Nazirliyi sözü azərbaycan dilində

Nazirliyi

Yazılış

  • Nazirliyi • 98.5908%
  • nazirliyi • 1.3742%
  • NAZİRLİYİ • 0.0323%
  • Nazirlİyi • 0.0026%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maliyyə Nazirliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi – Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman yaradılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. == Fəaliyyəti == Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlanması və həyata keçirilməsi Dövlət maliyyəsinin idarə olunmasının təşkil edilməsi Dövlət və icmal büdcələrin layihələrinin hazırlanması Dövlət büdcəsinin kassa icrasının təmin edilməsi Dövlət borcunun idarə edilməsi Mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsi Dövlət büdcəsi vəsaitindən istifadə == Tabeliyindəki qurumlar == Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi Dövlət Maliyyə Nəzarəti Xidməti Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Maliyyə Elm-Tədris Mərkəzi Məlumat-Hesablama Mərkəzi "Maliyyə və uçot jurnalı redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti === Maliyyə Elm-Tədris Mərkəzi === SSRİ Maliyyə Nazirliyinin "Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli kursların və iqtisadi seminarların təşkili haqqında" 09 fevral 1968-ci il tarixli 36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyə Nazirliyinin 31 mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu" "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursu adlandırılmışdır". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi yaradılmışdır. === Məlumat Hesablama Mərkəzi === Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Maliyyə Nazirliyinin 30 dekabr 1977-ci il № 716 əmrinə əsasən təşkil edilib və Respublika Dövlət müəssisəsi hesab edilir.1990-cı ilin yanvar ayından Maliyyə Nazirliyinin nəzdində tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyətə başlayıb.
Maliyyə Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Maliyyə Nazirliyi – Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman yaradılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. == Fəaliyyəti == Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlanması və həyata keçirilməsi Dövlət maliyyəsinin idarə olunmasının təşkil edilməsi Dövlət və icmal büdcələrin layihələrinin hazırlanması Dövlət büdcəsinin kassa icrasının təmin edilməsi Dövlət borcunun idarə edilməsi Mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsi Dövlət büdcəsi vəsaitindən istifadə == Tabeliyindəki qurumlar == Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi Dövlət Maliyyə Nəzarəti Xidməti Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Maliyyə Elm-Tədris Mərkəzi Məlumat-Hesablama Mərkəzi "Maliyyə və uçot jurnalı redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti === Maliyyə Elm-Tədris Mərkəzi === SSRİ Maliyyə Nazirliyinin "Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli kursların və iqtisadi seminarların təşkili haqqında" 09 fevral 1968-ci il tarixli 36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyə Nazirliyinin 31 mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu" "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursu adlandırılmışdır". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi yaradılmışdır. === Məlumat Hesablama Mərkəzi === Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Maliyyə Nazirliyinin 30 dekabr 1977-ci il № 716 əmrinə əsasən təşkil edilib və Respublika Dövlət müəssisəsi hesab edilir.1990-cı ilin yanvar ayından Maliyyə Nazirliyinin nəzdində tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyətə başlayıb.
Maliyyə Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi — Qazaxıstan Respublikası Hökumətinin tərkibində, Qazaxıstan Respublikasının maliyyə sahəsində idarəetmə və sektorlararası koordinasiyanı həyata keçirən Qazaxıstan Respublikasının mərkəzi icra orqanıdır. Nazirliyin təsis sənədi Qazaxıstan Respublikası Hökumətinin 24 aprel 2008-ci il tarixli, 387 nömrəli qərarı ilə təsdiq edilmiş Qazaxıstan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamədir. == Tarixi == Nazirliyin əsas vəzifələri bunlardır: respublika büdcəsinin icrasını təmin etmək və yerli büdcələrin icrası üçün kassa xidmətləri; vergi, rüsumlar və büdcəyə digər icbari ödənişlərin və digər gəlirlərin büdcəyə daxil olmasının təmin edilməsi, məcburi pensiya töhfələrinin tam və vaxtında köçürülməsi, gəlirlərin bir hissəsinin xammal sənayesinin büdcəsinə Milli Fonduna köçürülməsi Qazaxıstan Respublikası; respublika və yerli büdcələrin icrası, mühasibat, hesabat və audit üzrə metodiki rəhbərlik; səlahiyyətləri daxilində respublika və yerli büdcədən vəsaitlərin səmərəli və məqsədyönlü istifadəsinə nəzarət; dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq; dövlət vergi siyasətinin işlənib hazırlanmasında iştirak; iflas prosedurlarına (banklar və sığorta (təkrarsığorta) təşkilatları istisna olmaqla) dövlətin nəzarəti, habelə iflas borclunun məhkəmədənkənar ləğvi; alkoqol və etil spirti istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi; səlahiyyətləri daxilində Qazaxıstan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi; Nazirliyin səlahiyyətləri daxilində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi. Nazirlik və ərazi orqanları da daxil olmaqla şöbələri, Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin vahid sistemini təşkil edir. Qazaxıstan Respublikasının Prezidenti, 2002-ci il 28 avqust 2002-ci il tarixli Fərmanına uyğun olaraq, Nazirliyin Dövlət Satınalma Komitəsi 18 sentyabr tarixli fərmanı ilə ləğv edildi. Qazaxıstan Respublikası Hökuməti, 2003-cü il 22 yanvar Dövlət Gəlirləri Nazirliyinin Aksizli Məhsulların İstehsalı və Dövriyyəsinə Dövlət Nəzarəti Komitəsi ləğv edildi və istehsalın dövlət tənzimlənməsi sahəsindəki funksiyaları və səlahiyyətləri etil spirti və alkoqollu içkilərin dövriyyəsi köçürülmüşdür. Maliyyə Nazirliyinə təhvil verildi. Qazaxıstan Respublikası Hökuməti, 2003-cü il 30 sentyabr tarixli qərarına görə , Nazirliyin əsas vəzifələri bunlardır: tütün məhsullarının istehsalı və dövriyyəsinin dövlət tənzimlənməsi; səlahiyyətləri daxilində müəyyən növ neft məhsullarının istehsalı və dövriyyəsinin dövlət tənzimlənməsi. Qazaxıstan Respublikasının Prezidenti, 2004 29 sentyabr tarixli Qərarı ilə Nazirlik yenidən təşkil edildi, Dövlət Əmlakı və Özəlləşdirmə Komitəsinin iqtisadiyyat sahələrində dövlət siyasətinin idarə edilməsi sahəsində funksiyaları Nazirliyə verildi İqtisadiyyat və Büdcə Planlaşdırması. Qazaxıstan Respublikasının Dövlət Satınalmaları və Gömrük Nəzarəti Agentlikləri də Qazaxıstan Respublikası Maliyyə Nazirliyinə birləşərək yenidən təşkil edildi.
