* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2014 | •••••••••••••••••••• | 0.17 |
1 is. [fars. naz və ər. nemət] Tam firavanlıq, maddi rifah, səadət. [Alı kişi:] Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. “Koroğlu”. [Nüşabə:] Durmayın, şahanə bir süfrə açın; Ortaya hər çeşid naz-nemət saçın! A.Şaiq. // Var, var-dövlət, sərvət mənasında. Dünyanın nazü neməti insan zəhmətinin başındadır, – deyə qoca bostançı öyünürdü. S.Rəhimov. □ Naz-nemət içində yaşamaq (bəslənmək, böyümək) – həyatda heç bir şeydən çətinlik çəkməmək, firavan həyat keçirmək, xoşbəxt yaşamaq, var-dövlət içində bəslənmək. Naz-nemət içində bəslənən bəxtiyarlar; Sanki deyirlərdi ki, yazıq, nəhayətin nə? M.Müşfiq.
Azərbaycan dilinin izahlı lüğəti / naz-nemət1 сущ. благо: 1. благополучие, счастье, добро 2. то, что служит удовлетворению каких-л. человеческих потребностей, даёт материальный достаток; naz-nemət içində yaşamaq (böyümək) жить в достатке, в благоденствии
Azərbaycanca-rusca lüğət / naz-nemət1 is. ~ içində yaşamaq vivre vi dans l’aisaince ; faire le pacha ; ~ içində olmaq être vi comme un coq en pâte
Azərbaycanca-fransızca lüğət / naz-nemət1 NAZÜ-NEMƏT [fars. naz və ər. nemət] сущ. наз-нямет; // мал-девлет, сервет; naz-nemət içində yaşamaq (bəslənmək, böyümək) наз-няметдин къене яшамиш хьун (чӀехи хьун), са затӀуникайни дарвал чӀугун тавун, хушбахтдаказ яшамиш хьун, мал-девлетдин къене дуланмиш хьун.
Azərbaycanca-ləzgicə lüğəti / naz-nemət