşələr, ağac və metal işləri ilə əhatələnmişdir. XX əsrdə qərbdə, aralarında M.K.Eşerin də olduğu ustalar, rəssamlar və 2007-ci ildə İsfahandakı Darbe-İmam məqbərəsində olan yarı-dövri funksiyaları və penroz bəzəklərini də bu üsluba daxil edən riyaziyyatçılar və fiziklər (Peter J. Lu və Paul Steynhardın aralarında olduğu) arasında İslam həndəsi nümunələrinə olan maraq artmaqda idi. == Arxa plan == === İslam dekorasiyası === İslam incəsənəti əsasən ibadət obyekti ola biləcəyini önləmək üçün təsvirlərdə fiqurativ simvollardan yayınmışdır. İslam həndəsi nümunələri qədim mədəniyyətlərdə istifadə edilən daha sadə dizayn nümunələrindən təsirlənmişdir. Bunlara yunan, roma və sasani mədəniyyətlərini nümunə kimi göstərmək olar. Bunlar İslam incəsənət nümunələrinin üç əsas formalarından biridir: digərləri isə, əyilmiş və budaqlı bitki təsvirləri ilə formalaşdırılan islimi və İslam xəttatlığıdır.
Naxışların yaddaşı (film, 1973)
== Məzmun == Elmi-kütləvi film poetik formada qədim Azərbaycan milli sənət yadigarlarından, naxışlara həkk olunmuş milli mənəviyyatdan bəhs edir. Eləcə də görkəmli alim Xudu Məmmədovun qeyri-adi kəşfi sayəsində bu qədim naxışlarla bir çox kristalların daxili şərti quruluşunun yaxın olduğu açılıb göstərilir. Ekranda kvars kristalının quruluşu əsasında 1322-ci ildə tikilmiş Bərdə türbəsini bəzəyən naxışlar müqayisə edilir. Məlum olur ki, həmin naxışlarla kvarsın quruluş sxemi eynidir. Kadrlar bir-birini əvəz etdikcə gözlərimiz qarşısında tarixi nişanələri olan qədim abidələr, qayalar üzərində naxışlar, göllər, çəmənliklər, canlılar gəlib keçir. == Festivallar və mükafatlar == 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Qısametrajlı elmi-kütləvi filmlər bölməsi üzrə filmə II mükafat və diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Xudu Məmmədov, Vidadi Paşayev Operator: Zaur Məhərrəmov Bəstəkar: Vaqif Mustafazadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.35 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2005 •••• 2.02
2006 ••• 1.13
2007 ••••••• 3.38
2008 ••• 1.22
2009 0.32
2010 •• 0.82
2011 ••• 1.20
2012 •••• 1.72
2013 ••• 1.17
2014 •• 0.86
2015 ••• 1.36
2016 ••••• 2.26
2017 ••••••• 3.41
2018 ••• 1.05
2019 ••• 1.53
2020 0.27

"naxışları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#naxışları nədir? #naxışları sözünün mənası #naxışları nə deməkdir? #naxışları sözünün izahı #naxışları sözünün yazılışı #naxışları necə yazılır? #naxışları sözünün düzgün yazılışı #naxışları leksik mənası #naxışları sözünün sinonimi #naxışları sözünün yaxın mənalı sözlər #naxışları sözünün əks mənası #naxışları sözünün etimologiyası #naxışları sözünün orfoqrafiyası #naxışları rusca #naxışları inglisça #naxışları fransızca #naxışları sözünün istifadəsi #sözlük