Milli Təhlükəsizlik Nazirliyi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ-hüquqi aktlarını rəhbər tutmuşdur. Nazirlikdə işləmək üçün Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasına daxil olub burada təhsil ala bilərdilər. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət etmişdir. == Milli təhlükəsizlik nazirləri == İlhüseyn Pirhüseyn oğlu Hüseynov (7 noyabr 1991 – 16 may 1992) Fəxrəddin Ayət oğlu Təhməzov (16 may 1992 – 17 iyun 1993) Nəriman Şamo oğlu İmranov (3 iyul 1993 – 22 sentyabr 1994) Namiq Rəşid oğlu Abbasov (22 mart 1995 – 23 iyul 2004) Eldar Əhməd oğlu Mahmudov (23 iyul 2004 – 17 oktyabr 2015) === Vəzifəni icra edənlər === Namiq Rəşid oğlu Abbasov (i. e. 17 iyun – 3 iyul 1993; 22 sentyabr 1994 – 22 mart 1995) Mədət Qəzənfər oğlu Quliyev (i. e.
Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyi (Azərbaycan) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Sehr Nazirliyi
Magiya Nazirliyi — Coan Roulinqin Harri Potter romanında yaratdığı dünyada, London'da qurulmuş olan uydurma bir nazirlikdir. Bu təşkilat, Britanya'daki sehrbaz dünyasının rəhbərliyindən məsuldur. Əsas vəzifəsi, Maqlları cadugər dünyasından uzaq tutmaqdır. Bu kompleks və çox bürokratiya tələb edən bir vəzifədir. Nazirlik binası yerin altındadır və girmək üçün, yer üstündəki telefon daxmasında 6-2-4-4-2 kodunu girmək lazımdır. Əlavə olaraq ora cisimlənmək və yaxud "uçan barıt" ilə buxarlaşmaq olur. == Quruluşu və vəziyyəti == === "Maql" dünyası ilə əlaqəsi === Maql baş naziri sehr dünyasından xəbərdardır. Və digər dünya liderləri də Sirius Blek ve 10 ölüm yeyənin Azkaban həbsxanasından qaçması ilə birlikdə, Kornelius Fac (ing. Cornelius Fudge) bunun maqllara qarşı da bir təhlükə yaratdığını düşündükdən sonra bu barədə maql baş nazirinə olanları demişdir. Həm də Nazirlik bəzi Sehrli məxluqların əldən qaçması kimi xüsusi hallarda da, Səhv Məlumatlandırma Ofisi (Sehrli Məxluqların Təşkil Edilməsi və Nəzarət Dairəsinin alt hissəsidir) maql baş nazirinə, maqlları inandırabiləcək hekayələr uydurma mövzusunda köməkçi olmaqdadır.
Təhsil Nazirliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
Vergilər Nazirliyi
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti — Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. == Tarix == 1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır. 1920–1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir. 1990-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. 11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır. 23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb. 12 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib. 3 iyul 2020 – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib. 6 may, 2021-ci il – Dövlət başçısının sərəncamı ilə Orxan Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.
Xariciyyə Nazirliyi
Xariciyyə Nazirliyi və ya Xariciyyə Nəzarəti (Türkcə: Hariciye Nezareti) — Osmanlı imperiyasının idaəretmə strukturundakı qurumlardan biri. 1836-cı ildə qurulan bu qurum müasir Xarici İşlər Nazirliyini əvəz etmişdir. == Haqqında == Xariciyyə Nəzarətinin tarixi kökləri XVII əsrdə divan-ı hümayunun önəmini itirib, dövlət idarəsinin Bab-ı Əliyə keçməsinə qədər uzanır. Reis ül-Küttab və tabeliyindəki divan katibləri bu əsnada Bab-ı Əliyə köçürüldülər. Bab-ı Əli sədrəzəmin idarə etdiyi divanın keçirildiyi və dövlət məsələlərinin müzakirə edildiyi idarəyə çevrildi. Reis ül-Küttab artan bürokratik ehtiyaclar səbəbilə divan tabeliyindəki bəzi bölümlərin də məsuliyyətini alaraq sədrəzəmin və divan-ı hümayunun katibliyini öz üzərinə götürdü. Keçmişdən bəri əcnəbi dövlərlərlə xəbərləşmə və anlaşmların qeydiyyatını aparan Reis ül-Küttab, o əsnalarda əcnəbilər arasından seçilən divan tərcüməçiliyini də öz üzərinə almışdı. Nəticədə Reis ül-Küttab xarici əlaqələrdə önəmli dövlət məmuriyyətinə çevrildi. Avropa dövlətlərinin XVIII əsrdə, xüsusilə də, 1774 tarixli Kiçik Qaynarca sülhündən sonra üzə çıxan hərbi və iqtisadi üstünlüyü Osmanlı dövlətində Avropa modellərinə uyğun tənzimləmələrin vacibliyini göstərdi. Sultan Səlimin 1793-cü ildən etibarən London, Paris, Vyana və Berlində səfirliklər açması bu yolda atılan önəmli addımlardan biridir.
Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyi (Azərbaycan)
Nəqliyyat Nazirliyi
Nəqliyyat Nazirliyi (Azərbaycan)
Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi (Azərbaycan)
Müdafiə Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Müdafiə Nazirliyi — Azərbaycan Ordusu ilə əlaqəli Azərbaycan dövlət qurumu. Nazirlik Azərbaycanı xarici təhdidlərə qarşı müdafiə etmək, ərazi bütövlüyünü qorumaq, müharibə aparmaq və Xəzərin Azərbaycan sektoruna və hava məkanına nəzarət etməkdən məsuldur. Müdafiə naziri Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi. Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi.
Müdafiə Nazirliyi (Ermənistan)
Ermənistan Müdafiə Nazirliyi (erm. Հայաստանի պաշտպանության նախարարություն) — Ermənistan Silahlı Qüvvələrinin inkişafına nəzarət edən nazirlik. Binası İrəvanın Baqrevand küçəsi 5 ünvanında yerləşir. Nazirlik rəsmi olaraq 28 yanvar 1992-ci ildə Ermənistan prezidentinin sərəncamı ilə yaradılmışdır.
Müdafiə Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi — müdafiə sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Qazaxıstan Respublikası Hökuməti yanında Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin rəhbərliyi. Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi, müdafiə sahəsində dövlət siyasətini həyata keçirən Qazaxıstan Respublikası ordularının mərkəzi icra orqanıdır, eləcə də Silahlı Qüvvələrə aid bütün bölmələrin, strukturların rəhbərliyidir. Qazaxıstan Respublikası. Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi öz fəaliyyətini Qazaxıstan Respublikası Konstitusiyasına, Qazaxıstan Respublikası Prezidentinin və Hökumətinin aktlarına, digər normativ hüquqi aktlara, qanunlara, habelə əsasnamə və nizamnamələrə uyğun olaraq həyata keçirir. Müdafiə Nazirliyi. == Ümumi baza == Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı, dövlətin Silahlı Qüvvələrinin sülh və müharibə dövründə əsas idarəetmə orqanı olmaqla Silahlı Qüvvələrin, digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının hazırlanmasını əlaqələndirir. , onların əməliyyat, döyüş və səfərbərlik təhsili, Silahlı Qüvvələrin, digər qoşunların və hərbi birləşmələrin istifadəsi və qarşılıqlı əlaqəsini operativ və strateji planlaşdırmağı təşkil edir və həyata keçirir, eyni zamanda müdafiə maraqları naminə ölkə ərazilərinin əməliyyat avadanlığı üçün bir plan hazırlayır. == Strukturu == == Nazirlər == Şöbənin rəhbərləri Qazaxıstan dövlət siyasətinin önəmli simaları idi. Bu vəzifədə onlardan biri iki dəfə müdafiə naziri olan 10 nəfər iştirak edib: == Mükafatları == Qazaxıstan Respublikası Prezidentinin 30 sentyabr 2011-ci il tarixli 155 nömrəli "Dövlət rəmzləri və onlara bərabər tutulan idarənin və digərlərinin heraltikası məsələləri haqqında" Fərmanına əsasən, birbaşa dövlət başçısına tabe olan və hesabat verən bəzi dövlət orqanlarının mükafatları Qazaxıstan Respublikası, Qazaxıstan Respublikası Konstitusiya Şurası, hüquq-mühafizə orqanları, məhkəmələr, Silahlı Qüvvələr, digər qoşunlar və hərbi birləşmələr " Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin idarə mükafatları bunlardır: Medallar: "Қазақстан Республикасы Қарулы Күштерінің ардагері" (Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Veteranı); "Miнciз қызметі үшін" (Qüsursuz xidmət üçün) I, II, III dərəcələr; "Бітімгершілік операцияларына қатысқаны үшін" (Sülhməramlı əməliyyatlarda iştirak üçün); "Халықаралық ынтымақтастықты дамытуға қосқан үлесі үшін" (Beynəlxalq əməkdaşlığın inkişafındakı xidmətlərinə görə); "Ел қорғаны" (Vətən Müdafiəçisi) I, II dərəcə. Döş nişanları: "Қазақстан Республикасы Қарулы Күштерінің үздігі" (Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin əla işçisi); "Үздік спортшы-жауынгер" (Ən yaxşı əsgər-idmançı); "Спортшы-жауынгер" (Döyüşçü-idmançı) I, II dərəcə.
Müdafiə Nazirliyi (Rusiya)
Rusiya Müdafiə Nazirliyi (rus. Министерство обороны Российской Федерации) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin inzibati və funksional rəhbərliyini həyata keçirən rəsmi qurumdur. Bu təşkilatda nazir; silahlı qüvvələrin üzərində gündəlik inzibati və əməliyyat səlahiyyətlərini yerinə yetirir. Müdafiə Nazirliyinin icra orqanı olan Baş Qərargah; müdafiə nazirinin əməliyyatlar ilə əlaqədar olan əmr, təlimat və tapşırıqlarını yerinə yetirir. Dövlət Şurası vasitəsilə Müdafiə Nazirliyi üzərindəki qanunverici səlahiyyətdən istifadə edərək, Rusiya hökuməti silahlı qüvvələri lazımi səviyyədə hazırlamaq üçün qismən məsuliyyət daşıyır.
Müdafiə Nazirliyi (Türkmənistan)
Türkmənistan Müdafiə Nazirliyi (türkm. Türkmenistanyň Goranmak ministrligi) — Türkmənistan Hökuməti yanında, müdafiə sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və Türkmənistan Silahlı Qüvvələrinin rəhbərliyi. Hazırda Türkmənistanın müdafiə naziri Yaylım Berdiyevdir. == Siyasət == Türkmənistan əslində keçmiş SSRİ ərazisindəki bütün dövlətlər arasında ən bitərəfdir. Türkmənistan nə Kollektiv Təhlükəsizlik Müqaviləsini imzaladı, nə də GUAM blokuna (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova və son vaxtlara qədər Özbəkistan) üzv deyil. Türkmənistan, həm Taliban, həm də Şimali İttifaqla bərabər münasibətlər saxlayaraq, Əfqan müharibəsi ilə əlaqədar vurğulanan bitərəf siyasət yürütdü. 11 sentyabr 2001-ci il hadisələrindən sonra da müttəfiq qoşunlar respublika ərazisinə çıxmadılar, xüsusən də Niyazov respublikanın Almaniya təyyarələri üçün bir baza təmin etməkdən imtina etdi. bitərəflik prinsipləri. == Zabitlər Evi == Sovet modelinə əsaslanan Zabitlər Evi, mülki-hərbi münasibətləri yaxşılaşdırmaq üçün hazırlanmış hərbi əsas mədəniyyət mərkəzidir. Bu, ABŞ-dakı zabit klublarına bərabərdir.
Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi — müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumu. Nazirlik 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Əvvəllər Azərbaycan Silahlı Qüvvələri tərkibində olan Hərbi Sənayə və Silahlanma Dövlət İdarəsi və Hərbi Elm Mərkəzi yeni nazirliyə birləşdirildi. Yavər Camalov 2006-cı ilin martından 23 iyun 2018-ci ilədək ilk nazir olmuşdur. Nazir Yavər Camalovun vəfatından sonra 19 yanvar 2019-cu ilə nazirlik ləğv edilərək, onun əsasında "Azərsilah" ASC yaradılmış, lakin 5 ay sonra 20 iyunda "Azərsilah"ın yaradılması barədə fərman ləğv edilib. Mədət Quliyev Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilmişdir. Azərbaycanın Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqə böyük silah ixracatçısı olmaq planı var. 2008-ci ilin yanvarında Azərbaycanın müdafiə sənayesinin zirehli personal daşıyıcıları və piyadaların döyüş maşınları, həmçinin kiçik çaplı topçu silah istehsalına başlayacağı elan edildi. Nazirlik Ukrayna, Belarus və Pakistanın müdafiə sektorları ilə əməkdaşlıq edir. 2008-ci ildə Azərbaycanda daha bir neçə hərbi zavod yaradıldı.
Mədəniyyət Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi — mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Haqqında == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli, 359 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə təsdiq edilmişdir. 20 aprel 2018-ci ildə Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılmışdır. == Tabeliyindəki qurumlar == Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 28 teatr 6308 tarix və mədəniyyət abidəsi 1 sirk 12 konsert müəssisəsi 3985 kitabxana 2708 klub 189 dövlət muzeyi (filiallarla birlikdə) 234 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi 33 rəsm qalereyası və sərgi salonu 21 dövlət qoruğu 60 mədəniyyət və istirahət parkı 1 zoopark Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz 4 asudə vaxt Mərkəzi 6 təsərrüfat təşkilatı, "Azərbaycanfilm" də daxil olmaqla 7 film istehsalı studiya 134 şəhər və rayon kinoteatrı Dövlət Film Fondu (Naxçıvan filialı ilə birlikdə) Respublika Kitabxana Kollektoru bir qəzet ("Mədəniyyət") iki jurnal ("Mədəni-maarif" və "Pəncərə") redaksiyası Bakı Xoreoqrafiya Məktəbi Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzi Milli Kulinariya Mərkəzi 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi Naxçıvan MR Mədəniyyət Nazirliyi Şəki Atçılıq Mərkəzi Lənkəran Uşaq düşərgəsi . Azərbaycan Film Komissiyası == Fəaliyyəti == müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək; müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək; strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə mədəni irsin qorunmasına, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirmək; müvafiq sahənin inkişafı üçün tədbirlər görmək. == Beynəlxalq əlaqələri == Nazirliyin dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir. Nazirlik çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT, MDB, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESKO və digər beynəlxalq qurumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin Azərbaycanda tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.
Mədəniyyət Nazirliyi (Başqırdıstan)
Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyi — Respublikanın ərazisində mədəni irs obyektlərinin (mədəniyyət, incəsənət, kinematoqrafiya) qorunması, istifadəsi, təbliğ edilməsi və dövlət nəzarəti sahəsində dövlət mədəniyyət siyasəti və idarəetməsini həyata keçirən Başqırdıstan Respublikasının icra orqanıdır. == Faəliyyəti == Mədəniyyət Nazirliyi dövlətin mədəniyyət siyasətini həyata keçirir. Başqırdıstan Respublikasının hökumətinə mədəniyyət sahəsində qanunvericilik aktları və digər normativ hüquqi aktların hazırlanması üçün təkliflər hazırlayır və təqdim edir və həmçinin Respublikanın fəaliyyət sahəsindəki federal proqramlara iştirakı haqqında təkliflər verir. Teatr, musiqi, xoreoqrafiya və vizual incəsənət, kitabxana və muzey biznesinin, kinematoqrafiyanın, xalq sənətinin inkişafını təmin edir və tənzimləyir. 2012-ci ildə Başqırdıstan Respublikasının büdcəsindən mədəniyyətə yönəldilmiş vəsaitin miqdarı 2.135,7 milyon rubl / (2011-ci ildə 1,853 milyon rubl) təşkil edir. Peşəkar incəsənət Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyinin əsas və mühüm işlərindən biridir. 2013-cü ildə peşə sənətinin inkişafı və mədəniyyət və incəsənət müəssisələrinə kadrların hazırlanması üçün 100 milyon rubl ayrılmışdır.
Nəqliyyat Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi — dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == Nazirlik Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentiinin 1998-ci il 5 avqust tarixli 743 saylı fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək, onların əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmışdır. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Nazirlik haqqında.
Rabitə Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Rabitə Nazirliyi (Türkmənistan)
== Telekomnukasiya == Türkmənistan rabitə infrastrukturunun ilk elementləri Rusiyanın tərkibinə daxil olduqdan sonra baş vermişdir. 1900-cü ildə Türkmənistan ərazisində 26 poçt və telekommunikasiya müəssisəsi var idi. Rusiyanın tərkibinə daxil olmamışdan əvvəl Türkmənistanda şəhərlərarası rabitə yox idi. Məhz sovet hakimiyyəti illərində kabel və radiorele xətləri çəkilməyə başlanmışdır.1965 -1980-cı illərdə şəhər telefon şəbəkəsinin ümumi tutumu 3,6 dəfə artmışdır.1981-ci ilə isə telefon nömrələrinin sayı 113 minə çatmışdır. Bu illərdə ölkənin ərazisində kolxoz və sovxozların artması ilə kənd rabitəsi inkişaf etmişdir. Hazırda Türkmənistanda beynəlxalq rabitənin yeganə provayderi Rabitə Nazirliyinin "Türkməntelekom" Dövlət Elektrikrabitə kompaniyasıdır. Kompaniya ABŞ (MCIWorldCom), İtaliya(Palermo), Rusiya ilə peyk rabitə kanalını təmin edir. Şəhər telefon rabitəsi əsasən Alcatel və Simens istehsalı olan rəqəmsal telefon stansiyaları ilə təmin edilmişdir. Kənd yerlərində isə sovet vaxtından qalan ATS-lər fəaliyyət göstərir. lokal şəbəkələr yaradılan ölkənin elmi və tədris institutlarına "ümumdünya torundan" məlumatların ötürülməsi üçün "Türkməntelekom" peyk antenalarını quraşdırmış və stansiyaları təmir etdirmişdir.
Rusiya Müdafiə Nazirliyi
Rusiya Müdafiə Nazirliyi (rus. Министерство обороны Российской Федерации) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin inzibati və funksional rəhbərliyini həyata keçirən rəsmi qurumdur. Bu təşkilatda nazir; silahlı qüvvələrin üzərində gündəlik inzibati və əməliyyat səlahiyyətlərini yerinə yetirir. Müdafiə Nazirliyinin icra orqanı olan Baş Qərargah; müdafiə nazirinin əməliyyatlar ilə əlaqədar olan əmr, təlimat və tapşırıqlarını yerinə yetirir. Dövlət Şurası vasitəsilə Müdafiə Nazirliyi üzərindəki qanunverici səlahiyyətdən istifadə edərək, Rusiya hökuməti silahlı qüvvələri lazımi səviyyədə hazırlamaq üçün qismən məsuliyyət daşıyır.
SSRİ Müdafiə Nazirliyi
SSRİ Müdafiə Nazirliyi — Sovet İttifaqında dövlət nazirliyi. Nazirliyin başında SSRİ Müdafiə Naziri dururdu, o, Sov.İKP MK Siyasi Bürosunun üzvü ola bilərdi. == Tarixi == 1934-cü ilə qədər silahlı qüvvələri idarə edən idarəetmə orqanı SSRİ Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı adlanırdı; 1934-cü ilin mart ayından SSRİ Xalq Müdafiə Komissarlığı; 25 fevral 1946-cı ildə Xalq Müdafiə Komissarlığı və Hərbi Dəniz Qüvvələri Komissarlığı SSRİ Silahlı Qüvvələrinin Xalq Komissarlığına birləşdirildi və 1946-cı ilin mart ayında SSRİ Silahlı Qüvvələri Nazirliyinə çevrildi. 1950-ci ilin fevral ayında o, iki yerə, SSRİ Hərbi Nazirliyi və SSRİ Hərbi Dəniz Nazirliyinə bölündü, 1953-cü ilin mart ayında isə onlar SSRİ Müdafiə Nazirliyinə birləşdirildi.. 1953-cü ilin mart ayından SSRİ Müdafiə Nazirliyi SSRİ dağılandan sonra nazirlik ləğv edildi, respublikalarda müdafiə nazirlikləri yenidən təşkil olundular və hər bir respublikanın hökumətlərinə tabe olundular: Baltikyanı ölkələr, Ukrayna, Moldova və Gürcüstan istisna olmaqla, MDB ölkələrinin silahlı qüvvələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil oldular. 1992-ci ilin yanvar ayının sonlarında SSRİ Müdafiə Nazirliyi özünü MDB Silahlı Qüvvələrinin əsas komandanı adlandırmağa başladı. Ancaq 20 Mart 1992-ci ildə MDB Dövlət Başçıları Şurasının qərarı ilə SSRİ Müdafiə Nazirliyinin bazası əsasında MDB Silahlı Qüvvələrinin Ali Komandanlığı rəsmi olaraq yaradıldı.
Gənclər və İdman Nazirliyi
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Kanada Xarici İşlər Nazirliyi
Kanada Xarici İşlər Nazirliyi (fr. Affaires mondiales Canada) — xarici siyasətindən, həmçinin idxal-ixrac və beynəlxalq ticarət siyasətindən cavabdehdir. 1909-cu il 1 iyunda nazirlik Xarici İşlər Nazirliyi olaraq yaradıldı, sonra Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adını aldı. Həmin dövrdə Kanadanın xarici siyasəti Böyük Britaniya tərəfindən idarə olunurdu. Nazirliyin adı Kanadanın xarici siyasətinə nəzarət etməsindən 60 il sonra yalnız 1993-cü ildə Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi olaraq dəyişdirildi.
Kolumbiya Xarici İşlər Nazirliyi
Kolumbiya Xarici İşlər Nazirliyi (isp. Ministerio de Relaciones Exteriores) — Kolumbiyanın beynəlxalq əlaqələrindən məsul olan, Kolumbiya icra hakimiyyəti orqanıdır. Xarici diplomatik nümayəndəliklər vasitəsilə xaricdə dövlətini təmsil etdiyi məsələlər ilə bağlı xarici siyasətin formalaşdırılmasına nəzarət edir.
Kosovo Xarici İşlər Nazirliyi
Kosovo Xarici İşlər Nazirliyi — dövlətin xarici əlaqələrindən məsul, qismən tanınmış Kosovo Respublikasının dövlət icra hakimiyyəti orqanı.
Kənd Təsərrüfatı Nazirliyi (ABŞ)
ABŞ Kənd Təsərrüfatı Nazirliyi (ing. United States Department of Agriculture, qısaca - USDA) — ABŞ hökumətinin icraedici departamenti. Əsası 1889-cu ildə qoyulub. Büdcəsi 94 milyard dollar (2006), əməkdaşlarının sayı 106 min nəfərdir (2007).
Kənd Təsərrüfatı Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanı. == Haqqında == Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir. Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir. 1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi. Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir. == Əsas vəzifələri == Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək; aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək; aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək; aqrar bölmənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq; aqrar bölmədə dövlət əmlakının səmərəli istifadə edilməsinə nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək; aqrar bölmədə beynəlxalq əməkdaşlığı həyata keçirmək; aqrar bölməyə sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək; aqrar bölmədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görmək, kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları üçün aqroservis, aqrokimyəvi, məsləhət və digər xidmətlərin göstərilməsinə kömək etmək; kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək; kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək; Nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər Vəzifələri yerinə yetirmək.
Kənd Təsərrüfatı Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi — Qazaxıstan Respublikası hökuməti daxilində nazirlik. Nazirliyin fəaliyyəti Qazaxıstan Respublikası Hökumətinin 6 aprel 2005-ci il tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə" ilə tənzimlənir. Nazirlik, tənzimlənən sahədə, yəni kənd təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq və su təsərrüfatı sahələrində dövlət aqrar və regional siyasətlərinin, strateji planlarının, dövlət və digər proqram və layihələrinin formalaşdırılması və həyata keçirilməsi kimi əsas kənd təsərrüfat formaları ilə məşğul olur. Flora və faunanın, xüsusi qorunan təbiət ərazilərinin idarə edilməsi, çoxalması və istifadəsinin qorunması və kənd inkişafı, kənd təsərrüfatı, toxumçuluq və taxıl bazarının tənzimlənməsi, bitkiçilikdə məcburi sığortaya dövlət dəstəyi, bitkilərin qorunması və sığınacağı, baytarlıq, qida sənaye istehsalı. Rəqabətli kənd təsərrüfatı əmtəə istehsalının yaradılması, qida təhlükəsizliyi və səfərbərlik hazırlığının təməllərinin formalaşdırılması. Meşə, ovçuluq, balıqçılıq və su təsərrüfatı istisna olmaqla, tənzimlənən sahədə dövlət nəzarətinin, nəzarətinin və idarəetməsinin təmin edilməsi, xüsusi qorunan təbiət əraziləri və kəndlərin inkişafı məsələləri, aqrosənaye kompleksinə məlumat və məsləhət dəstəyi. == Əsas vəzifələri == 1) tənzimlənən sferada dövlətin aqrar və regional siyasətinin, strateji planlarının, dövlət və digər proqram və layihələrinin formalaşdırılması və həyata keçirilməsi, yəni aqrosənaye kompleksi, kənd təsərrüfatı, balıq və su idarəsi, bitki və heyvanat aləminin, xüsusi qorunan təbiət ərazilərinin çoxaldılması və istifadəsi və kənd inkişafı, kənd təsərrüfatı, toxumçuluq və taxıl bazarının tənzimlənməsi, bitkiçilik, bitki mühafizəsi və karantinində məcburi sığortaya dövlət dəstəyi, baytarlıq, emal sənayesi içkilər (alkoqollu içkilər və etil spirti xaric), dəri (aşılama və bitirmə), pambıq lifi və yun emalı, kənd təsərrüfatı maşınları (genişmiqyaslı istisna olmaqla), aqrar-sənaye kompleksinin texniki təchizatı, heyvandarlıq, torpaq daxil olmaqla qida istehsalı meliorasiya, suvarma və drenaj, əkinçilik elmi; 2) Qazaxıstan Respublikasının qida təhlükəsizliyini və səfərbərlik hazırlığını təmin edən rəqabət qabiliyyətli kənd təsərrüfatı əmtəə istehsalının yaradılması üçün əsasların yaradılması; 3) meşə təsərrüfatı, ovçuluq, balıqçılıq və su təsərrüfatı, xüsusi mühafizə olunan təbiət əraziləri və kənd ərazilərinin inkişafı məsələləri istisna olmaqla, tənzimlənən sahədə dövlət nəzarətinin, nəzarətinin və idarəetməsinin təmin edilməsi; 4) aqrosənaye kompleksinin məlumat və məsləhət dəstəyi.
Latviya Xarici İşlər Nazirliyi
Liberiya Xarici İşlər Nazirliyi
Liberiya Xarici İşlər Nazirliyi — digər ölkələrlə əlaqələri idarə etməkdən məsuldur. Xarici İşlər Nazirliyinin binası Monroviya şəhərində yerləşir.. Liberiyanın Xarici İşlər Nazirliyi ölkə 1847-ci ildə müstəqil elan edildikdən sonra, 1848-ci ildə hökumətin kabinet səviyyəsində bir şöbəsi yaradılıb. Əvvəlcə "Dövlət Departamenti" adlanan nazirlik 1972-ci ilə qədər onun adını daşıdı. 1848-1981-ci illərdə hər bir xarici işlər naziri (əvvəlki "dövlət katibi") nazirliyi Liberiyanın ən sıx əhalisi olan Montserrado əyalətinə köçürdü.
Litva Xarici İşlər Nazirliyi
Litva Xarici İşlər Nazirliyi (lit. Lietuvos Respublikos užsienio reikalų ministerija) — Litva Respublikasının xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə həyata keçirən hökumət orqanı. == Nazirlər == Xarici İşlər Naziri - Litvanın xarici siyasətinin formalaşmasında iştirak edən və Litvanın və vətəndaşlarının maraqlarını təmsil edən, hüquqlarını müdafiə edən Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindədir. === Litva Xarici İşlər Nazirlərinin siyahısı (1918-1940) === 1918-ci il 4 noyabr Litva Xarici İşlər Nazirliyi müstəqilliyini bərpa etdikdən qısa müddət sonra açıldı.
Makedoniya Xarici İşlər Nazirliyi
Makedoniya Xarici İşlər Nazirliyi — dövlətin xarici dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri sahəsində dövlət idarəçiliyini həyata keçirən orqan. Nazirlik, 1991-ci ildə Şimali Makedoniyanın müstəqilliyindən sonra yaradılmışdır. Nazirliyin adı və funksiyası dövlətin yaranmasından sonra dəyişilmədi.
Malayziya Xarici İşlər Nazirliyi
Malayziya Xarici İşlər Nazirliyi (malay Kementerian Luar Negeri) — xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin idarə edilməsindən məsul. Malayziyanın xarici siyasətini inkişafından, planlaşdırılmasından və tətbiq edilməsindən məsuliyyət daşıyır. Nazirlik binası Putracaya şəhərində yerləşir. == Tarixi == Malayziya İşlər Nazirliyi 1956-cı ildə Malayziyanın müstəqilliyindən əvvəl yaranmışdır.
Malaziya Xarici İşlər Nazirliyi
Malayziya Xarici İşlər Nazirliyi (malay Kementerian Luar Negeri) — xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin idarə edilməsindən məsul. Malayziyanın xarici siyasətini inkişafından, planlaşdırılmasından və tətbiq edilməsindən məsuliyyət daşıyır. Nazirlik binası Putracaya şəhərində yerləşir. == Tarixi == Malayziya İşlər Nazirliyi 1956-cı ildə Malayziyanın müstəqilliyindən əvvəl yaranmışdır.
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək. == Haqqında == Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib: == Həmçinin bax == Azərfoto Səyahət agentliyi == İstinadlar == == Xarici keçidlər == Prezident yeni agentlik yaratdı Yeni Dövlət Agentliyi yaradıldı.
Malta Xarici İşlər Nazirliyi
Malta Xarici İşlər Nazirliyi (malta Ministru tal-Affarjiet Barranin ta' Malta) — Maltanın xarici siyasətini, vətəndaşlarının maraqlarını təmsil edən orqan. Nazirlik 1967-ci ildə Malta müstəqillik əldə etdikdən sonra yaradılmışdır. == Malta Xarici İşlər Nazirləri == Corc Borq Oliver (21 sentyabr 1964 — 21 iyun 1971); Dominik Mintoff (21 iyun 1971 — 20 dekabr 1981); Aleks Skebberas Triqona (20 dekabr 1981 — 12 may 1987); Çensu Tabone (12 may 1987 — 16 mart 1989); Edvard Fenek Adami (16 mart 1989 — 5 may 1990); Qvido de Marko (5 may 1990 — 29 oktyabr 1996); Corc Vella (29 oktyabr 1996 — 6 sentyabr 1998); Qvido de Marko (8 sentyabr 1998 — 24 mart 1999); Co Borq (24 mart 1999 — 23 mart 2004); Con Dalli (23 mart — 3 iyul 2004); Maykl Frendo (3 iyul 2004 — 12 mart 2008); Tonio Borq (12 mart 2008 — 28 noyabr 2012); Fensis Zammit Dimek (28 noyabr 2012 — 13 mart 2013); Corc Uliyam Vella (13 mart 2013 — 9 iyun 2017); Karmelo Abelo (9 iyun 2017 — davam edir).
Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ-hüquqi aktlarını rəhbər tutmuşdur. Nazirlikdə işləmək üçün Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasına daxil olub burada təhsil ala bilərdilər. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət etmişdir. == Milli təhlükəsizlik nazirləri == İlhüseyn Pirhüseyn oğlu Hüseynov (7 noyabr 1991 – 16 may 1992) Fəxrəddin Ayət oğlu Təhməzov (16 may 1992 – 17 iyun 1993) Nəriman Şamo oğlu İmranov (3 iyul 1993 – 22 sentyabr 1994) Namiq Rəşid oğlu Abbasov (22 mart 1995 – 23 iyul 2004) Eldar Əhməd oğlu Mahmudov (23 iyul 2004 – 17 oktyabr 2015) === Vəzifəni icra edənlər === Namiq Rəşid oğlu Abbasov (i. e. 17 iyun – 3 iyul 1993; 22 sentyabr 1994 – 22 mart 1995) Mədət Qəzənfər oğlu Quliyev (i. e.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. == Haqqında == Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir. 2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. == Akademiyada tədris == Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır.
Milli İqtisadiyyat Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının milli iqtisadiyyat nazirliyi — strateji planlaşdırma, vergi və büdcə siyasəti ilə yanaşı, gömrük, dövlət və dövlət zəmanəti ilə borc və borc, dövlət-özəl tərəfdaşlıq, dövlət investisiya layihələri, qorunması sahəsində siyasətdən məsul Qazaxıstan Respublikasının mərkəzi icra orqanı inhisarçılıq fəaliyyətinin, təbii inhisarların və tənzimlənən bazarların, beynəlxalq iqtisadi və maliyyə münasibətlərinin rəqabəti və məhdudlaşdırılması. Nazirlik beynəlxalq iqtisadi inteqrasiyanın tənzimlənməsi, xarici ticarət fəaliyyətinin tənzimlənməsi və inkişafı, ticarət fəaliyyətinin tənzimlənməsi, dövlət aktivlərinin idarə edilməsi, o cümlədən korporativ idarəetmənin keyfiyyətinin yüksəldilməsi, dövlət idarəetmə sisteminin inkişafı, dövlətin inkişafı dövlət xidmətlərinin göstərilməsində siyasət, səfərbərlik təlimi və səfərbərlik, əhalinin miqrasiyası, dövlət maddi ehtiyatı. 16 yanvar 2013-cü il tarixində Qazaxıstan Respublikası Prezidentinin "Dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən İqtisadi İnkişaf və Ticarət Nazirliyi Qazaxıstan Respublikası İqtisadiyyat və Büdcə Planlaşdırma Nazirliyi olaraq yenidən təşkil edildi. Qazaxıstan Respublikası ". 6 avqust 2014-cü ildə yenidənqurma zamanı Milli İqtisadiyyat Nazirliyi Qazaxıstanın İqtisadiyyat və Büdcə Planlaşdırma Nazirliyini və Qazaxıstanın Regional İnkişaf Nazirliyini əvəz etdi, tərkibinə yenidən təşkil olunmuş qurumların funksiyaları da daxildir: statistika, təbii inhisarların tənzimlənməsi , rəqabətin qorunması, istehlakçı hüquqlarının qorunması. == Tarixi == Qazaxıstan Respublikası İqtisadiyyat və Büdcə Planlaşdırma Nazirliyi, 2002-ci ildə Qazaxıstan Respublikası Prezidentinin 28 avqust 2002-ci il tarixli "Cümhuriyyətin dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında" N 931 Fərmanına uyğun olaraq qurulmuşdur. Qazaxıstan "Qazaxıstan Respublikası İqtisadiyyat və Ticarət Nazirliyindən iqtisadi planlaşdırma və büdcə planlaşdırma funksiyalarını birləşdirərək — Qazaxıstan Respublikası Maliyyə Nazirliyindən. Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyi, Qazaxıstan Respublikası Prezidentinin "Qazaxıstan Respublikası dövlət idarəetmə sisteminin islahatı haqqında" 6 avqust 2014-cü il tarixli 875 saylı Fərmanına uyğun olaraq qurulmuşdur. funksiyaların və səlahiyyətlərin ötürülməsi: Büdcə planlaşdırması sahəsində funksiya və səlahiyyətlər istisna olmaqla, Qazaxıstan Respublikasının İqtisadiyyat və Büdcə Planlaşdırma Nazirliyi; Qazaxıstan Respublikası Regional İnkişaf Nazirliyi; dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı sahəsində — Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyindən; Qazaxıstan Respublikasının Statistika Agentliyi; Qazaxıstan Respublikası Təbii İnhisarların Tənzimlənməsi Agentliyi; Qazaxıstan Respublikasının Rəqabəti Qoruma Agentliyi (Antiinhisar Agentliyi); Qazaxıstan Respublikasının İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyi.
Monqolustan Xarici İşlər Nazirliyi
Monqolustan Xarici İşlər Nazirliyi (monq. Монгол улсын Гадаад харилцааны яам) — Monqolustanın mərkəzi icra hakimiyyəti orqanı, Moqolustanın xarici dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri sahəsində dövlət idarəetməsini həyata keçirir. 2011-ci ildə - müasir tarixdə Monqolustan Xarici İşlər Nazirliyi 100 illiyini qeyd etdi. 1961-ci ildə Monqolustan BMT, ÜTT, BVF və ATƏT kimi təşkilatların üzvü olmuşdur. 1962-ci ildə YUNESKO-nun üzvülüyünə daxil olur. Monqolustan dünyanın 181 ölkəsi və Avropa İttifaqı ilə siyasi əlaqələri var . 1921-ci ilin noyabrında Rusiya ilə, 1949-cu ildə isə Çin Xalq Respublikası ilə diplomatik münasibətlər quruldu. Monqolustanın xaricdə 35 diplomatik nümayəndəliyi var.
Monteneqro Xarici İşlər Nazirliyi
Monteneqro Xarici İşlər Nazirliyi (Ministarstvo inostranih poslova Crne Gore) — digər ölkələrlə xarici əlaqələrdən məsuldur.

"nazirliyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nazirliyi nədir? #nazirliyi sözünün mənası #nazirliyi nə deməkdir? #nazirliyi sözünün izahı #nazirliyi sözünün yazılışı #nazirliyi necə yazılır? #nazirliyi sözünün düzgün yazılışı #nazirliyi leksik mənası #nazirliyi sözünün sinonimi #nazirliyi sözünün yaxın mənalı sözlər #nazirliyi sözünün əks mənası #nazirliyi sözünün etimologiyası #nazirliyi sözünün orfoqrafiyası #nazirliyi rusca #nazirliyi inglisça #nazirliyi fransızca #nazirliyi sözünün istifadəsi #sözlük